"Fəzliyə nəsihət” əsərində M.Füzuli yazır ki, hər kəs özünə əməklə yol açır,cəmiyyətdə etibar sahibi olur və şöhrətlənir. Ona görə də əməksevər olmaq lazımdır.İnsanın zəhmətə, əməyə qatlaşması onu ədalətli, yüksək əxlaqi sifətlərə sahib edir.Rəhbər öz xarakterinin və davranış manerasının təkmilləşdirilməsi üzərində daima işləməlidir. Rəhbərlər öz xarakterlərindəki müəyyən nöqsanlarını etiraf etməklə kifayətlənməməli, əksinə onunla dərhal mübarizəyə başlamalı və onun ara-dan qaldırılmasına nail olmalıdır. Bu onların peşəkarlıq təcrübəsini zənginləşdirir və hadisələrin həllində onların rolunu yüksəldir. Rəhbərlərin fikirlərinin vüsəti konkret işlərin dərindən dərk edilməsi ilə uyğun gəlməlidir. O, perspektivi görməli-dir.Məqsədə çatmağa cəhd etmək və bu işdə düzlük, vicdanlılıq və ağıllı hərəkət etmək rəhbərin zəruri keyfiyyəti olmalı-dır.Formalizm rəhbərlərin əsas "xəstəlik”-lərindən biridir. O, çalışmalıdır ki, vəd etdiklərini yerinə yetirsin. Nəyi etmək mümkün deyildir onu vəd etmək lazım deyil-dir. Qənaət qəpikləri qiymətləndirməkdən və onlardan düzgün istifadə etməkdən yaranır. Bu aksiomanı hər bir rəhbər dərk etməlidir və qənaətə ciddi münasibət bəsləməlidir.Fəal və ağıllı istirahət etməyi öyrənmək rəhbər üçün son dərəcədə vacib keyfıyyətlərdən biridir.
Çalışmaq lazımdır ki, fikirlərinizi əlinizin və bədəninizin hərəkətləri ilə uyğunlaşdırasınız.Heç bir rəhbər tabeçilikdə olanlarla təmas yaratmadan birgə fəaliyyəti həyata keçirə bilməz və qarşılıqlı anlaşma baş verməz. İnsanlar arasında təmasın yaranması və inkişafı prosesi kimi ünsiyyət meydana çıxır. Ünsiyyət insan varlığının xüsusi bir halıdır. Digər insanlarla qarşılıqlı əlaqələr və münasibətlər fonunda özünü göstərir. Ünsiyyət prosesində insanlar informasiya mübadiləsi edirlər-fikirləri, ideya və emosiyaları ilə münasibət yaradırlar. Nəticədə insanlar arasında qarşılıqlı əlaqələrin və qarşılıqlı münasibətlərin müəyyən işlək forması yaranmış olur. İşgüzar münasibətlərin mərkəzində vacib xidməti məsələlərin həlli dayanır. İnsanlarla ünsiyyətə girmək bacarığı elə mühüm bir peşə keyfiyyətidir ki, insan onu öyrənməyə və ömrü boyu təkmilləşdirməyə borcludur. Bu cəhət daha çox rəhbər işçilər üçün vacibdir.
İşgüzar münasibətlər müəyyən mənəvi prinsiplərə əsaslanır ki, onların içərisində aşağıdakılar daha əsaslıdırlar.
