Sinif rəhbəri

Sinif jurnalının yazılması və sinif jurnalına nəzarət qaydaları

  • Admin
  • 11-mar-2024, 17:17
  • 28 Baxış


SİHİF JURNALININ YAZILMASI VƏ SİNİF JURNALINA NƏZARƏT..Sinif rəhbəri öz sinifində tədrisin vəziyyətini sistemli olaraq nəzarətdə saxlamalı və fənn müəllimləri ilə nəticələri analiz edərkən aşağıdakılara diqqət etməlidir.
Ø Sinif üzrə şagirdlərin gündəlik qiymətləndirilməsinə ( bununla bağlı konkret təlimat olmasa da müəllim sinif şagirdlərinin azı 25% -nin qymətləndirilməsinə çalışmalıdır.);
Ø Hər bir fənn üzrə qiymətləndirilmənin obyektiv aparılmasına;
Ø Tədrisdə müxtəlif səbəblərdən geri qalan şagirdlərlə fərdi yanaşmanın təminn edilməsinə;
Ø Tədris materiallarını yoldaşlarına nisbətən daha yaxşı mənimsəyən şagirdlərlə fərdi işin təşkilinə,onların naliyyətlərinin izlənilməsinə;
Ø Problemli şagirlərə fərdi nəzarətin təşkilinə
Sinif rəhbəri sinifdə əsas idarəedici şəxsdir. Onun öz sinif şagirdləri ilə bağlı tələb,tövsiyə və xahişləri fənn müəllimləri ( hətda direktor və ya müavinlər belə olsa fənn müəllimi) tərəfindən sözsüz yerinə yetirilməli,nəzərə alınmalıdır.
Əgər fənn müəllimləri, sinif rəhbərinin dediyimiz tələb və tövsiyələrini yerinə yetirməkdən böyün qaçırarlarsa onda sinif rəhbəri məslə ilə bağlı direktor müavinlərinə və ya direktora yazılı və ya şifahi məlumat verməlidir.Eyni zamanda məktəb rəhbərliyi də məsələ operati,obyektiv yanaşaraq sinif rəhbərinin haqlı  tələbini yerinə yetirmək üçün ona kömək etməlidirlər.Çünki sinif rəhbəri məktəbin bir parçası olan həmin sinifə görə həm məktəb rəhbərliyi ,həm də valideyinlər qarşısında   birbaşa məsuliyyət daşıyan əsas simadır.
Siniif jurnalını yoxlayıb analiz edən sinif rəhbəri  daha çox diqqət etdiyi şagirdlərin üzürsüz dərsburaxmalarıdır.Bu zaman aşağıdakı amillərə fikir verir:
Ø Şagird tərəfindən  dərs buraxmaların mütəmadi hal alması;
Ø Həftənin hansı günləri dərs buraxır;
Ø Hansı dərslərdə iştirak etmir;
Ø Hansı tip dərslərdən yayınır (yazı işi ,manitorinq olan fənlərdən ,və ya şifahi dərslərdən);
Əldə etdiyiniz məlumatları analiz edərkən məktəb psixoloqu ilə məsləhətləşin-şagir hansı müəllimlərin dərsindən, hansı fənlərdən ,hansı günlərdə,hansı saatlarda dərsdən yayınır və harada olur.........

 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?