Kitabxanaçı ilə bağlanacaq Əmək müqaviləsinin (kontraktın) forması (layihə) Elşən Qafarov
- Admin
- 28-may-2024, 15:45
- 204 Baxış
Əmək müqaviləsinin (kontraktın) forması (layihə) Elşən Qafarov
§1. Əmək müqaviləsini bağlayan tərəflər haqqında məlumatlar
1. Bu Əmək müqaviləsi
İşəgötürən: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin _______ Regional Təhsil İdarəsinin _______ tam orta məktəbinin direktoru __________(ad) ___________(s/ad) ____________(ata adı) qızı ilə
İşçi: Azərbaycan Respublikasının vətəndaşı (şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi: AA 3614675, Fin kodu: 1 GZUJKU, 27 yanvar 2024-cü il tarixində ASAN xidmət tərəfindən verilmişdir.) Lənkəran Dövlət Universitetini bitirmiş, ali təhsilli, ibtidai sinif müəllimi müəllimi (Sosial sığorta nömrəsi ilk dəfə işə qəbul olunanlar üçün yazılmır.) Əliyeva (s/ad) Aybəniz (ad) Vəli (ata adı) qızı arasında «____» ( gün) «_____» (ay) _____ il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (bundan sonra "Əmək Məcəlləsi") müvafiq olaraq bağlanmışdır.
1.2. İşçi Əliyeva (ad) Aybəniz (s/ad) Vəli (ata adı) qızı
_______(məktəbin ünvanı tam yazılır) yerləşən ______________(məktəbin adı) tam orta məktəbə əsas iş yeri olmaqla kitabxanaçı vəzifəsinə işə qəbul edilir.
1.3. Bu Əmək müqaviləsi hüquqi qüvvəyə minən gündən yaranmış əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalarla və prinsiplərlə tənzimlənir.
§2. Əmək müqaviləsinin müddəti
2.1. Bu Əmək müqaviləsi müddətsiz bağlanmışdır. _____(hə, yox)
.
2.2. Bu Əmək müqaviləsi sınaq müddəti müəyyən edilmədən bağlanılır.
2.3. Bu Əmək müqaviləsi ________səbəbə görə (məsələn, müddətsiz əmək müqaviləsi ilə işləyən məktəbin kitabxanaçısı Quliyeva Əsmər Ədalət qızı qısmən ödənişli sosial məzuniyyətdə olduğu üçün və ya məktəbdə vakant yer yarandığı üçün və s.) «____» (gün) «____» (ay) _____ il tarixindən «____» (gün) «____» (ay)___il tarixinədək «____» (gün, ay və ya il) müddətinə bağlanmışdır.
(Əgər işçi müəyyən müddət üçün işdə olmayan işçinin əvəzinə işə qəbul edilirsə (məsələn, qismən ödənişli sosial məzunuyyət və ya əmək qabiliyyətini müvəqqəti itirən işçininin əvəzinə) bu zaman müddət yazılmaqla eyni zamanda işdə olmayan işçi (s/ad) _____(ad) ______(ata adı) qızının işə çıxdığı tarixədək yazılmalıdır.
Nümunə: Bu Əmək müqaviləsi müddətli - 14 iyun 2024-cu il tarixinədək bağlanmışdır.Tərəflər öz aralarında eyni zamanda razılaşırlar ki, qismən ödənişli sosial məzuniyyətdə olan kitabxanaçı Quliyeva Əsmər Ədalət qızı işə çıxdığı (və ya qayıtdığı) gün bu Əmək müqaviləsinə xitam verilir.
2.4. İşçi (kitabxanaçı) Əliyeva Aybəniz Vəli qızı «__» (gün) «_____» (ay)_____il tarixindən işə başlayır.
