Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri
- Admin
- 22-apr-2024, 22:14
- 84 Baxış
Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1. Ümumi müddəalar
1.1. Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri (bundan sonra – Sənəd) “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 12.13-cü maddəsinə əsasən hazırlanmışdır və dövlət ümumi təhsil müəssisəsi (bundan sonra – məktəb) təhsilalanlarının (bundan sonra – təhsilalanlar) geyim formalarının təsvirlərini müəyyən edir.
1.2. Bu Sənəd xüsusi təyinatlı dövlət ümumi təhsil müəssisələrinin təhsilalanlarına şamil edilmir.
1.3. Təhsilalanlar məktəbdə və təntənəli məktəb tədbirləri ilə bağlı məktəbdən kənarda olduqları müddətdə bu Sənədlə müəyyən edilmiş geyim formalarını geyinirlər.
1.4. Geyim forması bu Sənədin 1-5 nömrəli əlavələri ilə müəyyən edilmiş təsvirlərə uyğun olmalıdır.
1.5. Geyim formaları təbii və keyfiyyətli (möhkəmlilik və davamlılıq xüsusiyyətləri, habelə aşınma müqaviməti olan, qırışlar yaratmayan, yuyulduqdan sonra ölçüləri dəyişməyən, rəngi solmayan və qarışmayan, təri yaxşı qəbul edən, spesifik qoxusu olmayan, sürtünmə nəticəsində elektrikləşməyən) parçalardan tikilməli, təhsilalanların sağlamlığına mənfi təsir göstərməməlidir.
1.6. Təhsilalanlar üçün hazırlanan geyim formalarının etiketində istifadə edilən parçanın tərkibi barədə və “məktəbli forması” sözləri yazılmalıdır.
1.7. Geyim formasının üzərində (ön tərəfinin sol yuxarı hissəsində və ya sol qol hissəsinin yuxarı kənar tərəfində) məktəbin emblemi əks oluna bilər.
1.8. Təhsilalanlar geyim forması ilə valideynləri və ya digər qanuni nümayəndələri tərəfindən təmin edilirlər.
1.9. Bu Sənədin tələblərinə təhsilalanlar tərəfindən riayət edilməsinə məktəbin rəhbərliyi nəzarət edir.
2. Təhsilalanların geyim formalarının təsviri
2.1. Təhsilalanların geyim forması aşağıdakı qış və yay formalarından (1 nömrəli əlavə) ibarətdir:
2.1.1. qızlar üçün yay forması - üçdüyməli qısaqol köynək və ətək;
2.1.2. oğlanlar üçün yay forması - üçdüyməli qısaqol köynək və şalvar;
2.1.3. qızlar üçün qış forması - üçdüyməli uzunqol köynək, ətək və ya şalvar, önü bağlanılan cibli jaket;
2.1.4. oğlanlar üçün qış forması - üçdüyməli uzunqol köynək, şalvar və önü bağlanılan cibli jaket.
2.2. Təhsilalanların geyim formalarının təsviri:
2.2.1. oğlanlar üçün şalvar - rəngli (tünd-göy, tünd-boz, qəhvəyi-yaşıl (xaki), tünd-qəhvəyi) yun və poliester qarışıqlı (yun 60%, poliester 40%) iplikdən toxunulmuş parçadan düzünə və manjetsiz tikilir. Şalvara kəmər tətbiq edilir. Kəmər üçün ön hissədə iki, yanda iki və arxada iki ədəd körpücük tikilir. Şalvarın kəsmə yan cibləri və arxadan hər iki tərəfdən adi kiçik düymə ilə düymələnən kəsmə cibləri vardır. Şalvar ön hissədən kəmərdə qarmaq, adi kiçik düymə və zəncirbəndlə bağlanılır;
2.2.2. qızlar üçün ətək - rəngli (tünd-göy, tünd-boz, qəhvəyi-yaşıl (xaki), açıq-qəhvəyi) yun və poliester qarışıqlı (yun 60%, poliester 40%) iplikdən toxunulmuş parçadan çoxsaylı şaquli qırçınlı, yarımdairə klyoş və ya trapesiyaşəkilli tikilir. Ətəyin uzunluğu diz xəttindən aşağı olmalıdır. Çoxsaylı şaquli qırçınlı ətəyin arxa və ön hissələri bel səviyyəsində köklənmişdir. Ətək kəmərli və ya rezinli olur. Kəmərli ətəkdə yan hissədə bağlanma yeri adi kiçik düymə və ya zəncirbəndlə bağlanılır. Kəmərə öndə iki və arxada iki