Valideyin

Musiqi uşaqların psixi sağlamlığına müsbət təsir göstərir

  • Admin
  • 07-mar-2024, 15:06
  • 0 Baxış

Uşaqlar musiqi alətlərində çalmaqla təkcə Motsartın və digər məşhur klassiklərin əsərlərini öyrənmir, həm də daha diqqətli olur, öz emosiyalarına daha yaxşı nəzarət etməyə və narahatlığın öhdəsindən gəlməyə başlayırlar. Bu nəticəyə ABŞ-ın Vermont Universitetinin Uşaq Psixiatriyası Tibbi Kollecinin alimləri gəliblər. 
 
Uşaqlara musiqinin necə təsir etdiyini öyrənmək üçün mütəxəssislər 6-18 yaş arası 232 uşağın baş beyninin maqnit rezonans tomoqrafiyasını təhlil ediblər. Məlum olduğu kimi, uşaq böyüdükcə, onun beyin bərk, yaxud xarici qabığının qalınlığında dəyişiklik baş verir. Əvvəlki tədqiqatlarda alimlər müəyyən ediblər ki, beynin konkret hissələrində qalınlaşma, yaxud incələşmə depressiya, həyəcan, təcavüz, həmçinin diqqətin cəmləşməsinin azalması ilə bağlıdır. 
 
Məlum olub ki, musiqi bütün bu problemlərin həllində kömək edir. Alimlər aşkar ediblər ki, musiqi beynin hərəkətə cavabdeh olan zonasına təsir edir, çünki musiqi alətlərində çalmaq  hərəkətlərə nəzarət və koordinasiyas tələb edir. Ən vacib odur ki, musiqi əsərlərinin ifası işçi yaddaş, diqqətə nəzarət, həmçinin təşkilati və planlaşdırma bacarıqları üçün məsul olan beyin qabığının qalınlığına faydalı təsir edir. 
 
Bundan başqa, musiqi ilə məşğul olmaq beynin impulsivlik və emosiyalar hissəsinə də müsbət təsir göstərir. Xatırladaq ki, Mindlab International laboratoriyasının alimləri axır vaxtlarda müəyyən ediblər ki, musiqi ofis işçilərinin məhsuldarlığına, özü də müxtəlif janrlar müxtəlif bacarıq və qabiliyyətlərə faydalı təsir göstərir. 
azertag.az

 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?