Sağlamlıq

Ağciyərləri təmizləyən 4 qida

  • Admin
  • 15-apr-2024, 18:27
  • 0 Baxış


Dünyada baş verən ölümlərin böyük bir qismi ağciyər xərçəngi nəticəsində baş verir. Ağciyərin sağlam olması insan sağlamlılığının davamlılığı baxımından olduqca əhəmiyyətlidir.

 

Bəs, biz ağciyərlərimizi nə dərəcədə qoruyuruq?

 

Aztəhsil.com ailem.az-a istinadən sizə ağciyərləri təmizləyərək, xəstəliklərin qarşısını alan qidaların siyahısını verir.

 

Sarımsaq


Tənəffüs sisteminin ən önəmli orqanı olan ağciyərlərin tam gücü ilə işləməsini dəstəkləyən qidalardan biri sarımsaqdır. Antibiotik təsir göstərən sarımsaq, tərkibindəki bir çox vitaminlə ağciyər xərçənginə qarşı qoruyucudur.


Yeməklərin yanında bir diş çiy sarımsaq yeməyin ağciyərlərə təmizləyici təsir göstərdiyi elmi olaraq sübut olunub.

 

Zəncəfil


Çirkli hava şəraiti siqaret və müxtəlif faktorlar ağciyərlərdə toksinlərin yığılmasına səbəb olur. Ağciyərləri təmizləmə gücü olan bir digər qida isə zəncəfildir. Bir litr suya yarım baş zəncəfil tökün. Bu sudan hər gün 2 fincan qədər içilməsi ağciyərlərin təmizlənməsinə fayda göstərəcək.

 

Kərəviz


Kərəviz ağciyərlər üçün olduqca faydalıdır. Əgər siqaret çəkirsinizsə, kərəvizdən bol-bol istifadə etməlisiniz.

Kərəvizi salat olaraq və yeməklərdə istifadə etmək ağciyərlərinizi təmizləməyə yardımçı olacaq. Mövsümündə həftədə iki və ya üç dəfə yemək tövsiyə edilir.

 

Üzüm çəyirdəyi


Üzüm qədər, üzümün çəyirdəyi də sağlamlıq baxımından olduqca faydalıdır. Üzümün çəyirdəyi təbii bir antioksidantdır və xüsusilə ağciyər xərçənginə qarşı qoruyucu təsirə malikdir.


Qara üzümün çəyirdəyi sağlamlıq üçün olduqca vacibdir. Buna görə də üzümü mütləq çəyirdəyi ilə yeməyə diqqət göstərməlisiniz.



 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?