Sağlamlıq

Azərbaycanda bu xəstəliklər niyə artıb? - ARAŞDIRMA

  • Admin
  • 12-apr-2024, 21:54
  • 1 Baxış




Tibb elmləri doktoru, professor Sədaqət Hüseynova bildirib ki, son bir neçə ay ərzində insult hallarının artması fəsillə əlaqədardır və iqlim şəraitinin kəskin dəyişməsi xüsusilə, arterial hipertenziyası olan, ürək-damar problemli xəstələrə mənfi təsir edir. İnsanların səhhətinə laqeyd yanaşması nəticəsində isə insult kimi xoşagəlməz hallar baş verir.


İnsultun hemorraqik və işemik olaraq iki növünün olduğunu deyən S.Hüseynovanın sözlərinə görə, işemik insult beyin qan təchizatının pozulması, hemorraqik insult isə beyin qanamasıdır:

 

"İnsultun səbəbləri sırasında birinci yerdə arterial hipertenziya, ikinci yerdə isə serebral ateroskleroz gəlir. Arterial hipertenziyası olanlar insult, eləcə də beyin-qan dövranı pozuntularının digər növləri üçün potensial xəstələrdir.


İnsultun səbəbləri sırasında yüksək xolesterol, qan laxtalanmaları, ürək ritm pozuntusu, köklük, maddələr mübadiləsi pozuntusu, şəkər xəstəliyi, narkotik maddədən istifadə, dərman asılılığı, doğuş həblərinin uzun müddətli istifadəsi, siqaret çəkmək, sodium və işlənmiş qidaların istifadəsi də yer alır.


İnsult adətən yaşlı insanlarda, 50 və yuxarı yaş insanlarda qeydə alınır. Maddələr mübadiləsi pozulmuş, eləcə də şəkər xəstələrində daha çox rast gəlinir.


Ancaq uşaq və gənclər də insultdan sığortalanmayıb. İndi körpələrin əksəriyyəti beyin damarlarının müxtəlif patologiyaları, anevrizmalarla dünyaya gəlirlər. Gənc və uşaq yaşlarda anevrizmaların partlaması zamanı beyin qanaxması olur. Laxtalanma ilə bağlı problemi olanlarda da insult erkən yaşlarda inkişaf də bilər”.


İnsultun əlamətlərindən danışan həkim deyib ki, insult əsasən gecə, səhərə yaxın saatlarda yaranır:

 

"Bu saatlarda arterial təzyiqin tənzimlənməsində pozuntular baş verdiyindən insultun olma ehtimalı da yüksək olur. Xəstə səhər ayılır, bədəninin bir tərəfində keylik, qolda, ayaqda zəiflik, hərəkətlərin məhdudlaşması olur, udqunma, çeynəmə, danışmaqda çətinlik çəkir, gülərkən üzdə assimetriya görünür,  ağız bucağı əyilmiş olur, eşitməsi zəifləyir, görmə problemi yaşayır. Başı gicəllənir. Ancaq gözlərini hərəkət etdirə bilir. Belə hallarda mütləq həkimə müraciət etmək lazımdır. Bundan başqa, beyin insultu işemik xarakterli olanda çox vaxt huşun itirilməsi halı müşahidə edilmir. Lakin beyin qanaması zamanı kəskin,  ildırım çaxmasına bənzər baş ağrı ilə başlayır və qısa müddət ərazində ürək bulanma, qusma, huşun itirilməsi kimi əlamətlər ortaya çıxır. Bununla da yanaşı hərəki və fiziki pozuntular, yəni ifliclər əmələ gəlir".


İnsultdan qorunmaq üçün qidalanmaya diqqət etməyin və fiziki aktivliyin vacibliyini vurğulayan S.Hüseynova deyib ki, insult riskini azaltmaq üçün müntəzəm idman lazımdır:

 

"Piyada gəzmək lazımdır, daha çox meyvə-tərəvəz yeyilməlidir. Duz qəbulunu azaltmaq, zərərli vərdişlərdən uzaq durmaq məsləhətdir. Daha çox balıq əti yemək, çəkini, xroniki xəstəlikləri nəzarətdə saxlamaq vacibdir. Gündə bir neçə dəfə arterial təzyiqi ölçməli, preparatların dozalarını lazım gəldikdə artırmaq şərtdir. Yağlı, qızardılmış, karbohidratla zəngin olan qidalar məsləhət deyil. Arterial hipertenziyası olan xəstələr duzlu qidalardan, şorabalardan istifadə etməməlidir. Çünki duz orqanizmdə ifrat olduqda maye saxlayır və damar divarlarını qalınlaşdıraraq arterial təzyiqin artmasına səbəb olur”.





 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?