§3. Kitabxanaçı Əliyeva Aybəniz Vəli qızının hüquqları, vəzifələri və əmək funksiyası
3.1.Kitabxanaçı Əliyeva Aybəniz Vəli qızının əmək münasibətləri dövründə hüquqları aşağıdakılardır:
3.1.1. təhlükəsiz iş və normal təhsil şəraiti ilə təmin olunmaq;
3.1.2. təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq təhsil prosesinin təşkilində və idarə olunmasında iştirak etmək, təkliflər irəli sürmək;
3.1.3. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;
3.1.4. təlim-tərbiyə və vəzifəsi ilə bağlı metodik vəsaitlərlə təmin olunmaq;
3.1.5. yeni ixtisas almaq, staj keçmək, ixtisasını yüksəltmək;
3.1.6. mükafatlandırılmaq və təltif olunmaq;
3.1.7. təhsil müəssisəsində vəzifə tutmaq, seçkili vəzifələrə seçmək və seçilmək;
3.1.8. əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün məktəbin direktoruna müraciət etmək;
3.1.9. iş vaxtında və ya iş vaxtından sonra qazanc əldə etmək məqsədi ilə qanunvericiliklə qadağan edilməyən, habelə əmək müqaviləsi üzrə tərəflərin öhdəliklərinə xələl gətirməyən fəaliyyətlə məşğul olmaq;
3.1.10. həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq, habelə belə şəraitin yaradılmasını tələb etmək;
3.1.11. qanunvericiliklə müəyyən edilmiş qaydada əmək haqqı almaq;
3.1.12. iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək;
3.1.13. əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək, belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əmək haqqının verilməsini tələb etmək;
3.1.14. qanunvericiliklə müəyyən olunmuş iş vaxtında çalışmaq;
3.1.15. qanunvericiliklə müəyyən olunmuş həftələrarası istirahət günlərindən istifadə etmək;
3.1.16. hər il Əmək Məcəlləsinin 114-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq 30 təqvim günü ödənişli əmək məzuniyyətindən və Əmək Məcəlləsinin 116-ci maddəsinə və 117-ci maddəsinə (əgər qadındırsa) uyğun olaraq əlavə, müvafiq hallarda isə sosial (əgər qadındırsa), ödənişsiz, təhsil və yaradılıcılıq məzuniyyətlərindən istifadə etmək;
3.1.17. peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq;
3.1.18. əmək funksiyasının yerinə yetirilməsi zamanı əmlakına və səhhətinə dəyən ziyanın ödənilməsini tələb etmək;
3.1.19. məktəbin direktoru tərəfindən qanunla müəyyən olunmuş qaydada məcburi sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq, habelə hər hansı başqa növ sığorta qaydalarından istifadə etmək;
3.1.20. qanunvericiliklə müəyyən olunmuş qaydada həmkarlar ittifaqlarının, ictimai birliklərin üzvü olmaq, habelə bu təşkilatların və ya əmək kollektivinin keçirdiyi tətillərdə, mitinqlərdə, toplantılarda və qanunvericiliklə qadağan olunmayan digər kütləvi tədbirlərdə iştirak etmək;
3.1.21. əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq;
3.1.22. sosial müdafiə üzrə müavinətlərdən və güzəştlərdən, sosial sığorta hüququndan istifadə etmək;
3.1.23. işsizliyə görə qanunvericiliklə müəyyən olunmuş dövlət təminatını almaq;
3.1.24. iş yeri, vəzifəsi (peşəsi), aylıq əmək haqqı və əmək münasibətləri ilə bağlı digər məlumatlar barədə məktəbin direktorundan müvafiq arayışlar almaq;
3.1.25. elektron informasiya sistemindən onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını, habelə iş yerindən elektron qaydada arayışı real vaxt rejimində əldə etmək.
3.1.26. “Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi”ndə göstərilən məqsəd və vəzifələrin həyata keçirilməsi üsullarını və formalarını müəyyənləşdirmək;
3.1.27.kitabxana fondunun komplektləşdirilməsini qanunvericiliklə qadağan olunmayan müxtəlif mənbələr hesabına həyata keçirmək;
3.1.28. çap məhsullarını və digər informasiya daşıyıcılarını əldə etmək;
3.1.29. “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, köhnəlmiş və ya yararsız hala düşmüş kitabları qanunla müəyyən olunmuş qaydada kitabxananın fondundan çıxartmaq;
3.1.30. “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, oxuculardan itirilmiş və ya yararsız vəziyyətə salınmış kitabxananın fonduna məxsus çap əsərlərinin və digər materialların müvafiq çap əsərləri və materiallarla əvəz edilməsini, bu mümkün olmadıqda, vurulmuş ziyana görə yeni qiymətləndirmə əmsalları nəzərə alınmaqla (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsaslanan sənədlərin Siyahısı”nın 26-cı hissəsinə uyğun olaraq), onların qiymətinin 10 misli məbləğində vəsaitin ödənilməsini tələb etmək;
3.1.31. kitabxana birliklərinin yaradılmasında iştirak etmək məqsədi ilə beynəlxalq kitabxana təşkilatları ilə əlaqə yaratmaq, kitabxana, biblioqrafiya və informasiya sahəsində keçirilən tədbirlərdə iştirak etmək;
3.1.32. Azərbaycan Respublikasının milli-mədəni sərvətlər reyestrinə daxil olmayan çap məhsullarını və digər materialları bir kitabxanadan başqasına əvəzsiz vermək;
3.1.33. sənədləşmə işlərini aparmaq, plan və hesabat hazırlamaq, öz fəaliyyəti və digər məsələlər haqqında aidiyyəti orqanlara məlumat və hesabat vermək.
