TƏNQİDİ DÜŞÜNCƏ NƏ DEMƏKDİR:
Tənqidi düşüncə iş sahəsində, təhsildə, uşaq tərbiyəsində son bir neçə ildə çox işlənən bir ifadədir. Tənqidi düşüncə qiymətləndirmə və ya təhlil etmək kimi müxtəlif bacarıqları ibarət bir sistemdir.
Düşünmək və bir nəticəyə gəlmək üçün beyninizdən istifadə etmək.
Fərqli baxış bucaqlarını görməyi bacarmaq.
Düşüncə prosesini başa düşmək.
Problem və məsələyə həm hissələrə ayıraraq, həm də bütöv olaraq analiz edə bilmək.
Səbəb və nəticə əlaqəsini başa düşmək.
Hər bir həll yolları və həll yollarından yarana biləcək potensial problemləri (uzaqgörənlik) barədə düşünmək.
Biz nəinki məktəb və ya iş həyatı üçün, həm də gündəlik həyatı idarə etməkdə faydalı olacağı üçün bu bacarıqlara sahib uşaqları yetişdirmək istəyirik. Daha iddialı danışsaq, onlar dünyada müsbət bir dəyişiklik edə bilərlər. Hər şeyi əhatə edərək və uzunmüddətli təsirləri nəzərə alınmaqla məsələnin dərinliyini vararaq başa düşə bilsək, hazırda dünyada qarşılaşdığımız bir çox problemə daha yaxşı həll yolları tapa biləcəyik. Bəs, balaca uşaqlarımıza tənqidi düşünmə bacarıqlarını necə öyrətməliyik? Əslində bu düşündüyünüzdən asandır.
MƏSƏLƏNİN BİR NEÇƏ SADƏ YOLU:
1.BÜTÜN CAVABLARI DƏRHAL VERMƏYİN.
Uşaqlar çox sual verirlər, hadisələrin necə cərəyan etdiyini, niyə bir şey baş verdiyini, niyə insanların müəyyən bir şəkildə davrandıqlarını bilmək istəyirlər. Onlara öz fikrinizi və izahatınızı vermək əvəzinə, sualı onlara çevirin: "Bəs sən bu barədə nə düşünürsən?" . Onların , ehtimal ki, fikirləri var, onlara güvənin. Gülməli və ya qeyri-mümkün cavablar ala bilərsiniz, ancaq ,beləliklə, siz bu kiçik zehni təkərləri fırladırsınız və daha da dərin təhlillər üçün qapı açırsınız.
2.FİKİRLƏRİNƏ MEYDAN OXUYUN.
Sizə maraqlı və ya yeni bir şey söylədikdə, onlardan soruşun: "Bunu haradan bilirsən?" "Qızdırmanız olduqda şokolad yeməməlisiniz"- dediyi zaman qızıma bu sualı verdim. Məlum oldu ki, müəlliməsi belə deyib. "Bəs müəllim haradan bilir?”- sualı təkrarladım. Beləcə onu düşünməyə təşviq etməkdə davam edirdim. Bu, həqiqətən, onun düşünməsini və araşdırmalar aparmasına təkan oldu. Biz uşaqlar yalnız verilmiş cavabları təkrarlamağındansa, öz qərarlarını və nəticələrini əldə etməklərini istəməliyik.
3.ONLARIN BÜTÜN PROBLEMLƏRİNİ HƏLL ETMƏYİN.
Uşaqlar əslində öz kiçik problemlərini həll etməkdə bacarıqlıdırlar, hətta böyüklərdən də gözəl fikirlərə sahib ola bilərlər. Bir valideyn olaraq vəzifəniz, vəziyyətə fərqli cəhətlərdən baxmağa və həll yollarını və nəticələrini birlikdə araşdırmağa kömək etməkdir. Son qərar onlarındır. Təcrübə də bunu təsdiqləyir. Bağçada 6 yaşlı uşaqlardan biri digər yoldaşları ilə problem yaşayırdı. Uşaqlar onunla oynamaq istəmirdilər. Ondan bunu həll edə biləcəyi barədə soruşdum, o həqiqətən yaradıcı cavablar verdi:
Müəllimə demək lazımdır.
Anamdan müəllimlə və ya digər analarla danışmağı xahiş edə bilərəm
Onlara əhəmiyyət verməyə və başqa dostlar tapa bilərəm
Onlara məndən xoşları gəlsin deyə, hədiyyələr ala bilərəm.
