İdarəetmə / Direktor / Ümumi / Metodika

Çalışma yaş həddi 180

  • Admin
  • 25-may-2024, 15:49
  • 154 Baxış

“Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətlərin meyarları”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2011-ci il 17 may tarixli 127-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 460 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətlərin meyarları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

 

Bakı şəhəri, 31 oktyabr 2011-ci il

    № 180

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2011-ci il 31 oktyabr tarixli 180 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

 

Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətlərin meyarları

 

1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən meyarlar aşağıdakılardır:

1.1. Azərbaycan Respublikasının orden və medalları ilə təltif edilmə;

1.2. Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmə;

1.3. işlədiyi sahə üzrə elmi dərəcəsinin və ya elmi adının olması;

1.4. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və ya müxbir üzvü olması;

1.5. Dövlət mükafatı laureatı olması;

1.6. 1991-ci il oktyabrın 18-dək orden və medallarla təltif edilmə.


 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?