Valideyin

Bu cür tərbiyəni bilirdiniz ?

  • Admin
  • 07-mar-2024, 10:16
  • 4 Baxış


Biz sevilmədiyimiz yaşda qalırıq       
Tez-tez müxtəlif yaşa sahib insanlarla söhbət edirəm: onlar zahirən 20, 30, 40 yaşında olmaqlarına baxmayaraq,  daxilən uzaq uşaqlıq zamanında qaldıqlarını hiss edirəm. Məncə bu uşaqlıq dönəmində kifayət qədər sevginin olmamasının nəticəsidir və onlar bu sevgini axtarıb tapmayanadək elə o uşaqlıqlarından əl çəkməyəcəklər.
Biz bizi sevmədikləri yaşda qalırıq
Hər bir yaş dönəminin öz təlabatı var, onda valideynlərin sevgi və qayğısı həyatımızın müxtəlif dönəmlərində çox əhəmiyyətlidir.
İnsalara etimad  körpəlikdə formalaşır
Körpə üçün sevgi ananın ona qayğısı və ehtiyaclarının ödənməsindən ibarətdir. Əgər ana öz vəzifəsindən layiqincə gəlmirsə, uşağı uzaqlaşdırırsa onda hər kəsə qarşı şübhə və öz rifahı üçün daimi narahatlıq hissini formalaşdırır.
Gələcəkdə belə insanlarla əlaqə qurmaq çox çətindir. Münasibətlərdə özlərini aciz və zəif hiss etdiklərindən  başqalarını tez-tez inam, sevgi ilə bağlı sınağa çəkirlər.
2-3 yaşlarında uşaqlar qismən müstəqil və özlərini idarə etməyi öyrənirlər
Valideyinlər  çox vaxt övladlarının müstəqil inkişafına mane olurlar. Məsələn uşağın müstəqil görə biləcəyi işə müdaxilə və ya tam əksinə görə bilməyəcəyi  işə seyrici kimi qalmaqları balacalarda utanma hissini yaradır.
Bunun nəticəsində insanlar özlərini qiymətləndirə bilmir və ətraf mühitin onları idarə etməsinə gətirib çıxarır.
3-6 yaşlarında uşaqların sevgisi onların müstəqil hərəkətlərinin qiymətləndirilməsindən ibarətdir
Uşağın şəxsi təşəbbüslərini dəstəkləmək, yaradıcılıq və ətraf mühitə maraq fürsətinin tanınması çox önəmlidir.
Valideyinlərin bu yaşda olan uşaqların müstəqil fəaliyyətini məhdudlaşdırılması və çox  cəza verilməsi uşaqlarda  günahkar hissinin formalaşmasına gətirib çıxarır.
Beləliklə belə insanlarda əzmkarlıq, qərarsızlıq problemini yaradır, nəticədə belə insanlar qarşılarına qoyduqları məqsədlərə çata bilmirlər. Özünü günahkar hissetmə hissi kişilərdə daha ağır nəticə verir hətta belə insanlarda seksual problemlərinin yaranmasına da gətirib çıxara bilər.
Məktəb dönəmində uşaqlarda zəhmətsevərlik formalaşır
Bu yaş dönəmində əgər sizin uşağınızın bacarıqları ilə bağlı şübhəniz varsa və onu yaşıdları ilə müqayisə edib zəif göstərirsinizsə, uşağınızda təhsilə maraq hissi də öləcək.
Yaxşı olardı ki, övladınızın daxili məninə əlinizi uzadasınız və böyüməsinə yardımçı olasınız. Özünüzün uşaqlıq şəklinizi tapıb övladınıza göstərin və ya içinizdəki uşağı tapın və söhbət edin. atv.az 

 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?