İdarəetmə / Metodika / Ümumi / Direktor

Formal təhsilin təşkili qaydaları

  • Admin
  • 18-apr-2024, 20:09
  • 57 Baxış


Formal təhsilin təşkili qaydaları

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2010-cu il 6 avqust tarixli 147 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanmışdır və formal təhsilin təşkili məsələlərini tənzimləyir.

2. Formal təhsil dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil formasıdır.

3. Ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili, ali təhsil, yenidənhazırlanma təhsili, təkrar ali və ya orta ixtisas təhsili dövlət təhsil sənədinin verilməsi ilə başa çatdığı üçün formal təhsil hesab edilir.

4. Formal təhsil qanunvericiliklə müəyyən edilmiş əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi, distant (məsafədən), sərbəst (eksternat) təhsilalma formaları vasitəsilə həyata keçirilir.

5. Təhsil pillələri və səviyyələrində təhsilalma formalarının tətbiqi aşağıdakı kimi müəyyən edilir:

5.1. ümumi təhsil pilləsi üzrə:

ibtidai təhsil səviyyəsində - əyani, sərbəst (eksternat);

ümumi orta təhsil səviyyəsində - əyani, sərbəst (eksternat);

tam orta təhsil səviyyəsində - əyani, sərbəst (eksternat);

5.2. peşə təhsili pilləsi üzrə:

əyani;

5.3. orta ixtisas təhsili pilləsi üzrə:

əyani, qiyabi, distant (məsafədən);

5.4. ali təhsil pilləsi üzrə:

bakalavriat səviyyəsində - əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi, distant (məsafədən), əsas (baza ali) tibb təhsili səviyyəsində - əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime);

magistratura səviyyəsində - əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi, rezidentura səviyyəsində - əyani;

doktorantura səviyyəsində - əyani;

5.5. yenidənhazırlanma təhsili üzrə:

əyani;

5.6. təkrar ali təhsil üzrə: 

əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi.

5.7. təkrar orta ixtisas təhsili üzrə: 

əyani, qiyabi.

6. Ümumi təhsil pilləsində “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş təhsilalma formaları çərçivəsində şagirdlərin evdə təhsili, stasionar təhsil və fərdi təhsili də formal təhsil hesab edilir.

8.  Formal təhsil ümumi, peşə, orta ixtisas, ali və əlavə təhsil müəssisələrində həyata keçirilir.

9.  Formal təhsil Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən müvafiq dövlət təhsil standartlarına uyğun hazırlanmış təhsil proqramları (kurikulumları) əsasında təşkil olunur.

10.  Formal təhsilin təhsilalma formaları üzrə müddəti təhsil proqramları (kurikulumları) ilə müəyyən edilir.

11. Sərbəst (eksternat) təhsilalma forması üçün təhsil proqramı (kurikulumu) müvafiq təhsil səviyyəsi üzrə əyani təhsilalma formasının təhsil proqramı (kurikulumu) hesab olunur.



 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?