Bəzən valideynlərin övladlarına tərbiyə və öyrətmə üçün kifayət qədər vaxtı olmur. Burada tərbiyə dedikdə, davranış və ünsiyyət mədəniyyəti aşılamağı nəzərdə tutulur. Öyrətmə dedikdə isə idrak fəallığını sürətləndirmək, bədii zövqü inkişaf etdirmək və erudisiyasını (hərtərəfli məlumatlılığını) genişləndirmək nəzərdə tutulur. Bəs valideyn bunları nə vaxt etsin? Bu suala aşağıdakı videoçarxda cavab tapa bilərsiniz.