3.1.34. milli kurikulumun tətbiqi ilə bağlı keçirilən tədbirlərdə iştirak etmək, kitabxananı digər təşkilatlarda təmsil etmək;
3.1.25. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
3.2. Kitabxanaçı Əliyeva Aybəniz Vəli qızının əmək münasibətləri dövründə vəzifələri aşağıdakılardır :
3.2.1. ümumi təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək,pedaqoji işçi statusuna malik olmaq;
3.2.2. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada atesstasiyadan keçmək;
3.2.3. tərbiyəvi işin müxtəlif bölmələri üzrə ədəbiyyat seçmək, şağirdlərin şəxsiyyətlərinin öyrənilməsi zamanı (uşaqların oxucu maraqlarını, onların kitabxanada davranışlarını, kitablara münasibətlərini) müəllimlərə və sinif rəhbərlərinə köməklik göstərmək;
3.2.4. ümumi təhsil müəssisəsinin daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək;
3.2.5. şagirdlərə Azərbaycan Respublikasının müstəqilliyinə, Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq;
3.2.6. Şagirdlərdə fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq;
3.2.7. Elm və Təhsil Nazirliyinin 6 noyabr 2014-cu il tarixli kollegiya iclasında qəbul edilmiş “Müəllimlərin etik davranış Qaydaları”nın prinsip və tələblərinə, pedaqoji etika və əxlaq normalarına riayət etmək, vəzifə nüfuzunu yüksək tutmaq, xarici görkəminə və geyim tərzinə diqqət etmək, ziyalılıq nümunəsi göstərmək, təhsilalanların şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;
3.2.8. şagirdləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq və zərərli vərdişlərdən çəkindirmək, təhsilalanların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək;
3.2.9. yaradıcılıq və sağlam rəqabət tələb edən layihələrdə, müsabiqə və innovativ proqramlarda iştirak etmək, müxtəlif növ bilik yarışlarında, qiraət və digər müsabiqələrdə iştirakı üçün çalışmaq, əməkdaşlıq, tədqiqatçılıq, özünütəhsil və idarəçilik bacarıqlarını nümayiş etdirmək;
3.2.10.əlavə təhsil və özünütəhsil yolu ilə ixtisasını, elmi-pedaqoji və peşəkarlıq səviyyəsini daim artırmaq, təlim-tərbiyənin nəticə və göstəriciləri üzrə araşdırma və təhlillər aparmaq, keyfiyyətin yüksəldilməsi və nailiyyətlərin əldə edilməsi üçün təkliflərlə çıxış etmək;
3.2.11.innovasiya və yeni təlim-tərbiyə texnologiyalarını mənimsəmək və öz təcrübəsində tətbiq etmək, şagirdlərə qarşı fiziki zor işlətməmək, onların şərəf və ləyaqətini alçaldan hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməmək, hər zaman nitqinə fikir vermək, nitqində kobud və təhqiredici sözlər işlətməmək, öz vəzifə səlahiyyətlərindən sui-istifadəyə yol verməmək, peşə fəaliyyətini yerinə yetirmək müqabilində təhsilalanlardan hər hansı maddi və qeyri-maddi nemətlər tələb etməmək;
3.2.12. bilərəkdən yalan, təhrif olunmuş, yaxud öz şəxsi marağı naminə həmkarının vəziyyətini pisləşdirən və ya yaxşılaşdıran məlumat verməmək, şagirdlər tərəfindən ona verilən şəxsi məlumatların məxfiliyini (qanunvericilikdə müəyyən olunmuş hallar istisna olmaqla) qorumaq;
3.2.13. əmək münasibətlərdə təhsil müəssisəsinin fəaliyyətinə mənfi təsir göstərən mübahisə və münaqişələrə yol verməmək, yaranmış mübahisə və münaqişəni konstruktiv həll etməyə çalışmaq,öz fəaliyyəti ilə işlədiyi kollektivin nüfuzunun artmasına çalışmaq;
3.2.14.məktəb direktorunun qanunauyğun yazılı əmrlərini, sərəncamlarını və ya şifahi tapşırıqlarını yerinə yetirmək, məktəb direktorunun əmrlərinin icrası ilə bağlı məsələlərdə direktor müavinlərinin, direktorun əmri ilə icraya məsul şəxs müəyyən edilmiş səlahiyyətli şəxslərin tapşırıqlarını yerinə yetirmək;
3.2.15. valideynlərlə əməkdaşlıq etmək, valideyn və ya digər qanuni nümayəndələrin hüquqlarını bilmək, onlara təhsilalanlarda mütaliə vərdişlərinin inkişafı ilə bağlı tövsiyələr vermək, valideyn və uşaqlar arasında yaranan mübahisə və münaqişələrin həllində yardımçı olmaq, valideynləri qanunazidd hərəkətlərə sövq etməmək,valideyn və ya digər qanuni nümayəndələrlə hörmətlə və nəzakətlə davranmaq;
3.2.16. məktəb rəhbərliyi, məktəb psixoloqu, UBR, dərnək rəhbərləri, çağırışaqədər hazırlıq rəhbəri, mədəniyyət klubları və ya mədəniyyət evləri, ərazidə olan kitabxanalar, həmkarları ilə, valideyinlər ilə əməkdaşlıq etmək, şagirlərin təlimi, tərbiyəsi, oxu vərdişlərinin və inkişafı ilə bağlı məsləhətləşmələr aparmaq;
3.2.17. oxuculara göstərilən informasiya-biblioqrafiya və kitabxana xidmətlərini müntəzəm olaraq təkmilləşdirmək, professional biliklərini və iş bacarığını müntəzəm olaraq təkmilləşdirmək;
3.2.18. daxil olan ədəbiyyatın qəbulunu və kitabxananın fondunun uçotunu aparmaq, kitabxananın fondunun və kataloqlarının elmi əsaslarla təşkilini təmin etmək;
3.2.19. əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əməyin təhlükəsizliyi normalarına əməl etmək;
3.2.20. müxtəlif yaş qrupuna daxil olan oxucular üçün uyğun ədəbiyyatı və informasiya resurslarını müəyyənləşdirmək, kitabxananın resurslarından və informasiya texnologiyalarından istifadə qaydalarını oxuculara izah etmək, oxucuların tələbi əsasında lazımi informasiyanı onların elektron ünvanına göndərmək;
3.2.21. informasiya daşıyıcılarının saxlanılmasını, sistemləşdirilməsini və yerləşdirilməsini təmin etmək, kitabxananın fondunu və əmlakını qoruyub mühafizə etmək;
3.2.22. işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq;
3.2.23.əmək qanunvericiliyinin tələblərinə əməl etmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək;
3.2.24. aşağıdakı hesabatları və sənədləri hazırlayaraq, təsdiq edilməsi üçün ümumi təhsil müəssisəsinin direktoruna təqdim etmək:
3.2.24.1. mövcud forma əsasında (Bakı Şəhəri üzrə Təhsil İdarəsi və ya regional təhsil idarələri vasitəsilə) dərslik (dərslik komplekti) fondu haqqında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə, Respublika Elmi Pedaqoji Kitabxanasına və digər təşkilatlara göndərilən illik hesabatları;
3.2.24.2. kitabxana haqqında əsasnamənin və kitabxanadan istifadə qaydalarının layihələrini;
3.2.24.3. kitabxananın strukturunun və ştat cədvəlinin layihələrini;
3.2.24.4. plan-uçot sənədlərini;
3.2.24.5. texnoloji sənədləri.
