İdarəetmə / Direktor / Metodika / Ümumi

Əmək müqaviləsinə xitam verilməsi barədə

  • Admin
  • 31-may-2024, 18:52
  • 93 Baxış

                          Bakı şəhəri  100 №-li tam orta məktəb üzrə

 

                                                Əmr № ___  

Bakı şəhəri                                                                                   14 sentyabrı 2024-cü il                                                                  

 

                             Əmək müqaviləsinə xitam verilməsi  barədə

       

Məktəbin ibtidai sinif müəllimi Şükürova Aytən Füzuli qızı 11 sentyabr 2024-cü il tarixli  ərizəsi ilə müəraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə 14 sentyabr 2024-cü il tarixindən xitam verilməsini xahiş etmişdir. Aytən Şükürovanın yazdığı ərizəni nəzərə alaraq

                                                    Əmr edirəm :

 

1.     Şükürova Aytən Füzuli qızı-ibtidai sinif müəllimi ilə bağlanmış əmək müqaviləsinə ərizəsi nəzərə alınmaqla, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci maddəsinin “a” bəndinə əsasən 14 sentyabr 2024-ci il tarixdən xitam verilsin.

2.     Şükürova Aytən Füzuli qızına 14 sentyabr 2024-ci ilə tarixinədək son haqq-hesab ödənilsin.

 

Əsas: AR Əmək Məcəlləsinin  68-ci maddəsinin 2-ci maddəsinin “a” bəndi və A.Şükürovanın ərizəsi

 

 

Məktəbin direktoru:                             Məmmədov Əli Həsən oğlu

  

 

 

                            Bakı şəhəri  100 №-li tam orta məktəb üzrə 

                                       

                                                        Əmr № ___  

Bakı şəhəri                                                                                 08 sentyabr 2024-cü il                                                                                                                                                                                                 

 

 Əmək müqaviləsinin ləğvi barədə

 

08 sentyabr 1959-cu il tarixində anadan olmuş Qasımova Fərqanə Ağamoğlan qızının  08 sentyabr 2024-cu il tarixində 65 (altmış beş) yaşı tamam olur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1-ci maddəsininn tələblərini nəzərə almaqla

                                                  Əmr edirəm:

 

Qasımova Fərqanə Ağamoğlan qızı-Azərbaycan dili və ədəbiyyat müəllimi iə bağlanmş əmək müqaviləsi büdcədən maliyyələşən təşkilatda çalışmanın yaş həddinə çatdığına görə 08 sentyabr 2024-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən ləğv edilsin.

 

 

Əsas: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi

 

Məktəbin direktoru:                             Məmmədov Əli Həsən oğlu

 



 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?