Sağlamlıq

Almanın bilmədiyiniz faydası- alimlər aşkar ediblər ki...

  • Admin
  • 15-apr-2024, 18:32
  • 0 Baxış



Alimlər aşkar ediblər ki, almanın tərkibində olan antioksidantlar osteoklast hüceyrələrin mənfi təsirini azaldır.


Onurğa sütunu ilə problemləri olan insanlar mütləq alma yeməlidir.


Aztəhsil.com saglamolun.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın "Zdorovye" jurnalında məqalə dərc edilib. Almanın tərkibində olan bəzi spesifik maddələr sümük toxumasını möhkəm və sağlam edir, onurğanı degenerativ proseslərdən qoruyur, osteoporozun qarşısını alır.

 

Alimlər aşkar ediblər ki, almanın tərkibində olan antioksidantlar osteoklast hüceyrələrin mənfi təsirini azaldır. Osteoklast hüceyrələri sümük toxumasının dağılmasını sürətləndirir. Bu hüceyrələr çoxdursa sümük toxuması bərpa olunmağa çatdırmır ki, zəifləməyə başlayır.


Likopin, flavonoidlər və resveratrolla zəngin olan meyvə və tərəvəzlər də sümük toxumasını daha möhkəm edir. Bu məhsullar arasında pomidor, balqabaq, bibər, kök, üzüm, qırmızı şərab (gündə 1 bokaldan çox olmayaraq), sitrus meyvələri, qoz-fındıq və s. var. Bundan əlavə kalsiumla zəngin olan süd məhsulları da sümüklər üçün faydalıdır.


Osteoporoz xəstəliyi zamanı sümüklərin mineral sıxlığı azalır ki, bu da sümük və onurğa sütunu xəstəliklərinə, müxtəlif travmaların riskinin artmasına səbəb olur.

 

Statistikaya görə, dünyada orta hesabla 50 yaşdan sonra hər ikinci qadın və hər beşinci kişi osteoporozdan əziyyət çəkir.



 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?