3.2.25. bu Əmək müqaviləsi ilə müəyyən olunmuş iş vaxtının başlanmasına azı 20 dəqiqə qalmış məktəbdə olmaq, iş vaxtının sonunda gedərkən sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçıya məlumat vermək;
3.2.26. sərgiləri, dərsdənkənar tərbiyəvi iş məsələləri üzrə kitabları və ya məqalələri hazırlamaq, annotasiya edilmiş biblioqrafik məlumatları tərtib etmək, müəllimləri şəxsi təhsilin rəhbərlik formasına cəlb etmək;
3.2.27. məktəb direktorunun əmri ilə ona tapşırılmış vəzifələri dəqiq, vicdanla, nöqsansız yerinə yetirmək;
3.2.28. məktəbin Pedaqoji Şurasının, Məktəb Valideyin Komitəsinin və digər kollegial orqanların işində fəal iştirak etmək;
3.2.29. şagirdlərdə fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq;
3.2.30. öz fəaliyyətində “Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi”nin tələblərinə əməl etmək;
3.2.31.oxucuların mədəniyyət təsisatlarından və mədəni sərvətlərdən istifadə etmək hüquqlarını, habelə məlumat əldə etmək azadlığını təmin etmək, kitabxananın fondundan istifadə etməsi üçün onlara hər cür şərait yaratmaq;
3.2.30. oxucuların informasiya axtarışına yardım etmək və onlar tərəfindən bu informasiyanın seçilməsini və tənqidi qiymətləndirilməsini öyrənmək;
3.2.31.kitabxana kollektoru, kitab ticarəti müəssisələri, nəşriyyat orqanları ilə və ayrı-ayrı şəxslərlə müvafiq əməliyyatlar aparmaq, habelə ölkədaxili kitab mübadiləsini təmin etmək;
3.2.32. ədəbiyyatı elmi və texniki cəhətdən işləmək;
3.2.33. kitabxananın fonduna daxil olan çap məhsullarının və elektron resursların qeydiyyatını təmin etmək;
3.2.34. kitabxananın fondunun uçot kitabında müntəzəm qeydlər aparmaq;
3.2.35. kitabxananın fonduna daxil olan çap məhsullarının və elektron resursların ənənəvi və elektron kataloqlarını tərtib etmək;
3.2.36. məlumat-biblioqrafiya aparatını və elektron məlumat bazasını yaratmaq;
3.2.37. kitabxanaya daxil olan dövri nəşrlərin müvafiq təsnifata uyğun kartotekasını yaratmaq;
3.2.38. yeni ədəbiyyat haqqında oxuculara müntəzəm olaraq məlumat vermək (yeni kitabların sərgisini keçirmək, yeni daxil olan ədəbiyyata dair bülletenlər hazırlamaq və s.);
3.2.39. kitabxanalararası abonement və elektron texnologiyalardan istifadə imkanlarını genişləndirmək;
3.2.40. yeni kitabxana və informasiya texnologiyalarının tətbiqini təmin etmək;
3.2.41. kitabxana xidmətinin səviyyəsini müntəzəm olaraq artırmaq;
3.2.42. çap məhsullarının və elektron resursların mühafizəsini, saxlanılmasını və istifadə olunmasını təşkil etmək;
3.2.43. kitabxananın fondunun komplektləşdirilməsini və uçotunun aparılmasını təşkil etmək, məzmunca köhnəlmiş və ya istifadəyə yararsız ədəbiyyatın fonddan və inventar kitabından çıxarılmasını sənədləşdirmək;
3.2.44. biblioqrafik məlumatlar hazırlamaq;
3.2.45. tematik və yeni ədəbiyyata dair sərgilər keçirmək;
3.2.46. mütaliə mədəniyyətini formalaşdıran kitabxana-biblioqrafiya biliklərini şagirdlər arasında təbliğ etmək;
3.2.47. yeni xidmət növlərini oxucular arasında təbliğ etmək;
3.2.48. maddi-texniki təchizatı yaxşılaşdırmaq;
3.2.49. texniki və yanğın təhlükəsizliyi, sanitariya-gigiyena normalarına riayət etmək;
3.2.50. “informasiya günü”, “müəllim günü”, “sinif günü” adlı tədbirləri təşkil etmək;
3.2.51. ayda bir dəfə kitabxanada sanitariya günü keçirmək.