Rəhbərlər üçün işgüzar ünsiyyətə nail olmaq son dərəcə vacibdir. Bacarıqsız ünsiyyət şəraitində rəhbər yersiz ifadələr işlətməklə və həmsöhbətinə hörmətsiz münasibət bəsləməklə çox vaxt itirərək məqsədə nail ola bilmir. İnsan münasibətlərinin
daxili gözəlliyində ünsiyyət mədəniyyəti öz ifadəsini tapır. İşgüzar ünsiyyət zamanı aşağıdakı bir sıra məsləhətlərə əməl etməyi faydalı hesab etmək olar:
Etiket qaydalarına ciddi riayət olunması yüksək mədəniyyətin və əxlaqın vacib şərtidir. Belə ki, etiket qaydalarına bələdliyinə görə, şəxs haqqında ilkin təsəvvür yaranır. Hətta ən mötəbər elmə və bütün etiket normalarına yiyələnmiş şəxslər də
müxtəlif vəziyyətlərdə qüsurlardan tamamilə sığortalana bilməz. Etiket ciddi davranış qaydasıdır, cəmiyyətdə vicdanlı davranış məcəlləsidir. Xidməti etiketdə tərz, xarici görünüş, nitq, jest, mimika, səsin tonu və s. əhəmiyyət daşıyır. Daima
yadda saxlamaq lazımdır ki, etiketə əməl edilməsi və ədəb qaydalarına əməl edilməsi ünsiyyətin təkcə vacib elementi deyil, şəxsi mədəni səviyyənin tərkib hissəsidir, rəhbər işçinin şəxsiyyətinin səviyyəsini əks etdirir, işgüzar münasibətlərin qeyrireal
nəticələrinin şərtidir. Peşə ustalığı isə ünsiyyət zamanı başqalarına diqqətli, alicənab münasibətin təzahürüdür
Sosial-psixoloji mühit idarəetmədə mühüm rol oynayır. Sosial-psixoloji mühitin xarakterindən asılı olaraq onun kollektivə təsiri də müxtəlif olur. Yüksək mənəvipsixoloji mühit idarəetmədə əhval-ruhiyyəsinin yüksəldilməsinə kömək edir, sağlamlığı,
özünə inamı, təşəbbüskarlığı artırır. İdarəetmə şəxsiyyətlərarası münasibətlər vasitəsilə başlayır və bitir. Rəhbər və tabelikdə olanlar qarşılıqlı münasibətləri idarəetmə məsələlərinin həllində əsas rol oynayır. İdarəetmə prosesində elə qarşılıqlı
münasibətlərin yaradılması nəzərdə tutulur ki, burada hər iki tərəf qarşıya qoyulmuş məqsədlərə çata bilsin. Əməkdaşlığın əsasında bu prosesin iştirakçıları arasında pozitiv münasibətlərin saxlanması durur və əlbəttə, əməkdaşlıq qurulması üçün tələbat və əməkdaşların fəaliyyəti bir-birini məlumatlandıraraq həyata keçirməsi vacibdir.
Beləliklə, idarəetmə prosesində xüsusi psixoloji atmosfer yaranır ki, burada idarəetmə subyektləri bir-biri ilə qarşılıqlı əlaqədə olur. Bu, fəaliyyət bacarığının hesabına deyil, subyektlərin bir-birinə istiqamətlənmiş olmalarının nəticəsidir.İdarəetmə o vaxt effektli alınır ki, rəhbər tabeçilikdə olanın fəaliyyətinə məharətlə rəhbərlik edir. Birgə fəaliyyətə sıx şəkildə qoşulmuş tabeçilikdə olanın şəxsiyyət keyfiyyətləri, əməliyyatlardakı müstəqilliyi bu cür əməkdaşlığın əsasını təşkil edir.Belə qarşılıqlı münasibətlərdə rəhbərlə tabeçilikdə olanın daha aktiv və sərbəst olmaq imkanı yaranır.
Bundan başqa, bu aktivliyi düzgün idarə etməklə tabeçilikdə olanın şəxsiyyətində müsbət yönümlü dəyişikliklərin baş verdiyini görmək olar.Tabeçilikdə olanın bütün şəxsiyyət keyfiyyətlərinin nəzərə alınması çox əsasdır. Bu,idarəetmənin tempini və keyfiyyətini dəyişməyə imkan verən şərt kimi çıxış edir.
Rəhbərlə tabelikdə olanın əməkdaşlığı təkcə idarəetmənin metod və vasitələrinin tətbiqindən ibarət deyil. Burada mənəvi əlaqə olmalıdır. Rəhbər ötürdüyünün tabeçilikdə olan tərəfindən qəbul edilməsinə, özününkiləşdirməsinə şərait yaratmalıdır. Bu
mənəvi əlaqə emosional, qiymətləndirici və iradi xarakter daşıyır.Psixologiyada elə hallar məlumdur ki, tabeçilikdə olanlar heç də həmişə rəhbəri qəbul etmirlər. Tədqiqatlar göstərir ki, tabeçilikdə olanın rəhbərlə olan münasibəti tabeçilikdə olan üçün çox önəm daşıyır. Rəhbər və tabeçilikdə olanla ünsiyyətində peşəkar bilik və bacarıqlar mühüm rol oynayır.
P.Rzayev, Z.Rzayev