İdarəetmə / Direktor / Metodika / Ümumi

Qızıl və gümüş nişanların uçotu və verilməsi kitabının aparılmasına dair GÖSTƏRİŞ

  • Admin
  • 28-apr-2024, 23:31
  • 29 Baxış



Qızıl və gümüş nişanların uçotu və verilməsi kitabının aparılmasına dair

GÖSTƏRİŞ

1.       Qızıl və gümüş nişanların uçotu və verilməsi kitabı hər bir tam orta məktəbdə aparılır.

2.       Qızıl və gümüş nişanların verilməsi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri əsas hesab olunur, kitabda əmrin tarixi və nömrəsi göstərilir.

3.       Qızıl və gümüş nişanların uçotu və verilməsi kitabında bütün qeydlər göy rəngli diyircəkli qələmlə səliqəli, oxunaqlı və aydın xətlə yazılmalıdır.

 

1.Şagird kontingentinə dair əlifba kitabı  GÖSTƏRİŞ

          

1.      Şagird kontingentinə dair əlifba kitabı (bundan sonra - Kitab) hər bir ümumi təhsil müəssisəsində (bundan sonra – məktəb) aparılır.

2.      Kitabda şagirdlərin adları əvvəl yazılmaqla əlifba sırası ilə qeyd olunur. Hər bir hərf üçün kitabda müvafiq sayda səhifə nəzərdə tutulur.

3.      Kitabda hər şagird üçün iki sətir ayrılır.

4.      Məktəbə yeni qəbul olunmuş şagirdlər əlifba sırasına uyğun müvafiq səhifədə növbəti nömrə ilə qeyd edilir.

5.      Kitab müəyyən müddətdən sonra tamamlandıqda məktəbə yeni qəbul edilən şagirdlərin qeydiyyatı növbəti kitabda əvvəlki kitabın müvafiq hərfə aid səhifəsindəki nömrə ardıcıllığı ilə davam etdirilir.

 

Pedaqoji işçilərin uçotu kitabının aparılması barədə GÖSTƏRİŞ

1.     Pedaqoji işçilərin uçotu kitabı (bundan sonra - Kitab) hər bir ümumi təhsil müəssisəsində aparılır.

2.     Kitabda pedaqoji işçilər haqqında qeydlər müvafiq rəsmi sənədlər əsasında yazılır.

Pedaqoji şuranın protokol kitabının aparılmasına dair GÖSTƏRİŞ

1.      Məktəb pedaqoji şurasının protokol kitabı (bundan sonra - kitab) bütün ümumi təhsil müəssisələrində aparılır.

2.      Kitabda tədris ili ərzində keçirilmiş pedaqoji şura iclaslarının protokolları (iclasın gündəliyi, çıxışlar, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərarlar) yazılır, pedaqoji şuranın sədri və katibi tərəfindən imzalanır.

Məktəb üzrə əmr kitabının aparılmasına dair GÖSTƏRİŞ

1.      Məktəb üzrə əmr kitabı (bundan sonra - Əmr kitabı) bütün ümumi təhsil müəssisələrində (bundan sonra – məktəb) aparılır.

2.      Aşağıdakı məsələlər məktəb üzrə əmrlə rəsmiləşdirilir:

2.1.    yuxarı təşkilatların təhsillə bağlı qərar, əmr və sərəncamlarının icrası ilə bağlı nəzərdə tutulan tədbirlər;

2.2.    müəyyən edilmiş qaydalara uyğun olaraq, pedaqoji və tədris-yardımçı heyət işçilərinin işə qəbulu və işdən azad olunması;

2.3.    müəllimlərin və digər işçilərin məzuniyyətə buraxılması, ezamiyyətə, öyrədici təlimlərə, ixtisasartırma və yenidənhazırlanma kurslarına göndərilməsi;

2.4.    şagirdlərin                        digər        rayon                                                şəhərlərə  idman                                        yarışlarına,       olimpiadalara, müsabiqələrə, konfranslara və başqa bu kimi tədbirlərə göndərilməsi;

1.1.    hər bir tədris ilinin əvvəlində II-VIII siniflər üzrə şagirdlərin ümumi sayı (məsələn, II sinif - 45 nəfər, III sinif - 42 nəfər                         ), I, IX, X, XI siniflər üzrə şagirdlərin adlı siyahısı (S.A.A.);

1.2.    tədris ili ərzində, yay tətili müddətində məktəbə qəbul edilən və məktəbdən gedən şagirdlər;

1.3.    pedaqoji şuranın müvafiq qərarları əsasında:

     müəllimlərin dərs bölgüsü, sinif rəhbərləri, dərnək rəhbərlərinin təyin edilməsi;

     şagirdlərin buraxılış imtahanlarına buraxılması;

     şagirdlərin sinifdən-sinfə keçirilməsi;

     attestat alan şagirdlərin adlı siyahısı;

     intizam tənbehləri, rəğbətləndirmə və mükafatlandırmalar;

     təhsil qanunvericiliyinə uyğun və ümumi təhsil müəssisəsinin idarəolunması ilə bağlı zəruri hesab edilən digər məsələlər.

Əmr kitabı məktəbin direktoru tərəfindən doldurulur, imzalanır



 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?