Valideyin

Uşaqlardan alınacaq 10 həyat dərsi

  • Admin
  • 05-mar-2024, 11:49
  • 0 Baxış

 

Mübahisəsiz, uşaqlıq həyatımızın ən yaxşı zamanlarıdır. Kiçik bir şəhərdə böyüdüyüm üçün özümü çox şanslı hesab edirəm. Hətta, 30 yaşım olmasına baxmayaraq, hələ də uşaqlıq dostlarım və bağça yoldaşlarımla yaxşı münasibətim var. Bax, bu kifayət qədər möhtəşəm hissdir!
Həmçinin, yaxın münasibətimiz olduğundan onlarla tez-tez uşaqlığımıza baxıb gülür və necə böyüdüyümüzə, hal-hazırda harada olduğumuza təəccüblənirik.  Hətta, bəziləri Kanadanın digər tərəfində yaşasa da, onlarla görüşəndə özümüzü sanki dünən bir yerdə olmuşuq kimi hiss edirik. Bu əsl qeyd-şərtsiz sevginin tərənnümüdür.
Qardaşım oğlu 2 yaşlı Hunter dünyaya gələndən sonra evə daha tez-tez getməyə çalışıram. O, bizim həyatımıza gələndən bəri uşaqların həyatın ən sadə, lakin ən çox diqqətdən qaçırdığımız illüstrasiyalar olduğunun fərqinə vardım. Onların hərəkətlərinin sadəliyi bizim öz həyatımız barədə çox şeyi bəyan edir. Məlumdur ki, onlar bunu təmamilə şüursuz olaraq edirlər, lakin hər bir hərəkət başdan-başa maraq oyandırır.
Bəs həyatın onlara verdiyi bu məsumluq və zövq biz yetkin insanlara hansısa baxış bucağı  qazandırırmı?
İnanıram ki, hə! Əgər gözlərimizi açsaq, uşaqlardan öyrənəcəyimiz çox şeyin olduğunu anlayarıq. Aşağıdakı siyahıda öyrənə biləcəyimiz 10 ən yaxşı şeyi qeyd etmişəm:
Qorxusuzluq
Uşaqlar həmişə cəsarətli olmaq, yeni şeylər kəşf edib, təcrübədən keçirmək istəyirlər. Onlar bunun sonunu düşünmür və buna görə özlərini dayandırmırlar. Onlar sadəcə istəklərinin ardınca gedir və əgər özlərinə zərər versələr belə, bu səhvlərdən öyrənirlər. Qorxusuz olmaq onlara inkişaf etmək fürsəti verir. Yetkin bir insan kimi, biz bəzən qorxu ucbatından bəzi şeyləri etməkdən çəkinirik. Biz özümüzə şans verməyə cəsarət etmir və nələr olacağını görməkdən özümüzü məhrum edirik. Lakin ətrafımızdakı insanlara baxsaq, ən uğurlu olanlar məhz sərhədləri aşaraq, risk edənlərdir.
 
