Direktor

Təhsil Metodistinin əmək funksiyası

  • Admin
  • 12-mar-2024, 12:51
  • 76 Baxış


 METODİST

Əmək funksiyası:
Təlim-tərbiyə müəssisələrində metodiki işləri planlaşdırır və təşkil edir. Tədris metodiki və tərbiyə işinin keyfiyyətini yüksəltmək üçün müvafiq təkliflər verir və həyata keçirilməsinə çalışır. Metodik materialları sistemə salır, informasiya bankı yaradır və onlardan istifadə olunmasını təşkil edir.
Konkret ixtisaslar üzrə tədris planları və proqramlarının, tərbiyəvi tədbirlərin tərtibində iştirak edir, pedaqoji kadrların fənn metodbirləşmələrinin işini təşkil edir və istiqamətləndirir. Təlim-tərbiyə müəssisələri işçilərinin ixtisasının artırılması və yenidən hazırlanmasının təşkilində iştirak edir. Proqnozlaşdırma və planlaşdırmanı yerinə yetirir, kursdan qabaq və kursdan sonrakı dövrlərdə şəxsi təhsilə nəzarət və rəhbərlik edir.
Məktəb, rayon (şəhər) səviyyəsində təlimatı tematik problemli seminarlar, aktual mövzular üzrə elmi-praktik müşavirələr keçirir.
Təlim-tərbiyənin tətbiqi sahəsində müəllimlərin ən yaxşı məsləhətçisi olmaqla müsabiqə, sərki, olimpiada, baxış, yarış, konfrans, görüşlər, açıq dərslərin keçirilməsində bilavasitə iştirak edir. Qabaqcıl müəllim, metodist və ya alimlərin hazırladıqları didaktik materialları, metodik işləmə və tövsiyələri, digər tədris vasitələrinin müzakirəsini, rəy verilməsini, çapa hazırlanmasını təşkil edir.
Qabaqcıl iş təcrübəsini öyrənir, ümumiləşdirir və yayır. Metodşuranın işində fəal iştirak edir, ixtisas fənni üzrə tədrisin keyfiyyətini və şagirdlərin bilik, bacarıq və vərdişlərinin səviyyəsini öyrənir, təhlil edir, xarakterik səhvləri və çatışmazlıqları aşkara çıxarır, onların aradan qaldırılması üçün rayon (şəhər) TŞ şurasına təkliflər verir.
Müəllimlərin attestasiyasının hazırlanmasına da, təşkilində və keçirilməsində fəal iştirak edir.
Bilməlidir:
"Azərbaycan Respublikasının Təhsil Qanunu" nu və bu qanundan irəli gələn qanunvericilik aktlarını, Təhsil Nazirliyinin müvafiq əmr, sərəncam və göstərişlərini, pedaqogika və psixologiyanın son nailiyyətlərini, ixtisas fənnini və onun tədrisi metodikasını, metodiki işin təşkili və aparılmasını, bu sahədə respublika və beynəlxalq iş təcrübəsini, həmçinin əmək qanunvericiliyinin əsaslarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
12-ci dərəcə   (metodist)  -  ali təhsilli,   5  ildən   10  ilə  qədər pedaqoji stajı olan;       
13-cü dərəcə (II kateqoriyalı metodist) - ali təhsilli, 10 ildən 15 ilə qədər pedaqoji stajı olan;
14-cü dərəcə (! kateqoriyalı metodist) - ali təhsilli, 15 ildən 20 ilə qədər pedaqoji stajı, aktual problemlərə həsr edilmiş məqalə, tövsiyə və metodik işləmələrlə müəllimlərə kömək edən, ixtisas fənni üzrə proqram materiallarını təxmini olaraq planlaşdıran, yoxlama yazı işi mətnlərini tərtib edən.
15-ci dərəcə (ali kateqoriyalı metodist) -1 kateqoriyalı metodistə Qoyulan tələbləri yerinə yetirməklə yanaşı elmi dərəcəsi və ya "əməkdar" fəxri adı olan; rayon (şəhər) qabaqcıl təcrübə məktəbləri, müəllif məktəbləri, yaradıcı müəllim qrupları yaratmağı və onlarla işləməyi, fənlər üzrə şagirdlərin bilik, bacarıq və vərdişlərinin keyfiyyətini yoxlamaq üçün testlər hazırlamağı bacaran və onlardan istifadə etmək metodikasını bilən.


 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?