Ölümdən başqa hər dərdə çarə- Qara zirə
- Admin
- 17-apr-2024, 19:48
- 0 Baxış
Qara zirə yağı əsrlər ərzində müsəlmanlar arasında çox təsirli müalicəvi vasitə kimi istifadə olunurdu. Məhəmməd peyğəmbər (s.ə.s) qara zirə haqqında deyirdi ki, o ölümdən başqa bütün xəstəliklərin dərmanıdır.
Qara zirə yağı insanın immun sistemini stimullaşdırır və bunun nəticəsində müxtəlif xəstəliklərlə mübarizədə çox yaxşı kömək edir. Elmi tədqiqatların nəticəsində sübut olunub ki, qara zirənin daim qəbulu qanda limfositlər və digər immun sisteminin qoruyucu hüceyrələrin səviyyəsini artırır.
Bu hüceyrələr insan orqanizminə xarici mühitdən düşən müxtəlif zərərli mikroorqanizmlərlə (infeksiyalar, viruslar, parazitlər, göbələklər və s.) mübarizə aparır və bunun nəticəsində insan daha az xəstələnir.
Bundan əlavə bizim immun sistemi orqanizmdə əmələ gələn xərçəng hüceyrələrini məhv edir. Nəzərinizə çatdıraq ki, xərçəng hüceyrələri insan orqanizmində daim əmələ gəlir, və yalnız güclü immun sistemi bu hüceyrələrin çoxalmasına və nəticədə xərçəng xəstəliyinə çevrilməsinə imkan vermir. Tibbdə çoxdan sübut olunub ki, xərçəng xəstəliklərin əksəriyyəti məhz immun sistemi zəifləməsi zamanı inkişaf edir.
Qara zirənin şişəleyhinə təsiri müxtəlif elmi-tədqiqat laboratoriyaların tədqiqatları nəticəsində sübut olunub. Dünyanın müxtəlif ölkələrində onkoloqlar bu vasitəni xəstələrə profilaktik və müalicəvi məqsəd ilə təyin edirlər.
İmmun sisteminin möhkəmləndirilməsi məqsədi ilə sağlam insan profilaktik olaraq hər gün səhər və axşam 1 çay qaşığı qara zirə yağını qəbul edə bilər.