İdarəetmə / Direktor / Metodika / Ümumi

Formativ qiymətləndirmə

  • Admin
  • 21-apr-2024, 14:28
  • 79 Baxış



Formativ qiymətləndirmə

     Formativ qiymətləndirmə altstandartianın tələblərinə uyğun bilik və bacarıqların əldə olunması sahəsində şagirdlərin irəliləməsi və geriləməsinin həm monitorinqi, həm də həmin bilik və bacarıqların formalaşmasını təmin edən bir mexanizmdir. Təəssüf ki, bu qiymətləndirmə növü ancaq şagirdlərin altstandartlarındakı bilik və bacarıqları üzrə irəliləmə və geriləmələri ilə bağlı qeydlər aparılmasından ibarət olduğu kimi başa düşülür. Reallıqda işe bu daha vacib məsələləri əks etdirən bir prosesdir. Təsadüfi deyil ki, formativ qiymətləndirme ənənəvi qiymətləndirmədən fərqləndirərkən onun bütün təlim prosesini əhatə etdiyi qeyd edilir. Bu prosesi düzgün həyata keçirmək üçün müəllimdən dərsin düzgün planlaşdırılması, hər bir dərs üçün düzgün təlim strategiyasının müəyyənləşdinlması və nəhayət, talim prosesinin həyata keçirilməsi üçün təlimin təşkilinə qoyulmuş tələblərə cavab verəcək pedaqoji qabiliyyətlərə sahib olması tələb olunur. Məsələn, reallaşdırılması nəzərdə tutulan altstandarta uyğun mövzu seçilir və dərsin məqsədi müəyyən edilir. Bu ən vacib məqamdır. Çünki təlim prosesində həyata keçiriləcək bütün fəaliyyətlər, təlim forma və üsullarının seçilməsi, sual və tapşırıqların müəyyənlədirilməsi bu məqsəddə nəzərdə tutulmuş bilik və bacarığın (bacarıqların) formalaşmasına hədəflənir. Bütün dərs boyu nəinki monitorinq aparılır, şagirdlərin irəliləmələri, həmçinin mənəvi-psixoloji dəstək mexanizmi nəzərə alınmaqla geriləmələri ilə bağlı fikirlər onlara çatdırılır, problemlərin aradan qaldırılması üçün istiqamət verilir. Beləliklə, müəllim səmərəli əks-əlaqə (konstruktiv rəy) ilə şagird fəaliyyətini stimullaşdıraraq təlim məqsədinə çatır. Deməli, əslində formativ qiymətləndirmə məzmun standartlarındakı bilik və bacarıqların formalaşmasını təmin edərı böyük bir prosesdir. Şagirdin Məktəbli kitabçasında və müəllimin qeyd dəftərində aparılan qeydlər isə bu işin texniki tərəfidir.

      Müəllimləri maraqlandıran digər məsələ bu qeydlərin necə aparılmasıdır. Yuxarıda qeyd edildiyi kimi, dərsin məqsədinin duzgun müəyyənləşdirilməsi əsas şərtdir. Çünki dərsdə formalaşması nəzərdə tutulan bilik və bacarıq bu məqsəddə əks olunur. Dərsdə monitoring nəticəsində şagirdin həmin bilik və bacarıqlara nə dərəcədə yiyələndıyı müəyyənləşdirilir və hədəfə çatmaq yolları əks-əlaqə, konstruktiv rəy ilə təmin olunur.

     Monitorinqlər həm müşahidələr əsasında, həm şagirdın təlim nəticələrinı izləyib müvafiq qeydlər aparmaqla həm şifahi sual cavabla, həm də digər bir uyğun formadan İstifadə etməklə həyata keçirilir. Nəzərə almaq lazımdır ki, "Məktəbli kitabçasındakı qeydlər konkret, anlaşılan və lakonik olmalıdır. Bu zaman "I səviyyə, yaxşı, pis, kafi, dərsə hazırdır, oxuyub, cavab verdi və s tipli söz və ifadələrdən, rəqəm və ya hər hansı simvolık işarələrdən istifadə etmək olmaz Eyni zamanda formativ qiymətləndirmə üzrə səviyyələrin (I, II, III, IV və s) 2, 3, 4 və 5 qiymətlərinə uyğunlaşdırılması və "Məktəbli kitabçasıı da yazılması yolverilməzdir. Bunu qəbul etməyən valideynlərlə maarifləndirici söhbətlər etmək, müəllim- valideyn əməkdaşlığını gücləndirmək şərtdir.

     Formativ qiymətləndirmənin effektiv olması müəllimin, əsasən, aşağıdakı suallara düzgün və obyektiv cavab müəyyənləşdirməsindən ibarətdir.

 Şagird üçün hədəf nədir?

 Hazırda şagird hansı səviyyədədir? Şagird hədəfə necə çata bilər?

 Şagirdlərin inkişafı üçün istifadə etdiyim metod və üsullar yetərlidirmi, yoxsa onları təkmilləşdirmək zərurəti yaranmışdır?

