Buraxılan və əvəz edilən dərslərin uçotu kitabının aparılmasına dair GÖSTƏRİŞ
- Admin
- 28-apr-2024, 23:36
- 126 Baxış
Buraxılan və əvəz edilən dərslərin uçotu kitabının aparılmasına dair GÖSTƏRİŞ
1. Buraxılan və əvəz edilən dərslərin uçotu kitabı (bundan sonra - Kitab) hər bir ümumtəhsil məktəbində aparılır.
2. Kitab ibtidai məktəblərdə direktor vəzifəsini icra edən, ümumi orta və tam orta ümumtəhsil məktəblərində isə tədris (təlim-təbriyə) işləri üzrə direktor müavini tərəfindən aparılır.
3. Əvəz edilib-edilməməsindən asılı olmayaraq, buraxılan bütün dərslər kitabda qeyd
edilir.
4. Müxtəlif səbəblərə görə (ixtisasartırma və yenidənhazırlanma təhsilinə cəlb, xidməti
ezamiyyə, sosial və ödənişsiz məzuniyyət, xəstəlik və s.) 2 (iki) həftə və daha artıq müddətdə işdə olmayacağı əvvəlcədən bilinən müəllimlərin buraxdığı dərslər bu kitabda qeyd olunmur.
5. Dərsi (dərsləri) əvəz etmiş müəllim (müəllimlər) tərəfindən kitabda həmin gün imza
edilir.
Məktəbəhazırlıq üzrə qrup jurnalının aparılmasına dair GÖSTƏRİŞ
1. Məktəbəhazırlıq üzrə qrup jurnalı (bundan sonra - jurnal) həmin qrupun müəllimi tərəfindən aparılır və bir tədris ili üçün nəzərdə tutulur.
2. Paralel qrupların jurnalları hərflərlə fərqləndirilir.
3. Tədris dilindən asılı olmayaraq, məşğələdə iştirak etməyənlərin adının qarşısında “q” hərfi qeyd olunur.
4. Jurnalda tədris edilən hər məşğələyə ayrıca səhifə (səhifələr) ayrılır. Səhifələrin sayı tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini tərəfindən tədris planında hər məşğələyə ayrılan həftəlik məşğələ saatlarının miqdarına uyğun müəyyənləşdirilir.
5. Jurnalda əlifba sırası ilə uşaqların soyadı və adı, məşğələlərin keçirildiyi tarix, müəllimin soyadı və adı, tədris olunan mövzular qeyd edilir.
6. Jurnalın müvafiq səhifələrində uşaqların adlı siyahısı müəllim tərəfindən yazılır, “Uşaqlar haqqında ümumi məlumat”, “Uşaqlar tərəfindən buraxılmış məşğələlərin miqdarı haqqında məlumat” səhifələri müəllim tərəfindən doldurulur. “Uşaqlar haqqında ümumi məlumat” səhifəsi müvafiq rəsmi sənədlər əsasında yazılır. “Uşaqların sağlamlıq vəziyyəti haqqında məlumat” səhifəsi ərazi üzrə səhiyyə orqanının (dispanser, poliklinika və s.) və məktəb həkiminin müayinəsinin nəticələri əsasında müəllim tərəfindən doldurulur.
7. “Qrup jurnalının aparılmasına dair qeydlər” səhifəsində məktəbin direktoru və tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavininin tədris ili ərzində jurnalın hansı səviyyədə aparılması barədə tövsiyə və təklifləri qeyd edilir.
Dərnək məşğələləri jurnalının aparılmasına dair GÖSTƏRİŞ
1. Dərnək məşğələləri jurnalı (bundan sonra - Jurnal) həmin tipdən olan məşğələlərin uçotunun aparılması məqsədilə tətbiq edilir və bir tədris ili üçün nəzərdə tutulur.
2. Ümumi təhsil müəssisəsindəki (bundan sonra - məktəb) bütün dərnək məşğələləri bir jurnalda yazılır.
3. Məşğələlərdə iştirak etmədikləri tarixlərdə şagirdlərin adının qarşısında “q” hərfi qeyd olunur.
4. Jurnalın səhifələri göy rəngli diyircəkli qələmlə səliqəli, oxunaqlı və aydın xətlə yazılmalıdır.
5. Jurnalın düzgün və səliqəli aparılmasına məktəbin direktoru və onun tədris (təlim- tərbiyə) işləri üzrə müavini nəzarət edir, “Jurnalın aparılmasına dair qeydlər” səhifəsində onların təklif və metodik göstərişləri yazılır.