3.2.52. Elektron kitabxananın yaradılması istiqamətində kitabxananın vəzifələri aşağıdakılardır:
3.2.52.1. müvafiq proqram təminatı əsasında elektron kataloq yaratmaq;
3.2.52.2. elektron kataloqun hazırlandığı proqramdakı yenilikləri müntəzəm olaraq izləmək, dəyişiklikləri kitabxananın fonduna və kataloqa əlavə etmək;
3.2.52.3. kitabxana-informasiya texnologiyaları sahəsində yeni biliklərə yiyələnmək;
3.2.52.4. multimedia materiallarının, elektron daşıyıcılarda (CD, DVD və s.) olan dərsliklərin (dərslik komplektlərinin) və müxtəlif tədris ədəbiyyatının sistemləşdirilməsini, qorunmasını və tədris prosesində istifadəsini təmin etmək;
3.2.52.5. informasiya təminatını həyata keçirmək məqsədi ilə internet şəbəkələrinə qoşulmaq;
3.2.52.6. kitabxananın web-saytını yaratmaq, elektron ünvanını açmaq;
3.2.52.7. Respublika Elmi Pedaqoji Kitabxanasının kitabxana fondundan mərkəzləşdirilmiş DATA (elektron resurslar) mərkəzi vasitəsilə istifadə etmək.
3.2.53.“Təhsil haqqında”, “Ümumi təhsil haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını, Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyasını, kitabxana işinə dair sənədləri; kitabxanaşünaslığı, kitabların qəbul edilmiş təsnifat sistemini, kataloqların tərtib edilmə qaydalarını, ədəbiyyat fondunun komplektləşdirilməsini, qorunmasını və uçotunu, kitabların təbliği üzrə kütləvi işin forma və metodlarını, xarici və ölkədaxili kitabxanaların qabaqcıl iş təcrübəsini, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını bilmək;
3.3. Kitabxanaçı Əliyeva Aybəniz Vəli qızı vəzifəsi üzrə aşağıda verilmiş əmək fnnksiyalarının icrasını öhdəsinə götürür:
3.3.1.Təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edir.
3.3.2. Təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırılmasını, onların müstəqil həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edir.
3.3.3. Şagirdləri yaş dövrü, yaş dövrlərinə uyğun olaraq fizioloji və psixoloji xüsusiyyətləri nəzərə alınmaqla mütaliəyə cəlb edir, bu vərdişləri inkişaf etdirir.
3.3.4. Oxucuya lazım olan ədəbiyyatın seçilməsini təmin edir. Abonementdə və oxu zalında ədəbiyyatın verilməsi işlərini icra edir. Oxuculara kömək göstərmək məqsədilə onların yaşını, mütaliə marağını nəzərə alaraq sorğu və maraqlarını sistematik olaraq öyrənir.
3.3.5. İşini uşaq və yeniyetmələrin mütaliə vərdişlərinin formalaşması və inkişafı, özfəaliyyəti və təşəbbüskarlığı, əməkdaşlığı, pedaqoji və humanist prinsiplərindən çıxış edərək qurur.
3.3.6. Kitabxana fondunun və kataloqların təşkilində, ədəbiyyatın işlənməsində iştirak edir. Kitabxana fondunun mühafizəsi və uçotu üzrə iş aparır.
3.3.7. Müəssisədaxili intizam qaydalarına riayət edilməsi ilə bağlı ona tapşırılmış vəzifələrivaxtında, nöqsansız yerinə yetirir.
3.3.8. Məktəb əmlakının qorunmasına, ondan səmərəli istifadə olunmasına görə məsuliyyət daşıyır.
3.3.9. Kitabların təbliğində, ədəbiyyat gecələrində, oxucu konfranslarında, yazıçılarla görüşdə, ədəbiyyat, incəsənət, elm və texnika, aktual məsələlər üzrə keçirilən tematik sərgilərdə və başqa kütləvi tədbirlərdə iştirak edir.
3.3.10. Təlim-tərbiyə prosesinin təkmilləşdirilməsinə, mütaliə vərdişlərinin inkişafına yönəldilən təkliflər irəli sürür, müntəzəm surətdə özünün peşə ixtisasını yüksəltməyə çalışır.
3.3.11. Vəzifəsi üzrə dövrün tələbatına uyğun elmi-nəzəri biliklərə yiyələnir.
3.3.12. Müəllimlərlə, məktəbin digər işçiləri ilə, valideyinlərlə və şagirlərlə münasibətdə qarşılıqlı hörmətə əsaslanan ünsiyyət tərzi seçir.
3.3.13. Bu Əmək müqaviləsi üzrə vəzifələrini həyata keçirərkən Müəllimlərin etik davranış Qaydalarına, pedaqoji etika və normalara, qanunvericiliyin və bu Əmək müqaviləsinin tələblərinə əməl edir.
3.3.14. Oxuculara xidmətin və təbliğat işinin yaxşılaşdırılmasına yönəldilmiş təkliflər hazırlayır. Kitabxananın elmi-tədqiqat və elmi-metodik işində iştirak edir,oxucu konfranslarını, ədəbi gecələri və digər kütləvi tədbirləri təşkil edir.
