İdarəetmə / Direktor / Metodika / Ümumi

Ümumi təhsil müəssisələrində psixoloq ştatının sayının müəyyən edilməsi haqqında

  • Admin
  • 22-apr-2024, 21:54
  • 36 Baxış


Ümumi təhsil müəssisələrində psixoloq ştatının sayının müəyyən edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

     “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 711 nömrəli Fərmanının 1.1.11-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində psixoloq ştatının sayı aşağıdakı kimi müəyyən edilsin:

1.1. şagird sayı 1000-dək olduqda, 1 vahid;

1.2. şagird sayı 1000-dən 3000-dək olduqda, 2 vahid;

1.3. şagird sayı 3000-dən çox olduqda, 3 vahid.

2. Özəl ümumi təhsil müəssisəsində psixoloq ştatının sayı həmin təhsil müəssisəsinin ali idarəetmə orqanı tərəfindən müəyyən olunur.

                                          

Bakı şəhəri, 27 fevral 2020-ci il      № 70



 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?