6. Dərnək rəhbərləri jurnalın müəyyən edilmiş qaydalara uyğun aparılması üçün məsuliyyət daşıyırlar.
Valideyin-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat
Bu hissədə yazılan müddəaların hər bir valideynlə paylaşılması bütün ümumi təhsil müəssisələri üçün icbaridir.
Bu sənəd aşağıdakıları müəyyən edir:
Øvalideynlərin/qanuni nümayəndələrin məktəb icmasının digər üzvləri ilə məktəb daxilində və məktəbdənkənar qarşılıqlı əlaqələrini tənzimləmək üçün davranış standartlarını;
Øailə-məktəb ünsiyyətini tənzimləyən prosedurları.
Bu sənəddə müəyyən olunan qaydalar məktəb icması tərəfindən aşağıdakı əsas prinsiplərin qəbul edilməsini nəzərdə tutur.
Valideynlər/qanuni nümayəndələr, müəllimlər və məktəb rəhbərliyi:
1. şagirdlərin məktəbdaxili nizam-intizam qaydalarını dəstəkləməli;
2. bütün şagirdlər üçün şəxsi nümunə olmalı;
3. bütün şagirdlərin akademik nailiyyətləri və rifahı naminə əməkdaşlıq etməli;
4. problemləri tərəflərin nüfuzuna xələl gətirmədən müzakirə yolu ilə həll etməli;
5. Azərbaycan dövlətçiliyinə, dövlət rəmzlərinə və milli dəyərlərinə hörmət nümayiş etdirməlidirlər.
A. Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat
Bu hissədə yazılan təlimatların hər bir valideynlə paylaşılması bütün ümumi təhsil müəssisələri üçün icbaridir.
Valideynlər/qanuni nümayəndələr:
1.müəyyən olunmuş vaxtda övladının təhlükəsiz şəkildə məktəbə gəlməsini və məktəbdən evə qayıtmasını, övladının məktəbə tam məktəbli formasında və lazımi dərs ləvazimatları ilə gəlməsini təmin etməli;
2.şifahi və yazılı ünsiyyətdə hörmət nümayiş etdirməli və nəzakətli olmalı;
3.digər valideynlərin və ya şagirdlərin məktəbdəki təlim-tərbiyə prosesinə mənfi təsir edən davranış(lar)ı, həmçinin məktəb ərazisində baş verən mənfi hallarla bağlı məktəb heyətini məlumatlandırmalı;
4.şagirdlərin bir-biri və böyüklərlə olan münaqişələrinin həllini məktəb heyətinə həvalə etməli;
5.məktəb heyətinin bütün şagirdlərin təhsili və rifahı üçün məsuliyyət daşıdığını qəbul etməli;
6.cinsindən, irqindən, dinindən, dilindən, etnik mənsubiyyətindən, sağlamlıq imkanlarından və ya digər fərdi xüsusiyyətlərindən asılı olmayaraq hamıya qarşı nəzakət və tolerantlıq nümayiş etdirməli;
7.məktəb icmasının bütün üzvləri haqqında şəxsi məlumatların məxfiliyinə hörmət etməli;
8.şagirdlərin, məktəb heyətinin, digər valideynlərin/qanuni nümayəndələrin və ya məktəbin nüfuzuna xələl gətirən fəaliyyətlərə yol verməməli (internet üzərindən fəaliyyətlər də daxil olmaqla);
9.övladının öyrənməsinə və ev tapşırığını yerinə yetirməsinə nəzarət etməli;
10.övladının akademik nailiyyətləri, davranışı və rifahı barədə məsələləri müzakirə etmək üçün görüşlərdə/iclaslarda iştirak etməli;
11.məktəbin akademik və sosial fəaliyyətlərlə bağlı təşəbbüslərini və tədbirlərini dəstəkləməli;
12.ümumi məsələlər, həmçinin şikayət və narahatlıqlarla bağlı müraciət edərkən ailə- məktəb ünsiyyətini tənzimləyən prosedurlara riayət etməli;
13.tədris prosesi və məktəb fəaliyyətinə mane olan davranışlara yol verməməli, məktəb binasına və sinif otaqlarına yalnız məktəb íəhbəíliyinin icazəsi ilə daxil olmalı;
13.1.Məktəb heyətinin üzvləri ilə iş saatlarında və ya təyin olunmuş vaxtda əlaqə saxlamalı, axşam saatları, istirahət və bayram günlər məktəb heyətinin üzvlərini ciddi səbəb olmadan narahat etməkdən çəkinməli2;
13.2.“Şagirdlərin məktəbdaxili nizam-intizam qaydaları” ilə tanış olmalı və onu dəstəkləməli;
13.3.Öz övladının cəlb olunduğu situasiyalar da daxil olmaqla, nizam-intizam məsələlərinə dair məktəb heyətinin peşəkar mühakimə və qərarlarına hörmət etməlidirlər.