ədəd körpücük tikilir. Yarımdairə klyoş ətəyin arxa və ön hissələri bel səviyyəsində köklənmişdir. Ətək kəmərli və ya rezinli olur. Kəmərli ətəkdə yan hissədə bağlanma yeri adi kiçik düymə və ya zəncirbəndlə bağlanılır. Kəmərə öndə iki və arxada iki ədəd körpücük tikilir. Trapesiyaşəkilli ətəyin arxa və ön hissələri bel səviyyəsində köklənmişdir. Ətək kəmərli olur. Kəmərə öndə iki və arxada iki ədəd körpücük tikilir. Ətəyin sağ yanda kəmər hissədə bağlanma yeri adi kiçik düymə və ya zəncirbəndlə bağlanılır;
2.2.3. qızlar üçün şalvar - rəngli (tünd-göy, tünd-boz, qəhvəyi-yaşıl (xaki), tünd-qəhvəyi) yun və poliester qarışıqlı (yun 60%, poliester 40%) iplikdən toxunmuş parçadan düzünə və manjetsiz tikilir. Şalvara kəmər tətbiq edilir. Kəmər üçün ön hissədə iki, yanda iki və arxada iki ədəd körpücük tikilir. Şalvarın kəsmə yan cibləri və arxadan bir tərəfdən adi kiçik düymə ilə düymələnən kəsmə cibi vardır. Şalvar ön və ya yan hissədən kəmərdə qarmaq, adi kiçik düymə və zəncirbəndlə bağlanılır;
2.2.4. köynək:
2.2.4.1. qısaqol köynək - rəngli (ağ, mavi, bej) və pambıq iplik tərkibli (karde və ya penye) parçadan (100% pambıq) polo tipli tikilir. Köynəyin üçdüyməli düymə plankası, manjetlər və ətək hissəsi ikiqat tikişlə tikilir;
2.2.4.2. uzunqol köynək - rəngli (ağ, mavi, bej) və pambıq iplik tərkibli (karde və ya penye), (100% pambıq) orta qalın toxunma parçadan tikilir. Köynəyin forması polo tiplidir. Köynəyin üçdüyməli düymə plankası, manjetlər və ətək hissəsi ikiqat tikişlə tikilir;
2.2.5. önü bağlanılan cibli jaket - rəngli (göy, boz, yaşıl, qəhvəyi-yaşıl (xaki) yarımyun (yun 50%, akril 50%) tərkibli qalın toxunma parçadan tikilir. Jaket birbortludur, bort zəncirbəndlə açılıb-bağlanılır, arxası bütövdür. Kəsmə yan cibi, yaxalığı, ətəyi və qol manjetləri ikiqat toxunuşludur.
3. Geyim formasının seçilməsi
3.1. Məktəblər üçün bu Sənədin 2-5 nömrəli əlavələrində nəzərdə tutulmuş 4 rəngdə geyim formasının nümunəsi təklif olunur. Məktəblərin sifarişi əsasında bu Sənədin 2.2-ci bəndində qeyd edilən rənglərdən və modellərdən istifadə olunmaqla müxtəlif dəstlər hazırlana bilər. Hər məktəbdə yalnız bir geyim forması dəsti tətbiq edilir.
3.2. Geyim forması dəsti məktəbin Pedaqoji Şurasının qərarı ilə ən geci martın 1-dək müəyyən olunur və ən azı 3 tədris ili ərzində dəyişilməz olaraq tətbiq edilir.
Təhsilalanların geyim formalarının
NÜMUNƏLƏRİ
Oğlanlar üçün yay və qış geyim forması dəsti: şalvar, qısaqol polo tipli köynək, uzunqol polo tipli köynək, önü bağlanılan cibli jaket
Yay geyim forması dəsti üçdüyməli qısaqol köynək və şalvardan |
Qış geyim forması dəsti |
Qızlar üçün yay və qış geyim forması dəsti: ətək, şalvar, qısaqol polo tipli köynək, uzunqol polo tipli köynək, önü bağlanılan cibli jaket
Yay geyim forması dəsti |
Qış geyim forması dəsti |
Oğlanlar üçün
Yay geyim forması dəsti |
Qış geyim forması dəsti |
Qızlar üçün
Yay geyim forması dəsti |
Qış geyim forması dəsti |
Oğlanlar üçün
Yay geyim forması dəsti |
Qış geyim forması dəsti |
Qızlar üçün
Yay geyim forması dəsti |
Qış geyim forması dəsti |
Oğlanlar üçün
Yay geyim forması dəsti |
Qış geyim forması dəsti |
Qızlar üçün
Yay geyim forması dəsti |
Qış geyim forması dəsti |
Oğlanlar üçün
Yay geyim forması dəsti |
Qış geyim forması dəsti |
Qızlar üçün
Yay geyim forması dəsti |
Qış geyim forması dəsti |