Sinif rəhbəri

Sinif rəhbərinin şagirdləri və sinif kollektivini öyrənmə metodları

  • Admin
  • 11-mar-2024, 16:38
  • 1 Baxış


I. Şagirdlər haqqında ümumi məlumat: soyadı, adı, anadan olduğu il, tarix, şagirdin ev ünvanı, şagirdin valideynləri harada və hansı vəzifədə işləməsi, ailədə qarşılıqlı əlaqələr, ailə tərkibi, ailə­nin mədəni səviyyəsi, maddi vəziyyəti, məktəblinin rejimi və asudə vaxtı, ev işlərində iştirakı, dostları, tanışları, məktəblinin həyatında ən vacib hadisələr, səhhəti ( məktəb həkiminin məlumatı üzrə). 
II. Şagirdin ümumi inkişafı: təlim əməyinə münasibəti, şagirdin mənimsəmə səviyyəsi, fiziki əməyə münasibət, intizamlılıq səviyyəsi, şagirdin maraq və meylləri; 
III. Şagirdin ictimai-siyasi və ictimai işi: sinfin ictimai həyatında iştirakı, ictimai işin yerinə yetirilməsi xarakteri, sinif kol­lek­tivində yeri. 
IV. Şagird şəxsiyyətinin əsas əlamətləri: ictimai şüuru, dünyagörüşü, ideyalarının konkret şəraitdə-təlimdə, ictimai işdə və əməkdə həyata keçirmək qabiliyyəti: mənəvi keyfiyyətləri, vətənə mə­həbbət hissi, ölkəmizdəki hadisələrə marağı, öz əməyi ilə mək­tə­bə, cəmiyyətə kömək göstərməyi, xarakterik iradi əlamətləri, məq­səd­yönlülük, fəallıq, qətiyyətlilik, cəsarətlilik, müstəqillik, təşəb­büs­karlıq, mütəşəkkillik, səbrlilik, intizamlılıq, məktəblinin fərdi, psixiloji xüsusiyyətləri. 
V. Şagirdi öyrənmə prosesində sinif rəhbərinin nəzərdə tut­duğu pedaqoji tələblər: hansı xüsusiyyətləri necə inkişaf et­dirmək və təkmilləşdirmək, məktəblinin hərəkətindəki nöqsanları aradan qaldırmaq üçün nə etmək lazımdır. Aydındır ki, bir sıra mə­sələlər müəyyən şəraitlə əlaqədar olaraq sinif rəhbərinin proq­ra­mı­na daxil edilməyə də bilər. Deməli, sinif rəhbərinin planı konkret olmalıdır.
Sinif rəhbəri təkcə ayrı-ayrı şagirdləri deyil, bütün sinif kol­lek­tivini öyrənməlidir. Deməli, sinif rəhbəri bütün şagird kol­lek­tivini öyrənməyi nəzərdə tutan aydın proqrama malik olmalıdır. Şagird kollektivini öyrənmək proqramı isə aşağıdakı məsələləri əhatə etməlidir:
I. Sinfin tərkibi. Yaş tərkibi: dərketmə səviyyəsi və şa­gird­lərin inkişafı, iş qabiliyyəti, mənimsəmə dərəcəsi və sinfin ictimai si­ması. 
 
II. Sinfin həmrəyliyi: İşgüzarlıq nə səviyyədədir? Sinifdə marağa görə qruplaşmalar varmı, şagirdlər bir-birlərinə necə yana­şır­lar? Onlar sinfin işlərinə necə münasibət bəsləyirlər, məktəbdə və mək­təbdənkənar vaxtlarını bir yerdə keçirməyi, bir yerdə öyrənməyi və bir yerdə oxumağı istəyirlərmi? Oğlan və qızlar dostluq edir­lərmi? Kollektiv üzvləri lazım olduqda bir-birini müdafiə edirmi? 
III. Sinfin mütəşəkkilliyi: burada şagirdlərin kollektiv işləri yerinə yetirmək üçün hazır olması, təhkim olduğu şəxslərin göstə­rişlərinə əməl etmələri və s. öyrənilir. 
IV. Sinifdə ictimai rəy: burada şagirdlərin yoldaşlarının işinə necə münasibət bəsləməsi, onu bəyənməsi və ya pisləməsi, narazılıq və narazılıqlarını necə ifadə etməsi, danışıqları və işləri arasındakı uyğunsuzluğun olub-olmadığını, sinifdə tənqid və özünütənqidin olması və s. öyrənilir. 
V. Kollektivdə yoldaşlıq əlaqələrinin xarakteri: mək­təb­liləri nə birləşdirir (yaşayış yerlərinin ümumiliyi: partada bir yerdə oturmaq, maraqlar, ümumi iş), şagirdlər harada dostluq edirlər (mək­təbdə və ya məktəbdən kənarda), onlar yoldaşlarına necə kö­mək göstərirlər, dostlarına qarşı tələbkardırlarmı, fiziki qüsuru olan şagirdlərə düzgün münasibət bəsləyirlərmi və s.
Bundan başqa, sinif rəhbərinin öyrənmə proqramına "Sinfin fəalları ilə iş”, "Sinif kollektivinin ümumməktəb kollektivi ilə əla­qəsi”, "Sinif kollektivinin daha da möhkəmləndirilməsi tədbirləri” və s. bölmələri daxil edilir.
Bəs sinif rəhbəri şagirdləri hansı metodlarla öyrənə bilər? Sinif rəhbəri şagirdlərini öyrənmək üçün aşağıdakı metodlardan istifadə edə bilər:
1. Şəxsi işlərlə tanışlıq: şagirdin sağlamlığı, təhsil səviyyəsi, tərbiyəlilik səviyyəsi.
Keçən ilki sinif jurnalı ilə tanışlıq . 
 
Sabiq sinif rəhbəri və sinfin müəllimlərilə söhbət. 
 
Direktor və onun müavinlərinin məlumatı. 
 
Şagirdlərlə şəxsi görüşlər (tədris ilinin əvvəlində və sonun­da). 
 
Valideynlərlə söhbət. 
 
Pedaqoji müşahidə. 
 
Şagirdlərlə müsahibələr. 
 
Pedaqoji eksperimentlər. 
 
Şagirdlərin fəaliyyət məhsullarının öyrənilməsi; 
 
Müəllimlərlə söhbət; 
 
Anketlər; 
 
İnşa yazılar; 
 
Ev şəraitinin öyrənilməsi; 
Dolayı xarakteristikaların ümumiləşdirilməsi (bu zaman si­nif rəhbəri şagirdlər haqqında başqa şəxslərdən aldığı məlumatları özündə olan materiallarla müqayisə edir); 
Şagirdlərin qarşılıqlı əlaqələrinin, dostluq münasibət­lə­rini sosiometrik metodlarla öyrənilməsi. 
Piralı Əliyev



 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?