Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) uşaqların yaşayış səviyyəsi yüksək olan ölkələri sıralayıb.
"RİA Novosti” xəbər verir ki, ilk yerdə Niderland, ikinci və üçüncü sıralarda isə Danimarka, Norveç dayanır.
İsveçrə və Finlandiya dördüncü və beşinci yerlərdədirlər.
Mütəxəssislər dünyanın 41 ölkəsindəki uşaqlar arasında zehni, fiziki sağlamlıq, akademik hazırlıq və sosial bacarıq göstəricilərini müqayisə ediblər. Tədqiqat məlumatlarını təhlil etdikdən sonra onlar uşaqların Niderlandda özlərini daha yaxşı hiss etdikləri qənaətinə gəliblər.
Niderland həm də, uşaqların həyatından ən çox məmnun olduğu ölkələr siyahısında birinci yerdədir - bu ölkədə belə uşaqların payı 93 faiz təşkil edir. Uşaqlar arasında yüksək məmnunluq səviyyəsi eyni zamanda Meksikada (86 faiz), Rumıniyada (85 faiz), Finlandiyada (84 faiz), Xorvatiyada (82 faiz), İsveçrədə (82 faiz), İspaniyada (82 faiz), Litvada (82 faiz), Türkiyədə (53 faiz) də qeydə alınıb.