Kartof suyunun MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ
- Admin
- 17-apr-2024, 19:54
- 0 Baxış
Kartof təkcə ölkəmizdə deyil, dünyada da sevilən və olduqca faydalı tərəvəzlərdən biridir.
Kartofdan müxtəlif cür yeməklər hazırlanır. Bu yazıda isə biz oxucuları çiy kartof suyunun çoxlarına məlum olmayan faydaları ilə tanış etmişik.
Aztəhsil.com saglamhəyat.com-a istinadən kartof suyunun faydalarını diqqətinizə çatdırır:
Kartof suyunun çox yaxşı iltihab önləyici xüsusiyyətləri var. Bel, kürək və oynaq ağrılarının aradan qaldırılmasında təsirlidir. Podaqra xəstəliyində faydalıdır. Kartof suyu bütün bədəndə qan dövranının yaxşılaşmasına yardım edir. Xüsusilə səhərlər ac qarına içmək təklif olunur. Bu, reflyuks xəstələrinə çox yaxşı təsir edir.
Kartof suyu həzm sisteminin fəaliyyətini yaxşılaşdırır. Qəbizlik, ishal, şişkinlik, mədə yanması və mədə pozğunluğu kimi problemlərə müalicəvi təsir göstərir.
Kartof suyu orqanizmdən zərərli maddələri xaric edir. Odur ki, bu su qaraciyərin və yağının təmizlənməsi baxımdan da faydalıdır. Kartof suyu sidik yollarında daş əmələ gəlməsinim də qarşısını alır.