Özündən və həyatdan zövq almaq
Uşaqlar özləri olmaqdan zövq alır və ətrafındakı insanlara da xoşbəxtlik ötürürlər. Onlar həyatdan – yaşadıqları andan necə zövq almağı bilirlər. Onlar daim gülür, istədikləri kimi davranır və ətrafdakıların nə düşünəcəyi və nə deyəcəyi barədə narahat olmurlar. Onlar sadəcə olduqları kimidir – heç nəyi süzgəcdən keçirməyən. Gündəlik məişət təlaşı bəzən özümüz olmağı unutdurur. Hətta, ən bərbad kimi görünən vaxtlardan – uşağımızın bütün mətbəxi çirkləndirdiyi vaxtlardan əvvəllər təxmin etmədiyimiz şeylər öyrənə bilərik. Ən mükəmməl planlama etsək belə, həyatın bizə etdiyi "sürprizlər” qaçılmazdır. Bu "sürprizləri” qarşılamaq üçün yaxşı yumor hissi və proaktiv heyranlıq duyğumuz olmalıdır.
Azad ruhlu olmaq
Uşaqlar çılğındır – onlar üçün heç bir sərhəd yoxdur. Onlar dürüstdür və fikirləşdiklərini anındaca deyirlər. Bəs niyə biz özünü ifadə etmə fürsətindən özümüzü məhrum edirik? Özümüz olmaq digərlərinin bizi qəbul etdiyi kimi olmağa cəhd etməkdən daha yaxşıdır. Hərdən özümə sual verirəm ki, görəsən daha az eqo və daha çox dürüstlük nümayiş etdirsəydik, həyatımız necə olardı? Beynimizlə ünsiyyət qura bilmə bacarığımızın olduğuna inanıram – qarşımızdakı insanla nəzakətlə danışdığımız müddətdə, eqomuzun bizə mane olmasına icazə vermirik və özümüzü şəxsiyyət kimi yetişdirməyə başlayırıq. Beləcə… Sadəcə özünüz olun və nələr baş verəcəyinə tamaşa edin. 
Ruh yüksəkliyi
Uşaqlarda olan ruh yüksəkliyini sevirəm! Olar daim nəyisə əldə edərkən, həddən artıq həyəcanlı olurlar. Əgər biz ümidliyiksə, avtomatik olaraq optimist oluruq. Uşaqlar daim ruh yüksəkliyinə sahib olmaqla bərabər, fiziki olaraq da daim aktivdirlər – bizim vərdiş etdiyimiz oturaq həyat tərzindən fərqli olaraq. Onlar daim nələrisə əldə etmək istəyirlər. Biz də onlar kimi olsaq, daha uzun müddət sağlam qalma yolunda addım atmış olarıq.
Yeni şeylər öyrənmək
Uşaqlar hər gün yeni şeylər öyrənirlər – ya məktəbdə, yaxud evdə. Onlar daim hər şeyə maraq göstərir və suallar verirlər. Beləliklə, sual verin. Oxuyun. İnsanlarla söhbət edin. Hətta, ola bilər yeni məşğuliyyət, yaxud bacarıq kəşf edin. Həyatda öyrənmək üçün kiçik yollar kəşf edin – ətrafımız fürsətlərlə doludur. Şam yeməyi zamanı gün ərzində öyrəndiklərimizi bölüşün. Kiçik bir giriş edin və budur, möhtəşəm şam yeməyi söhbətləri artıq başlayıb – sınaqdan keçirin.
Ehtiyac duyursansa, ağla.
Uşaqlar ağrı hiss etdikdə, yaxud kədərli olanda ağlayırlar. Yetkin insanlar olaraq, gündəlik həyatımızda haradasa bu ideyanın yaxşı olmadığını özümüzə təlqin edirik.  Əksinə, ağlayaraq duyğularımızı normal və sağlam şəkildə sərbəst buraxa bilərik, o zaman niyə onları nəzarətdə tutmağa çalışaq ki? Göz yaşlarımızı, emosiyalarımızı hətta özümüzdən belə gizləmək əvəzinə, ailəmiz və dostlarımız önündə daha səmimi və həssas olduğumuzu nümayiş etdirək. Çox güman ki, bu davranış onlara da yardımçı olacaq.
Qarşılıq gözləmədən paylaşın
Uşaqlar təmiz qəlblə doğulur və bu, onlara anadangəlmə verilir. Onlar sizə bir şey verdikdə – bunu heç bir qarşılıq gözləmədən edirlər. Biz böyüklər də, qarşılıqsız yardım etməyi vərdiş halına gətirməli, yaxud əgər qarşılığında bir şey almalıyıqsa – icazə verin bu sadəcə təbəssüm və onlardan hiss etdiyiniz sevgi olsun.
 
Qeydsiz-şərtsiz sevgi
Qarşılıqsız bir şeyləri paylaşmağa əlavə olaraq, uşaqlar öz sevgilərini də eyni üsulla nümayiş etdirirlər – heç bir qarşılıq olmadan. Bu, hər birimizin axtardığı və qarşıdakı insanlara verməli olduğumuz verməmiz  sevgi növüdür.
Həqiqi xoşbəxtlik
Yoga həyatıma daxil olduqdan sonra öyrəndiyim bir şey oldu: xoşbəxtlik daxilimizdən gəlir. Bu mövzuda uşaqlardan yaxşı göstəriləcək nümunə yoxdur. Nə olmağından asılı olmayaraq, demək olar ki, onlar həmişə xoşbəxtdirlər. Onlar daim təbəssüm edir yaxud gülürlər və bunun təsiri ilə, nəticədə bizi də gülməyə vadar edirlər. Beləliklə, biz təbəssüm ediriksə, digərləri də buna qarşılıq verir, biz gülürüksə, bu qarşımızdakının da gülüşünə səbəb olur. Xoşbəxt olmaq özünüzə verəcəyiniz ən yaxşı hədiyyədir – elə başqalarına da!
Hazırkı anı yaşamaq
Uşaqlar hazırkı anda "etmələri gərəkən” şeyləri düşünərək, sərbəst hərəkət edirlər. Onlar rahatca özlərini məşğul olduqları şeyə həsr edir və bütün diqqətlərini ona yönəldirlər.
Əgər kifayət qədər yalnız və səssizlikdə zaman keçirsəniz, beyninizin nə qədər müxtəlif və qarışıq düşüncələrlə dolduğunu görəcəksiniz – narahatlıq, etməli olduğunuz işlər siyahısı, gözləntilər, özünü-ittiham, şübhələr və s. Bu düşüncələrin çoxu bizi olduğumuz andan və etdiyimiz işdən həzz almağı əngəlləyir.
Uşaqların beynində böyüklərdə olduğu kimi belə qarma-qarışıqlıq olmur. Beyinlərində daxili düşüncələrinin savaşı olmur. Elə buna görə də, uşaqlar məşğul olduqları şeyə tamamilə fokuslanır və ondan həzz alırlar. Beləliklə, həmin an olduqları yerdə nə etdikərini dərk edirlər. Biz böyüklərin yenidən hiss etməyə ehtiyacımız olan fərqində olma da məhz budur.
 


img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?