Sinif rəhbəri

Sinifdənxaric tədbirlər...Sinif rəhbəri ilə şagirdlər arasında əməkdaşlığı prinsipləri...

  • Admin
  • 11-mar-2024, 16:52
  • 2 Baxış


 Sinif rəhbəri ilə şagirdlər arasında əməkdaşlığın prinsipləri... Sinifdənxaric tədbirlər

-sinif kollektivinin formalaşmasında sinifdənkənar tədbirlərin böyük əhəmiyyəti var.Sinif şagirdlərinin hər hansı birinin , sinif rəhbərinin  və ya həmin sinifdə dərs deyən və sinifin böyük rəğbətini qazanmış ( bu zaman şagirdlərin rəyi nəzərə alınmalıdır)  ad günlərini qeyd etməklə( bu zaman dəbdəbə və israfçılıqdan uzaq olunmalıdır. Nisbətən imkanlı ailədən olan şagirdin  ad gününü təmtəraqlı ,digərinin ad gününü isə sönük keçirtməklə sinif rəhbəri sinifdə şagirdlər arasında  sosial ayrı seçkilik yaranacaq. Odur sinif rəhbəri ad günlərini elə təşkil etməlidir ki, sinifdə sosial bərabərsizlik hiss olunmasın .Bir çay süfrəsi və ya 10 dəqiqəlik bədii bir səhnəcik və s. Sinifdənkənar tədbirlər təkcə ad günləri ilə bitmir. Rəsmi və ya milli bayramları , əgər valideyinləri hər hansı bir peşə sahibidirlərsə peşə bayramlarını təşkil etmək olar. Tətillər zamanı  ekskursiyalar təşkil etməklə, ərazidə olan qocalar evinə , körpələr evinə getməklə, şəhid  ailələrini , müharibə əlillərini və qəhrəmanlarını ziyarət etməklə və s ilə sinifdənxaric tədbirləri  təşkil etmək olar.


 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?