İdarəetmə / Direktor / Ümumi / Metodika

Əvəzçilik üzrə müddətli əmək müqaviləsi bağlanmış müəllimin əmək funksiyalarının icrasına başlaması barədə

  • Admin
  • 01-iyn-2024, 02:31
  • 156 Baxış


                            Bakı şəhəri  100 №-li tam orta məktəb üzrə 

                                       

                                                        Əmr № ___  

Bakı şəhəri                                                                                 08 sentyabr 2024-cü il                                                                                                                                                                                                 

 

 

Əvəzçilik üzrə müddətli əmək müqaviləsi bağlanmış müəllimin əmək funksiyalarının icrasına başlaması barədə

 

           Məktəbdə   ______(gün) _________(ay)   _________(il) tarixindən  ________________ səbəbdən  ________ saat tarix fənni üzrə vakant saat yaranmışdır. Həmin vakant saatların tədrisini təşkil etmək məqsədi ilə Bakı şəhəri  114 №-li tam orta məktəbin müddətsiz əmək müqaviləsi ilə tarix müəllimi işləyən Həsənova Aygün Şamil qızı ilə ____(gün)  _____(ay) _________(il) tarixində Bakı şəhəri  114 №-li tam orta məktəbin direktorunun   ______(gün)  ____(ay)  ________(il) tarixli razılıq məktubu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2010-cu il tarixli 215№-li Qərarının tələbləri nəzərə alınmaqla müddətli əmək müqaviləsi bağlanmışdır. Yaranmış vakant tarix dərs saatlarının tədrisinin təşkili ilə bağlı

                                                                                 Əmr edirəm:

 

1.     Həsənova Aygün Şamil qızı-Bakı şəhəri  114 №-li tam orta məktəbin müddətsiz  əmək  müqaviləsi  ilə tarix müəllimi, _____(gün), _____(ay)   ______(il) tarixindən 14 iyun 2024-cü il tarixinədək əvəzçilik üzrə tarix müəllimi vəzifəsinə işə qəbul edilsin və _____ (gün)  ____(ay)  ______(il) tarixindən vəzifəsi üzrə əmək fünksiyalarının icrasına başlasın.

2.     Həsənova Aygün Şamil qızının məktəbdə həftəlik dərs yükü aşağıda verilmiş müvafiq siniflər və saatlar üzrə 12 (on iki) saat müəyyən edilsin:

a) V a sinfi üzrə – Azərbaycan tarixi -2 saat

b) VIII b sinfi üzrə - Azərbaycan tarixi -2 saat, Ümumi tarix -1 saat

c) IX a sinfi üzrə - Azərbaycan tarixi – 2 saat, Ümumi tarix -1 saat, Zəfər tarixi – 1saat

d) VIII b  sinfi üzrə - Azərbaycan tarixi – 2 saat, Ümumi tarix -1 saat.

      3. Həsənova Aygün Şamil qızının həftəlik dərs cədvəli, onun əsas iş yerində - Bakı şəhəri  114 №-li tam orta məktəbindəki iş qrafiki ilə uyğunlaşdırılsın və  əmək haqqı təsdiq olunmuş stavkaya uyğun ödənilsin. (icraçı: təlim-tərbiyə işləri üzrə direktor müavini  Əliyeva Solmaz Akif qızı)

 

Əsas: Həsənova Aygün Şamil qızı ilə başlanmış Əmək müqaviləsi və Bakı şəhəri  114 №-li tam orta məktəbin  ____(gün) ____(ay)  ______(il) tarixli, _______ №-li razılıq məktubu.

                   

 

             Məktəbin direktoru                            Məmmədova Arzu Vaqif qızı

 

 


 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?