B. Yolverilməz davranışlar
Aşağıdakı davranışlar valideynlər/qanuni nümayəndələr, məktəb heyəti və şagirdlər tərəfindən yolverilməzdir və hüquqi məsuliyyət yarada bilər:
1.Şifahi, elektron poçt, səsli və mətn formasında ismarışlar, həmçinin telefon və ya internet vasitəsilə alçaldıcı, təhqiredici və hədələyici ünsiyyətə yol vermək;
2.məktəb fəaliyyətinə və tədris prosesinə mane olan davranış nümayiş etdirmək;
3.məktəb heyətinin üzvünə, ziyarətçiyə, valideynə/qanuni nümayəndəyə və ya şagirdə bədən xəsarəti yetirmək və ya xəsarət yetirməklə hədələmək;
4.məktəbin, məktəb heyətinin üzvünün, ziyarətçinin, valideynin/qanuni nümayəndənin və ya şagirdin əmlakına ziyan vurmaq və ya ziyan vurmaqla hədələmək;
5.məktəb icması və şagird kollektivi daxilində radikal dini və siyasi baxışları təbliğ etmək;
6.şifahi, yazılı və ya internet vasitəsilə məktəb və ya məktəb heyətinin üzvləri ilə bağlı ictimai şəkildə alçaldıcı və təhqiredici şərhlər etmək;
7.məktəb ərazisində və ya onun yaxınlığında içki içmək, siqaret çəkmək, kobud və ya təhqiramiz ifadələrdən istifadə etmək və ya digər antisosial davranışlara yol vermək;
8.akademik nəticələri saxtalaşdırmaq, həmçinin şagirdə xüsusi münasibət göstərilməsi üçün pul, hədiyyə və xidmət təklif etmək və ya bu təklifi qəbul etmək.
1.Bütün məktəblər aşağıdakı məlumatları əldə etmək üçün valideynləri qanuni nümayəndələri anketlərlə təmin etməlidirlər:
1.1.valideynlərin qeydiyyat/yaşayış ünvanları, iş yerləri, telefon nömrələri və elektron poçt ünvanları daxil olmaqla bütün əlaqə məlumatları;
1.2.övlad(lar)ının hər hansı xüsusi tibbi və ya pəhriz ehtiyaclarının təfərrüatları;
1.3.övlad(lar)ının diaqnozla təsdiqlənmiş hər hansı xüsusi təhsil, davranış, emosional və fiziki ehtiyacları/məhdudiyyətləri3 haqqında ətraflı məlumat;
Bu formalar valideynlər/qanuni nümayəndələr tərəfindən hər tədris ilinin əvvəlində (və ya tədris ili ərzində yeni şagirdin məktəbə qeydiyyatı zamanı) doldurulmalıdır.
Bu məlumatların həm yeni, həm də təhsilini davam etdirən şagirdlərin ailələri tərəfindən verilməsi eyni dərəcədə vacibdir, çünki əlaqə məlumatları, pəhriz, tibbi və digər ehtiyaclar zaman keçdikcə dəyişə bilər.
Valideynlər/qanuni nümayəndələr tədris ili ərzində əlaqə məlumatları, övladının pəhriz və təhsil ehtiyacları dəyişərsə (dəyişdikdə), bu məlumatların yenilənməsi üçün məsuliyyət daşıyırlar.
Məktəblər valideynlərin/qanuni nümayəndələrin müraciətlərini, fikirlərini, narahatlıq və şikayətlərini qəbul etməyə açıq olmalıdırlar. Məktəblər valideyn icmasını diqqətlə dinlədikləri zaman onlarla daha güclü və stabil münasibətlər qurur və şagirdlər üçün daha keyfiyyətli təhsil və qayğı təmin edilir.
Müraciətlərin qeydiyyata alınması və müvafiq tədbirin görülməsi üçün onların aidiyyatı heyət üzvünə ünvanlanması vacibdir.