3.3.15. Müəllimləri, şagirdləri, valideynləri və Məktəb-Valideyin Komitəsini (Valideyn-Müəllim Assosiasiyaları) kitabxananın informasiya resurslarının artırılmasına və kitabxana tərəfindən təşkil olunan tədbirlərdə iştirakını təmin edir,kitabxanının lazımı ədəbiyyatla, dərsliklərlə, avadanlıqla təmin edilməsi üçün tədbirlər görür.
3.3.16. Ona tapşırılmış məktəb sənədləşməsinin vaxtında, nöqsansız yazılmasını təmin edir. Sənədləşmə zamanı yol verdiyi nöqsanlarla bağlı məktəb rəhbərliyini vaxtında məlumatlandırır.
3.3.17. Uşaq və yeniyetmələrin istedad, bacarıq və imkanlarını üzə çıxarmaq üçün şərait yaradır, tətillər dövründə sinif rəhbərləri və valideyinlərlə əməkdaşlıq edərək şagirdlərin kitab oxuması üçün ədəbiyyatları seçir, onların asudə vaxtlarının səmərəli və maraqlı keçməsini təmin edir.
3.3.18. Şagirdlərə qarşı xeyirxah və ədalətli davranmalı, onlara qarşı haqsızlığa yol verdikdə səhvini etiraf etməyi bacarmalı, onun nəticələrini aradan qaldırmağa çalışmalıdır. Şagirdləri zərərli vərdişlərdən çəkindirir.
3.3.19. Məktəbdə oxuyanlara və məktəb işçilərinə abunədə və oxu zalında xidmət edir, bununla bağlı informasiya işini təşkil edir və sərgilər, vitrinlər və kitab təbliğatı üzrə digər tədbirlər keçirir; oxucuların sifarişləri üzrə ədəbiyyatın seçimini təşkil edir.
3.3.20. Müəyyən edilmiş qaydada, kitabxana oxucularının (istifadəçilərin) günahları səbəbindən kitabların çatışmazlığı, itirilməsi və ya zədələnməsi ilə bağlı kitabxananın kitab və digər fondlarına vurulmuş ziyanın ödənilməsi üçün tədbirlər görür.
3.3.21. Digər kitabxanalarla əlaqələr qurur və kitabxanalararası tədbirlər təşkil edir.
3.4. Bu əmək funksiyalarından hər hansı birinin və ya bir neçəsinin dəyişdirilməsinə, habelə onlara əlavə funksiyanın daxil edilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir.
3.5. Kitabxanaçı Əliyeva Aybəniz Vəli qızı bu Əmək müqaviləsi ilə müəyyən edilmiş əsas vəzifələrinin və əmək funksiyasının vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə əməl etməsinə görə məsuliyyət daşıyır.
§4. Əmək şəraitinin şərtləri
Məktəb direktoru ___(s/ad) _________(ad)_________(ata adı) aşağıdakı əmək şəraiti yaradılmasını və onun şərtlərinin təmin olunmasını öhdəsinə götürür:
Əmək haqqı üzrə
4.1. Kitabxanaçı Əliyeva Aybəniz Vəli qızına hər ay ____________ məbləğdə əmək haqqı ödənilir;
4.2. Əmək haqqı:
- _____________ manat məbləğində tarif haqqından (vəzifə maaşından);
ibarətdir;
4.3. Əmək haqqı:
- ayda bir dəfə hər təqvim ayının sonuncu iş günü ödənilir;
- əmək haqqı və digər ödənclər kitabxanaçı Əliyeva Aybəniz Vəli qızının __________________________________________
(bankın adı)
bankdakı hesabına köçürülür;
4.4. Əmək haqqından yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada tutulmalara yol verilir. Həmin tutulmalar haqqında kitabxanaçı Əliyeva Aybəniz Vəli qızı qabaqcadan məlumatlandırılır.
Əməyin mühafizəsi üzrə
4.5. Kitabxanaçı Əliyeva Aybəniz Vəli qızının sağlamlığının, əməyinin mühafizəsinin təmin olunması üçün sanitariya və gigiyena normalarına cavab verən iş yeri və iş şəraiti yaradılır;
4.6. Kitabxanaçı Əliyeva Aybəniz Vəli qızı əməyin mühafizəsi normaları ilə hər tədris ilində bir dəfədən az olmayaraq təlimatlandırılır;
4.7. Kitabxanaçı Əliyeva Aybəniz Vəli qızı özünün və iş yoldaşlarının həyatının və sağlamlığının qorunması üçün müəyyən edilmiş əməyin mühafizəsi qaydalarına və normalarına əməl etməyə borcludur;