      Formativ qiymətləndirmə monitorinq və müşahidələrin nəticələrinə əsaslansa da, onun nəticələrının qeydiyyatı aparılmalı bunun uçün har bir müəllim formativ qiymətləndirmə dəftəri tərtib etməlidir Bu dəftərin formasına və aparılmasına xususi bir talab qoyulmasa da, dəftərdə müəllimin dərs dediyi har sinif üçün bir neçə səhifə ayırması və burada şagirdlər barədə tarix göstəniməklə lazımi qeydlərin aparılması məqsədəmüvafiqdir. Bir dera müddətində digər müxtəlif fəaliyyətlərin də olduğunu nəzərə alsaq, əlbəttə, bütün şagirdlərin formativ qiymətləndirilməsinin aparılması və "Məktəbli kitabçası'nda və müellimin formativ qiymətləndirmə dəftərində qeyd olunması fiziki olaraq mümkün deyil. Bu səbəbdən də sinif üzrə formativ qiymətləndirmə şifahi aparılsa da, müvafiq planlaşdırmaya əsasən, hər dərs üzrə 5-8 şagirdin formativ qiymətləndirilməsinin nəticəsinin "Məktəbli kitabçası'nda ve müəllimin formativ qiymətləndirmə dəftərində qeyd olunması tövsiyə olunur.

     Dəftərdə hər bir şagirdlə bağlı qeydlər vaxtaşırı aparılmalıdır. Həmin qeydlər əsasında har bir fənn müəllimi yarımilin sonunda şagirdin yarımillik fəaliyyətinin (akademik, sosial və emosional sferalaı nəzərə alınmaqla) qısa yazılı təsvirini hazırlamalı və şagirdin portfoliosuna əlavə etməlidir. Yarımillik təsvirlər aydın yazılmaqla oxuyan hər kəs tərəfindən başadüşülən fikir formalaşdıra bilən məzmunda olmalıdır Sinif rəhbəri göstərilən qeydlərin vaxtında portfolioya qoyulması üçün müəllimlərlə əməkdaşlıq etməli və qeydlərin dolğun olmasına diqqət yetirməlidir.

Şagirdin yarımıllık fəaliyyətinin qısa yazılı təsvirinə dair nümunə:

5c sinif şagirdi Əliyev Arifin Azərbaycan dili fənnindən I yarımildə aparılmış formativ qiymətləndirilməsinin qısa təsviri

    Akademik göstəricilər Şagird I yarımil ərzində Azərbaycan dili dərslərində fəallıq göstərmiş, müvafiq məzmun xətləri üzrə onda bilik və bacarıqların formalaşması müşahidə olunmuşdur.

    Danışanın fikrini aydınlaşdırmaq məqsədilə suallar venr, lakin dinlədiyi məlumatla bağlı bütün faktları seçmir. Bu səbəbdən də deyəcəyi fikrə uyğun ifadə forması seçsə belə, fikrini əsaslandırmaq üçün arqument gətirdiyi faktlar yetərsiz olur Fikrini ifadə edərkən jest və

mimikalardan yerində istifadə etmək vərdişi hələ formalaşmamışdır.

    Şagird lüğətdən yalnız təlimat olduğu halda istifadə edir. Fikrini bəzi hallarda fakt və nümunələrlə əsaslandıır. Mətnin tərkib hissələrini fərqləndirir, lakin özü mətn yazarkən strukturu təmin edə bilmir. Mövzu ilə bağlı topladığı materialları ümumiləşdirmək bacarığı zəifdir Mətndə açar sözlərin müəyyən edilməsindəki çətinlikləri aradan qaldırmaqla ümumiləşdirməyi və ikinci dərəcəli fikirlərdən imtina etməyi öyrənməlidir. Daha çox qısa mətnlər oxuması, oxuyarkən müxtəlif strategiyalardan istifadə etməsi vacibdir (mas, açar sözləri işarə etməklə oxu). Məktub yazır. Elan yazarkən uyğun yazı qaydalarını nəzərə almır Cümlənin məqsəd və intonasiyaya görə növlərini fərqləndirir. Lakin nitq hissələrinə təsnifatı sonadək anlamayıb, belə ki, əşyanın və hərəkətin əlamətini bildirən sözləri fərqləndirməkdə çətinlik çəkir Mürəkkəb sözlərin, sait və samitlərin yazılış qaydalarına tapşırıq daxilində əməl edir, lakin öz yazılarında qaydalara əməl etməyi lazım bilmir. Bu isə onu göstərir ki, qaydalann her bir halda tətbiq edilməli olduğu barədə şagirdlə ardıcıl iş aparılmalıdır. Durğu işarələrini tətbiq zamanı hərdən səhvlərə yol verir.

    Beləliklə, I yarımildə şagirddə bütün məzmun xətləri üzrə müvafiq bilik və bacanqların orta səviyyədə formalaşdığı qənaətinə gəlmək olar.

   Sosial bacarıqlar. Ötən dövr ərzində Arif bir sıra sosial bacarıqlar qazanmışdır. Sinifde və məktəbdə baş verən hadisələrlə bağlı fikir bildirir. Qrup işlərində daha fəal işləməyə başlayıb. Lakin hər dəfə liderlik etmək həvəsi ona qrup yoldaşlan ilə münasibət qurmağa mane olur. Rol dəyişikliyinə çətin adaptasiya olunur.

    Emosional sfera Lider olmaq həvəsi çox güclüdür. Bəzən bu hiss ona mane de olur. Digər şəxsləri özünə inandırmaq üçün jest və mimikalardan deyil, daha çox səs tonundan istifadə edir. Düşündükləri barədə daha rahat danışa bilir, hisslərini isə ifadə etməkdə çətinlik çəkir.




 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?