Valideyin

Müəllim şagirdi döyməlidirmi?

  • Admin
  • 07-mar-2024, 09:16
  • 0 Baxış


Bir insanla maraqlanarkən və ya ünsiyyət qurarkən onun adından öncə şəxsiyyətini, peşəsini öyrənirik. Çünki qarşımızdakının adından çox, onun şəxsiyyəti, sənəti, həqiqətdə necə xarakterli insan olmasının qısa da olsa xəbərçisidir.
Tarix boyu şərəflilik, aqillik simvolu olan müəllimlik sənətinə ən müqəddəs peşə kimi yanaşılmış, cəmiyyətimiz bu kamil insanlara nəinki övladlarının təhsilini, həm də tərbiyəsini etibar etmişlər. Yüksək mədəniyyət və mərifətə malik bu kamil adamlar da öz növbələrində müəllimlik vəzifəsini layiqincə yerinə yetirərək dövrünün dahi bir şəxsiyyəti kimi qiymətləndirilib. İnsanın şəxsiyyət kimi formalaşmasının bir növ memarı sayılan müəllimlər sadəcə təlim-tərbiyə prosesini həyata keçirməklə kifayətlənmir, eyni zamanda sosial – psixoloq kimi fəaliyyət göstərirlər. Yaxın keçmişə nəzər saldıqda şahidi oluruq ki, müəllimlər vəzifə borcunu pedaqoji təşkilatlarda iştirak etməklə kifayətlənməz, həm də valideynlərlə müntəzəm olaraq ünsiyyət qurar, onların kütləvi tədbirlərinə istiqamət verər və beləliklə yaşadığı ərazinin ən hörmətli sakininə çevrilərdilər. Bəli, günümüzdə də bu cür təlimçılər var və hər hansı bir mötəbər içtimai tədbiri onlarsız təsəvvür etmək mümkün deyil. Hörmət etdiyimiz kamil şəxslərin adlarının yanına "müəllim” sözü qoymağımız bu ləyaqətli peşəyə dərin sevgimizin bariz nümunəsidir.
Əfsuslar olsun ki, son zamanlar müəllim-şagird arasında meydana çıxan xoşagəlməz hadisələr içtimai qınaqa çevrilərək, illər boyu hörmət bəslədiyimiz bu şərəfli sənətə ləkə gətirmək astanasındadır.
Sosial şəbəkələrin aktual mövzusu olan "Müəllim-şagird” müzakirəsinə nəzər saldıqda əhalinin bu hadisəyə fərqli frazadan yanaşdığının şahidi olduq. Valideynlər müəllimləri, müəllimlər övladlarına düzgün tərbiyə verməyən anaları-ataları, bəzilər isə zəmanəni qınadı.
Orataya maraqlı bir sual çıxır: Elə isə müqəssir kimdir? Qanuna əsasən müəllim şagirdə fiziki cəza verə bilərmi?
Hər kəsi maraqlandıran bu suallara daha münasib cavabi psixoloqların verəcəyini nəzərə alaraq Psixoloq Azərbaycan Şirkətinin Yeniyetmələrlə İş üzrə mütəxəssisi Ülkər Məhərrəmova ilə əlaqə saxladıq.
Ilk növbədə respublikanın bütün məktəblərində psixoloqların olduğunu vurğulayan Ülkər xanım bəzi təhsil ocaqlarında bu ştatın sadəcə kağız üzərində olmasından təəssüf hissi keçirdiyini vurğuladı.
Ülkər Məhərrəmova: "Məktəb sadəcə təhsil ocağı deyil, övladlarımızın daha cox zaman keçirdiyi ikinci ailə, müəllim isə ikinci valideyn sayılır. Burada şagirdlərə elmlə yanaşı tərbiyə də öyrədilməlidir. Bizim uğurlu gələcəyimiz bu yeniyetmələrdən asılıdır. Fikirləşin, əgər bu gün onlar hələ doğma vətənlərində ikən ictimai yerlərdə özlərini idarə edə bilmirlərsə, bu vətəndaşlar gələcəkdə ölkəsini necə təmsil edəcək? Bunun başlıca səbəbi istər ailədə, istərsə də tədris ocaqlarında övladlarımızın düzgün tərbiyə olunmamasıdır”.
Tərbiyəni mütaliə ilə əlaqələndirən psixoloq Ülkər xanım indiki bəzi gənclərin Bibliofobiya xəstəliyinə (kitablardan qorxmaq) tutulduğunu qeyd etdi.