“Valideyn müraciətləri üçün prosedurlar” (2.1) adlı diaqram aşağıda qeyd olunan mövzularla bağlı valideynlərin/qanuni nümayəndələrin kimə müraciət etməli olduğunu əks etdirir:
● öyrətmə və öyrənmə
● şagird davamiyyəti, davranışı və rifahı4
● texniki məsələlər /tədrislə əlaqədar olmayan (qeyri-akademik)
● şagirdlə bağlı tibbi məsələlər
...eyni zamanda attestat, arayış kimi rəsmi sənədlər üçün müraciətlər.
2.2. Müraciətin mərhələləri
Diaqram 2.1-də müraciət mərhələləri (yəni, mərhələ 1, 2 və 3) əks olunmuş və aşağıda izahı verilmişdir. Bu, valideynlərin/qanuni nümayəndələrin və məktəb heyətinin gündəlik/ xırda məsələlər, narahatlıqlar və şikayətləri daha ciddi və təcili müraciətlərdən fərqləndirməsinə kömək edir.
Bunun əhəmiyyəti ondan ibarətdir ki, bir çox gündəlik/xırda məsələləri sinif rəhbəri və ya fənn müəllimi ilə operativ şəkildə həll etmək mümkün olduğu halda, daha ciddi və mürəkkəb məsələlər rəhbərlik səviyyəsində həllini tapmalı və qeydiyyatı aparılmalıdır.
1-ci mərhələyə aid müraciətlər: cari məsələlər
Müraciətə baxan əsas məsul şəxs: Sinif rəhbəri və ya fənn müəllimi (texniki məsələlər / qeyri-akademik və ya tibbi məsələlər istisna olmaqla (bax: Diaqram 2.1))
Ünsiyyət formaları: şifahi, mətn formasında mesaj, elektron poçt və ya yazılı qeyd.
Qeydiyyatın aparılması: Məktəb heyətinə və valideynlərə/qanuni nümayəndələrə göndərdikləri və ya qəbul etdikləri hər hansı yazışmaların surətinin saxlanılması tövsiyə olunur.
Müraciətə baxılması müddəti: 1-ci mərhələyə aid müraciətlərə baxılması üçün ən geci 3 (üç) iş günü tələb olunur.
2-ci mərhələyə aid müraciətlər: ciddi və təcili, həmçinin 1-ci mərhələdə həll olunmayan məsələlərlə bağlı müraciətlər
Müraciətə baxan əsas məsul şəxs: Məktəb rəhbərliyinin müvafiq üzvü, məsələn, şagird münasibətləri və ya bullinqlə bağlı müraciətlər üçün Təşkilati işlər üzrə direktor müavini.
Ünsiyyət formaları: təyin olunmuş görüş və/və ya, irad, narahatlıq və ya şikayəti əks etdirən rəsmi elektron poçt/məktub.
Qeydiyyatın aparılması:Məktəb heyətininvə valideynlərin qanuninümayəndələrin göndərdikləri və ya qəbul etdikləri bütün yazışmaların surətini saxlaması vacibdir.
İclaslar məktəb rəhbərliyi tərəfindən protokollaşdırılmalı; iştirakçılar, müzakirə olunan əsas məqamlar və qərarlar protokolda öz əksini tapmalı; iclas protokollarının çıxarışları kağız formatda və ya e-poçt vasitəsilə valideynlər/qanuni nümayəndələrlə paylaşılmalıdır.
Müraciətə baxılması müddəti: 2-ci mərhələyə aid məsələlərin məktəb heyəti tərəfindən araşdırılmasına ehtiyac olduğundan müraciətlərə baxılması üçün ən geci 5 (beş) iş günü tələb olunur.
3-cü mərhələyə aid müraciətlər: daha ciddi və təcili,həmçinin 2-ci mərhələdə həll olunmayan məsələlərlə bağlı müraciətlər
Müraciətə baxan əsas məsul şəxs: direktor
Ünsiyyət formaları: təyin olunmuş görüş, irad, narahatlıq və ya şikayəti əks etdirən rəsmi elektron poçt/məktub;
Qeydiyyatın aparılması: Məktəb heyətinin və valideynlərin/qanuni nümayəndələrin göndərdikləri və ya qəbul etdikləri bütün yazışmaların surətini saxlaması vacibdir.
İclaslar məktəb rəhbərliyi tərəfindən protokollaşdırılmalı; iştirakçılar, müzakirə olunan əsas məqamlar və qərarlar protokolda öz əksini tapmalı; iclas protokollarının çıxarışları kağız formatda və ya elektron poçt vasitəsilə bütün heyətlə və valideynlər/qanuni nümayəndələrlə paylaşılmalıdır.