4.8. Məktəbin direktoru işçini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalamalıdır.
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində kitabxanaçı Əliyeva Aybəniz Vəli qızının həyatına və sağlamlığına dəyən zərərlə bağlı onun peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə qanunvericiliklə müəyyən olunmuş qaydada və məbləğdə sığorta ödənişi verilir;
4.9. Məktəb direktorunun təqsiri üzündən əməyin mühafizəsi normaları və qaydaları pozulduğuna görə kitabxanaçı Əliyeva Aybəniz Vəli qızı həlak olarsa, onun himayəsində olan şəxslər qarşısında məktəb direktoru qanuvericilikdə nəzərdə tutulan qaydada maddi məsuliyyət daşıyır;
İş və istirahət vaxtı üzrə
4.10. Kitabxanaçı Əliyeva Aybəniz Vəli qızı gündə (məktəb 5 günlük iş həftəsiilə işlədikdə) 8 saatdan,(məktəb 6 günlük iş həftəsi ilə işlədikdə) gündə 7 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir;
4.11. İş saat _____________ başlanır, saat _____________ qurtarır;
4.12. Nahar vaxtı saat _____________ - dan saat _____________ - dəkdir;
4.13. İstirahət günləri hər həftənin __________ günləridir;
Məzuniyyət üzrə
4.14.Kitabxanaçı Əliyeva Aybəniz Vəli qızının iş ili hər təqvim ilinin 15 sentyabr tarixində başlayır, növbəti təqvim ilinin 15 sentyabr tarixində bitir və ona hər növbəti iş ili üçün müddəti Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək məzuniyyəti verilir.
4.17. Əsas məzuniyyətinin müddəti Əmək Məcəlləsinin 114-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq 30 təqvim günüdür. Kitabxanaçı Əliyeva Aybəniz Vəli qızına Əmək Məcəlləsinin 116-ci maddəsinə uyğun olaraq ____ təqvim günü və 117-ci (əgər qadındırsa) maddəsinə uyğun olaraq ___ təqvim günü əlavə əmək məzuniyyəti verilir.
4.18. Təhsil almaqla əlaqədar ödənişli məzuniyyətlər və yaradıcılıq məzuniyyəti Əmək Məcəlləsində nəzərdə tutulan müddətdə verilir.
4.19. Ödənişsiz məzuniyyətdən Əmək Məcəlləsinin 130-cu madəsi ilə müəyyən edilmiş hallarda, habelə əmək Məcəlləsinin 129-cu maddəsi ilə müəyyən edilmiş hallarda məktəb direktoru ilə razılıq əsasında istifadə edilir.
Bədən tərbiyəsi və idman üzrə
4.20. Kitabxanaçı Əliyeva Aybəniz Vəli qızına bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şərait yaradılır.
Tərəflərin müəyyən etdiyi, habelə kollektiv müqavilədə (sazişdə) nəzərdə tutulan digər əlavə şərtlər
4.21. Kitabxanaçı Əliyeva Aybəniz Vəli qızına toyu olduğu tarixdən 5 təqvim günü; ?
4.21. Kitabxanaçı Əliyeva Aybəniz Vəli qızına əmək Məcəlləsinin 296-cı maddəsinin qeyd bölməsində göstərildiyi kimi, yaxın qohumları vəfat edərkən 3 təqvim günü ödənişli məzuniyyət verilir.
4.23. Kitabxanaçı Əliyeva Aybəniz Vəli qızı 14 təqvim günündən artıq ödənişsiz məzuniyyət istədikdə yerli həmkarlar təşkilatı ilə razılaşdırılmalıdır.
§5. Birinin digərinə vurduğu ziyana görə tərəflərin qarşılıqlı maddi məsuliyyəti
5.1. Bu Əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır.
5.2. Tərəflər istehsal və icra riski istisna olmaqla biri digərinə ziyan vurarsa, dəyən zərəri könüllü şəkildə digər tərəfə ödəməyi öhdəsinə götürürlər. Əgər bir tərəf digər tərəfin hüquqlarını pozaraq qarşılıqlı şəkildə dəyən zərərin ödənilməsi razılığına gəlməzsə, ziyan dəyən tərəf məhkəmə qaydasında ziyanın ödənilməsini təmin etmək hüququna malikdir.
5.3. Tərəflər məhkəməyə müraciət etmədən ziyan vurmadan əmələ gələn öhdəliklərinin özləri tərəfindən həllinə üstünlük verirlər.
§6. Sosial müdafiə məsələləri
6.1. Kitabxanaçı Əliyeva Aybəniz Vəli qızının məcburi dövlət sosial sığortası üçün qanunvericiliklə müəyyən olunmuş qaydada hər ay __________ məbləğdə sığorta haqqı ödənilir və məktəb direktoru tərəfindən o, __________ məbləğdə əlavə sığorta edilir;
6.2. Kitabxanaçı Əliyeva Aybəniz Vəli qızının sosial müdafiə olunması, güzəşt və imtiyazları, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, tibbi sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta hüququ təmin edilir;
6.3. Kitabxanaçı Əliyeva Aybəniz Vəli qızına əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə müavinət verilir.
§7. Mülkiyyət münasibətlərinin tənzimlənməsi
7.1. Kitabxanaçı Əliyeva Aybəniz Vəli qızı iş vaxtı ərzində həm onun bilavasitə istifadəsinə verilən, həm də məktəbin əsas inventarları siyahısına daxil olan əmlakın qorunmasına görə cavabdehdir;