Onunla hər həll yolunun mümkün nəticələri barədə danışdıqdan sonra yeni dostlar tapmağa qərar verdi.
Səbəb və nəticə qanununu xatırladaraq uşaqlara nəyisə həll etmənin həmişə birdən çox yolu olduğunu göstərmək lazımdır.
4.SOKRAT KİMİ OLUN.
Sokrat texnikasına əsaslanan suallardan istifadə olduqca güclü nəticələr verə bilər. Bunlardan bəziləri:
Niyə belə düşünürsən?
Əgər ... olsaydı, necə olardı?
Bunu izah edə bilərsiniz?
Mənə bir misal çək.
Buna necə etibar edə bilərik?
Bu qənaətə necə gəldin?
Bunu etmək və ya həll etmək üçün nə istifadə edəcəksən?
İşlər düşündüyün kimi getməsə nə edəcəksən?
Burada əsas qayda belə olacaq: danışdığınızdan daha çox qulaq asın. Dərin düşünmə və müxtəlif imkanların müzakirəsi üçün suallardan istifadə edin. Mühakimə etmək və etiketləməkdən çəkinin, yaradıcılığı və ideyaları təşviq edin.
5 .ƏVVƏLCƏDƏN NƏZƏRDƏ TUTULMAMIŞ, STRUKTURSUZ OYUNLARA TƏŞVİQ EDİN.
Bilinənin əksinə, uşaqlarda onlar üçün qurulmuş plan olmadıqda, onların yaradıcılığı işə düşür. Beləliklə, onlar yeni oyunlar və yeni üsulları ilə tanış olmaq üçün azad olurlar . Əvvəlki nəsillər üçün bu bir lütf idi, lakin yeni nəsil üçün bu elə də çox deyil.
Uşaqların birlikdə oynaması üçün görüş təşkil etdim, qızıma İpad verdim, onu uşaq otağına göndərdim. Bu zaman qızım o qədər məlumat toplusu ilə qarşı qarşıya qalırdı ki, diqqəti tez-tez bir şeydən digərinə atlayırdı.
Digər bir gün onları parka apardım, qızım və dostları 10 dəqiqədən sonra yanıma gəlib "ürəyimiz sıxıldı, yorulduq" deyirdilər. Onda mən onlara yeni tapşırığı verdim: 3 dəqiqə ərzində 5 oyun fikirləşib, yaradın. Beləcə onlar daha yaxşı oyunlar kəşf etməyə başladırlar.
6.Kitabları, cizgi filmlərini, filmləri, oyuncaqları, oyunları, tətbiqləri və s. düzgün seçin.
Bu gün yuxarıdakı sadalananların uşaqlara təsiri çox böyükdür. Müasir dünyadan gizlənə bilmərik və övladlarımızı keçən əsrə bağlaya bilmərik, ancaq bu barədə ağıllı ola , düzgün qərarlar ala bilərik. İnsanlardan filmlər, kitablar, oyuncaqlar tövsiyə etmələrini xahiş edin; yüksək qiymətləndirilən tətbiqlər və oyunlar üçün onlayn araşdırma aparın, mütləq rəyləri oxuyun.
Oyun və ya proqramları seçərkən bu suallara diqqət yetirin;
Bu təhlükəsizdirmi?
Bu təhsil üçündür mü yoxsa sadəcə vaxt keçirmək üçündür mü?
Bu mənim uşağıma hansı bacarıq və dəyərləri öyrədir?
Orada zorakı məzmun varmı? (Tədqiqatlar təkrarən təsdiqlədi ki, şiddət və ya zoraki hərəkətlərə yol verilən TV proqramları, oyunlar və s. uşaqlarda şiddətə səbəb olur. Onlar bundan nümunə götürürlər.)
Övladlarınıza tənqidi düşüncə tərzini inkişaf etdirməyə kömək etmək çox vəsait və vaxt tələb etmir, ancaq valideynlərdən fərqli yanaşma və fərqli düşüncə tələb edir. Bu bəndləri bir-bir sınayaraq hər birinə bir həftə verə, qiymətləndirə, uyğunlaşa və sonra istifadə edib etməyəcəyinizə qərar verə bilərsiniz. Bunları istifadə edərək, uşaq tərbiyəsini daha əyləncəli edə bilər və nələrsə öyrənə bilərsiniz.