Sinif rəhbəri ilə şagirdlər arasında əməkdaşlığı prinsipləri...Sinifin ad gününü qeyd etmək- sinif şagirdləri ilə birlikdə ilin müəyyən bir günü sinifin ad günü elan etmək olar. Həmin günü hər il sinifdə qeyd etməklə siz gələcəkdə şagirdləriniz məzun olduqdan sonra da belə ad günü kimi qey edilən gündə bir yerdə toplaşmağın əsasını qoymuş olacaqsınız. Bu tarix sinif kollektivindən kiminsə ad gününə və ya sinif üçün əlamətdar günə salına bilər.
Xeyriyyə günləri-vaxtaşırı olaraq xeyriyyə aksiyaları təşkil etmək , şagirdlərin əl işlərinin satışın təşkil edib toplanşış vəsaiti xeyriyyə məqsədi ilə sərf etmək olar.
Dəyirmi masalar-vaxtaşırı dəyirmi masalar təşkil etmək olar müxtəlif mövzularda.Məsələn hansısa şair və yazıçının həyat və yaradıcılığını, hansısa kitabı ,əsəri , hər hansı bi sosial problemi, bir sözlə şagirdlərin maraq və meylləri nəzərə alınmaqla hər hansı bir mövzunu müzakirə etmək olar. Bu zaman şagirdlərə qarşılıqlı dinləmə ,müstəqil fikir yürütmə ,analiz etmə və nəticəyə gəlmə bacarıqları aşılanmalıdır.