Xüsusən, məktəblilərin tərbiyəsində mühüm əhəmiyyət kəsb edən mütaliə şagirdlərin marağını, mənəvi tələbatını ödəyir, təfəkkürünü inkişaf etdirir. Cox acınacaqlı bir haldır ki, indiki uşaqlar sadəcə dərslərini etməklə kifayətlənib, həmən internet klublara qaçır və ya sosial şəbəkələrə daxil olurlar. Halbuki, bədii əsərlər hisslərimizə, şüurumuza və davranışımıza müsbət təsir göstərir, şəxsiyyət kimi formalaşmağımıza kömək edir.
Müasir təhsil metodikası və yeniyetmə süurunun fərqli olduğunu vurğulayan psixoloq: "İlk növbədə müəllimlərimiz digər kurslar kimi uşaq psixologiyası kusrlarında da iştirak etməli, yaranan problemlərin tənzimlənməsi üçün rəhbərliyin nəzarəti altında məktəblərdə ciddi intizam mühiti yaradılmalıdır. Peşəkar tərbiyəçi ilə şagird arasında ziddiyyətdən söz gedə bilməz. Və heç bir şagird hörmətsizliyi fiziki cəza və ya təhqr edilməklə cavablandırılmamalıdır. Buna qanun da izn vermir. Nəzərə alınmalıdır ki, şəxsiyyət olaraq tam formalaşmayan bu körpələrin ailədaxili problemləri də ola bilər. Bu mütləq araşdırılmalı, bunun üçün məktəbdə disiplin qurumu yaradılmalı, orada da çılğın şagirdə pxisoloji yardım göstərilməlidir. Bəli, şiddət görən nadinc şagird növbəti dəfə bunu təkrar etməyə bilər, lakin o zaman biz cəmiyyətə qorxaq, özünə güvənməyən, bəlkədə intiqam həvəsilə böyüyən cinayətkar bir vətəndaş yetişdirmiş oluruq. Bizim şirkərə bu şikayətlə çox valideynlər müraciət edirlər. Unutmamalıyıq ki, onlar azyaşlı olsalar da hər bir insan kimi qürürları, duyğuları var və auditoriya qarşısında alçaldıla bilməzlər.
Şagirdin etik davranışında yalnız tərbiyəçinin deyil, valideynin də imzasının vacibliyini qeyd edən psixoloq.info -ın mütəxəssisi Ülkər Məhərrəmova: "Valideynlər də bacardıqca ailə problemlərini uşaqlardan gizlətməli, ailədaxili münaqişələrə yol verməməli, yaş dövrlərini nəzərə alaraq onlarla dost kimi rəftar etməli və problemlərlə qarşılaşdıqda onları danlamamalı, əksinə, bunu həll etməkdə daima onların yanında olduğunu hiss etdirməli, övladlarının sevgisini qazanmalı, bacardıqca yeniyetmələri və körpələri şiddət mövzulu filmlərindən, bilgisayar oyunlarından, real həyatdan kənar edən hər bir əyləncədən uzaqlaşdırmalıdırlar”.
Övladlarımız bizim gələcəyimizdir. İstər evdə, istər məktəbdə heç bir səbəb onlara fiziki cəza verməyimizə bəhanə ola bilməz. Bununla bağlı "Azərbaycan Respublikasının Uşaq hüquqları " haqqında aşağıdakı maddələr var:
M a d d ə 1 1 . Uşağın milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır. Uşağın tərbiyəsi ailədə, məktəbdə, məktəbəqədər və məktəbdənkənar uşaq təlim -tərbiyə müəssisələrində aparılır....
M a d d ə 1 2 . Uşaq azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir. ...uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanlarına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna
malikdir. ...Valideynlərin və ya digər şəxslərin uşaqlarla qəddar rəftara yol verməsi, onlara qarşı psixivə fiziki zor tətbiq etməsi, uşaqların hüquqlarını pozması Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada valideynlik hüquqlarından məhrum edilməyə, habelə inzibati və ya cinayət məsuliyyətinə səbəb olur.
YEKUN:
M a d d ə 4 4 . Bu Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
PS: Müəllim vuran yerden GÜL deyil, NİFRƏT bitər.
psixoloq.info 

 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?