§8. Əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə məlumatlar
8.1. Bu Əmək müqaviləsinə birtərəfli qaydada aparılmış dəyişikliklərin, əlavələrin, düzəlişlərin hüquqi qüvvəsi yoxdur.
§9. Əmək müqaviləsinə xitam verilməsi
9.1. Bu Əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər;
9.2. Məktəb direktoru tərəfindən bu Əmək müqaviləsi ləğv kitabxanaçı Əliyeva Aybəniz Vəli qızı qanunvericilikdə nəzərdə tutulan hallarda xəbərdar edilir;
9.3. Kitabxanaçı Əliyeva Aybəniz Vəli qızı tərəfindən bu əmək müqaviləsi ləğv edilməzdən əvvəl işəgötürən azı bir təqvim ayı qabaqcadan xəbərdar edilməlidir;
9.4. Məktəb direktoru tərəfindən zor işlədilərək, hədə-qorxu, yaxud hər hansı başqa üsulla kitabxanaçı Əliyeva Aybəniz Vəli qızının iradəsinin əleyhinə bu Əmək müqaviləsini ləğv etməyə onun məcbur edilməsinə yol verilmir;
§10. Yekun qaydalar
10.1. Bu Əmək müqaviləsinin qüvvədə olduğu müddət ərzində tərəflər yaranan əmək mübahisələrinin həllinə qarşılıqlı anlaşma və razılıq yolu ilə biri digərinin hüquqlarını pozmadan nail olacaqlar. Tərəflər əmək mübahisələrinin həlli haqqında razılığa gəlmədikdə, mübahisənin məhkəmə qaydasında araşdırılması hüququndan istifadə edəcəklər.
10.2. Bu Əmək müqaviləsi iki nüsxədə tərtib edilib, onlardan biri kitabxanaçı Əliyeva Aybəniz Vəli qızında, digəri isə məktəbdə saxlanılır.
10.3. Tərəflər bu Əmək müqaviləsi üzrə öhdəliklərinin icrasını üçüncü şəxslərə həvalə edə bilməzlər.
10.4. Tərəflər bu Əmək müqaviləsi ilə nəzərdə tutulmamış, habelə bilavasitə Əmək Məcəlləsi ilə müəyyən edilən hallar istisna olunmaqla üçüncü şəxslər qarşısında biri digərinin öhdəliklərinə görə cavabdehlik daşımırlar.
10.5. Tərəflər bu Əmək müqaviləsinin şərtlərini, Əmək Məcəlləsi ilə müəyyən edilən vəzifələrini, habelə biri digərinin qanuni mənafelərini və hüquqlarını pozarsa, təqsirkar tərəfin məsuliyyətə cəlb edilməsini müvafiq dövlət orqanlarından, mülkiyyətçidən tələb etmək hüququna malikdirlər.
10.6. Bu Əmək müqaviləsinin şərtlərini, bu şərtlərdən irəli gələn öhdəliklərimizi vicdanla yerinə yetirəcək, şəxsi, maddi, maliyyə, istehsal maraqlarımıza, habelə ictimai, birliklərdə və siyasi partiyalarda müstəqil iştirakımıza qarşılıqlı hörmət göstərəcəyik.
§11. Tərəflərin imzaları və ünvanları:
11.1. Məktəb direktorunun adı, atasının adı və soyadı, habelə müştərisi olduğu bankın adı, hesablaşma hesablarının nömrələri, kodu, hüquqi ünvanı:
Möhürü İmzası:
11.2. Kitabxanaçı Əliyeva Aybəniz Vəli qızının adı, atasının adı və soyadı göstərilməklə ünvanı:
İmzası: Tarix
Qeyd: Əmək Məcəlləsinin 43-cü maddəsində nəzərdə tutulan əmək müqaviləsinin məzmununa daxil olan şərtlər, məlumatlar həmin müqavilə tərtib edilərkən hökmən göstərilməlidir. Bu nümunədə göstərilən əlavə müddəaların, şərtlərin hər biri, konkret hallarda işəgötürən və işçi tərəfindən əmək müqaviləsi bağlanarkən razılaşdırılaraq tərtib edilir. Lakin bütün hallarda işəgötürən əmək müqaviləsinin məzmununu bu nümunədə göstərilən qaydada dolğun şəkildə tərtib etməyə borcludur. İşəgötürən bu nümunəyə tam uyğun olan əmək müqaviləsinin formalarını kifayət miqdarda nəşriyyat üsulu ilə hazırlanmasını təmin etməlidir. Əmək müqaviləsinin formasındakı boş yerlər əl ilə və ya makinada, kompüterdə səliqə ilə yazılmalıdır, məlumatların pozulmasına, qaralanmasına yol verilməməlidir.
Əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə məlumatlar
1. Bu Əmək müqaviləsinə birtərəfli qaydada aparılmış dəyişikliklərin, əlavələrin, düzəlişlərin hüquqi qüvvəsi yoxdur.
2. Bu Əmək müqaviləsinə aşağıdakı dəyişikliklər, əlavələr edilmişdir:
a) ;
b) ;
c) …(bütün dəyişikliklər və əlavələr təfsilatı ilə sadalanmalıdır)
3. Tərəfimizdən razılaşdırılmış dəyişikliklər və əlavələr dərhal (……… gündən gec olmayaraq) qüvvəyə minir və bu Əmək müqaviləsinin tərkib hissəsini təşkil edir.
İmzalar:
________________________________ İşəgötürən
________________________________ İşçi