Valideyin

6 pedaqoji məsləhət - vicdan

  • Admin
  • 10-mar-2024, 23:18
  • 2 Baxış


Hər hansı bir işi görüb qurtarandan sonra yaranan məmnunluq hissi və ya qarşıya qoyulmuş tapşırığı yerinə yetirməyəndə yaranan təəssüf hissi – bütün bunlar insan vicdanının təzahürüdür. Əksər analar və atalar yaxşı bilir ki, vicdan – mənəvi prinsiplərin əməl edilməsinə cavab verən əsas amildir.
Hesab edirik ki, cəmiyyət üçün bu məsələnin böyük əhəmiyyətini nəzərə alaraq, ona xüsusi diqqət yetirmək gərəkdir. Uşaqlar əgər uşaqlıqdan itaətkarlığa (doğrular qarşısında) öyrədilməyiblərsə, onlar mənəvi norma və tələbləri tam şəkildə mənimsəyə bilmirlər. Şübhə yoxdur ki, tədqirəlayiq davranışın öyrədilməsindən ötrü ən yaxşı vaxt – uşaqlıq illəridir. Cinsi yetişkənlik dövrünə çatmış insana xarakterindəki çatışmazlıqları düzəltmək çox çətindir.
Beləliklə, itaətkarlıq vərdişi erkən yaşlarından tərbiyə olunmalıdır və bunu müntəzəm etmək lazımdır. Aşağıda tərbiyə sahəsində mütəxəssislərin bəzi məsləhətlərini vermişik.
1. Uşağa hər hansı işi tapşırmamışdan əvvəl, ana və ata qabaqcadan öz aralarında məsləhətləşməli, uşağın üzərinə qoyulan öhdəliyin münasibliyini əsaslı surətdə qiymətləndirməlidirlər. Ev işlərində iştirakın zəruriliyi bütün uşaqlara səmimi və azad məşvərət şəraitində izah olunmalıdır; hər bir kəsin həmçinin öz öhdəliyi müəyyən edilməlidir.
Əgər uşaqlar etiraz edərlərsə, valideynlərə məsləhət görürük ki, onları diqqətlə dinləsinlər və zəruri olan halda əvvəlcə qəbul etdikləri qərarı ləğv etsinlər. İş paylandıqdan və hamı yekdilliklə bu bölgü ilə razılaşdıqdan sonra valideynlər onun uyğun şəkildə yerinə yetiriləcəyinə ümidlərini bildirməlidirlər.
2. Valideynlər səylə uşaqlarını inandırmalıdırlar ki, itaətkarlıq ən alicənab işdir, eynilə dostlar qarşısında vəd etdiyini yerinə yetirməməkdən, razılaşmanı pozmaqdan daha qəbahətli iş yoxdur.
3. Tapşırılmış işin yerinə yetirilməməsinin mənfi nəticələri və onların yerinə yetirilməsinin üstünlüklərini valideynlər gündəlik həyatdan müxtəlif hekayələr danışmaqla uşaqlara izah edə bilərlər.
4. Öz ödəliklərini yerinə yetirdiyinə görə valideynlər uşaqları həvəsləndirilməli və mükafatlandırılmalıdırlar.
5. Əgər uşaq müqavimət göstərir və ev işlərini yerinə yetirməkdən imtina edirsə, onunla söhbət edilməli və vəziyyəti düzəltməyə cəhd edilməlidir. Bu zaman cəza tədbirləri ədalətli olmalı, uşağın ləyaqəti alçaldılmamalı və qəlbi sınmamalıdır.
6. Ailənin bütün üzvlərinin – ata, ana və uşaqların iştirakı ilə keçirilən ailə məşvərətində əmək öhdəlikləri elə dəqiqliklə paylanmalıdır ki, uşaqların sonradan izahata ehtiyacı olmasın. Növbəti ailə məşvərətində yeni məsələlərin üzərində dayanmaq və yeni tapşırıqlar da vermək olar.
Bu problemlə tanış olmayan insanlar bizim mühakimələri artıq və ya hətta gülməli hesab edə bilərlər. Lakin biz yeni bir işlə üzləşəndə, o ilk baxışda bizə lazımsız, çətin, ya da yerinə yetirilməsi mümkün olmayan görünə bilər. Lakin bir dəfə onun öhdəsindən gəlmiş insana o, asan və öyrəncəli gələcəkdir. Ona görə də biz təkidlə oxuculara məlum məsələyə ciddi diqqət yetirməyi və onu əhəmiyyətsiz və ya az əhəmiyyətli saymamağı tövsiyə edirik.
Ata, ana, altı, doqquz və on bir yaşlı uşaqdan ibarət bir ailəni təsəvvürümüzə gətirək. Evdə uşaqların asanlıqla öhdəsində gələ bildiyi xeyli iş vardır. Təbii ki, bütün bu işləri valideynlər də görə bilər, lakin tərbiyə nöqteyi-nəzərindən bunun uşaqlara tapşırılması daha çox məqsədə uyğun olardı, beləliklə də, onlar başqalarından az asılı olar, həyat təcrübəsi və özlərinə inam qazanarlar.
Öz uşaqlarını məktəbə buraxmayan bir varlı adam var idi. O, belə mühakimə yürüdürdü: "Yalnız imkanslz insanlar tərləməli və elmlər öyrənməlidirlər. Coğrafiya mənim oğlumun nəyinə lazımdır? O, istədiyi yerə gedə bilər, başqaları onu istədiyi yerə aparacaq və istənilən arzusunu yerinə yetirəcəklər”. Bu cür məntiqdən istifadə edərək, bir çox valideynlər onların uşaqlarının əgər ailənin maddi imkanları yaxşıdırsa, nə üçün işləməyə ehtiyacı olmadığını əsaslandıra bilərlər.
Əmək insanı tərbiyə edir və ona zəruri vərdişlər aşılayır. Əmək özü-özlüyündə nəcib işdir.
İLqar Məmmədov 

 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?