Müraciətə baxılması müddəti: 3-cü mərhələyə aid məsələlərin məktəb heyəti tərəfindən ətraflı araşdırılmasına ehtiyac olduğundan müraciətlərə baxılması üçün ən geci 10 (on) iş günü tələb olunur. Müddət uzanarsa, məktəb valideynlərə bu barədə yazılı məlumat verməlidir.
Qeyd: Bu mərhələdə həllini tapmayan məsələlərlə bağlı valideynlər yerli təhsili idarəetmə orqanına müraciət edə bilərlər. Bu zaman vətəndaşların müraciətlərinə (ərizə, şikayət və təklif) baxılması “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının
Qanunu”na əsasən həyata keçiriləcək.
3.1. Valideynlərin/qanuni nümayəndələrin məktəb heyəti üzvü ilə problemi yarandıqda, onlar birbaşa həmin şəxslə söhbət edərək məsələni həll etməyə çalışmalıdırlar;
3.2. valideynlər/qanuni nümayəndələr məktəb heyətinin iş saatlarını, sinifdə şagird sayını nəzərə alaraq, vacib olduğu halda söhbət və görüş üçün müraciət etməlidirlər;
3.3. valideynlər məsələləri 2 və 3-cü mərhələyə (bax 2.2) qaldırdıqda, problemin əvvəlki mərhələdə həll olunmasına cəhd etdikləri barədə dəlilləri təqdim etməlidirlər. Müraciətlə bağlı yazışmaların surətlərinin saxlanılmaması problem yarada bilər;
3.4. yerli təhsili idarəetmə orqanına müraciət edəcəkləri təqdirdə valideynlərdən/qanuni nümayəndələrdən 2-ci və 3-cü mərhələlərdəki yazılı müraciətlərin surətlərini, o cümlədən məktəbin verdiyi yazılı cavabları və iclas protokollarından çıxarışları (mümkün olduqda) təqdim etmələri xahiş olunur; bu yazışmaların tarixləri müraciətlərə baxılması üçün məktəbə kifayət qədər vaxt5 verdiklərini göstərir;
3.5. bir qrup valideyn/qanuni nümayəndə hər hansı bir məsələ ilə bağlı fikir və narahatlıq ifadə etmək və ya müraciət etmək istədikdə, direktorla görüş təyin etmək üçün şifahi müraciət etməlidir; Həmin valideynlər/qanuni nümayəndələr bütün qrupun və ya qrupu təmsil edən nümayəndə(lər)in iştirakının tələb olunub-olunmaması barədə direktorla əvvəlcədən razılaşmalıdırlar;
3.6. valideynlər/qanuni nümayəndələr tövsiyə məktubları ilə bağlı (məsələn, universitetə müraciət üçün) tövsiyə məktubunu verəcək şəxsə müraciət edə bilərlər.
3.7..valideyn/qanuni nümayəndələrlə bu prosedurları yazılı şəkildə paylaşmalı;
3.8.iş saatları ərzində məktəbə daxil olan zənglərin cavablandırılmasını təmin etməli;
3.9..valideynlərin/qanuni nümayəndələrin sinif rəhbərləri və məktəb rəhbərliyi üzvləri ilə qısa söhbətləri üçün gündəlik və ya həftəlik münasib vaxt təyin etməli; bu, 1-ci mərhələyə aid xırda/gündəlik məsələlərin böyüməsinin qarşısını almağa kömək edir;
3.11.2-ci və 3-cü mərhələlərdə müraciətə baxan məsul şəxslərin məktəb rəhbərliyi üzvləri olmasına baxmayaraq, ehtiyac olarsa, sənədlərin surəti sinif rəhbəri və digər aidiyyatı heyət üzvü ilə paylaşılmalı və onlar bu mərhələlərdəki məsələlərin operativ həlli üçün iclaslara cəlb olunmalıdırlar; məsələn, 3-cü mərhələdəki müraciətə baxılması ilə bağlı direktorla keçirilən iclasda sinif rəhbərinin fikirləri dəyərli ola bilər;
3.12.Əgər məktəb heyəti və ya məktəbin inzibati strukturu 2.1 diaqramında qeyd olunanlara uyğun gəlmirsə, “Müraciətə baxan məsul şəxs” pedaqoji şura tərəfindən təyin edilməlidir. Bu zaman müraciətin müxtəlif mərhələlərində fərqli məsul şəxslərin təyin olunması prinsipi əsas tutulmalıdır.