Direktor

Kollektivdə sağlam psixoloji mühit, tənqid və özünütənqid

  • Admin
  • 12-mar-2024, 17:31
  • 3 Baxış


Kollektivdə sağlam psixoloji mühit, tənqid və özünütənqid
Psixoanaliz elminin banisi avstriyalı nevroloq Ziqmund Freydin (1856-1939)şüuraltı nəzəriyyəsinin və Amerika psixoloq və sosioloqu Elton Meyonun (1880-1949) işlərinin meydana çıxması ilə idarəetmə tabeçilikdə olanlara təsir aləti kimi psixoloji metodlarla silahlanmışdır.
Bunun əsas səbəbi işçilər üçün qeyri-maddi (ikinci dərəcəli və ya psixoloji) motivlərin və tələblərin ön plana çıxmasıdır: məsələn,özünə hörmət, işlə qaneolma, tanınma və s.Müasir idarəetmə şəraitində müvəffəqiyyət o halda təmin edilə bilər ki, rəhbər kollektivdə saglam və əlverişli psixoloji mühit yaratsın. Kollektivdə sağlam və əlverişli mühit yaradılması üçün aşağıdakı bir sıra vacib qaydalara əməl etmək lazımdır:
  •  psixoloji mühit kollektivdə lider formalaşdırır;
  • kollektivin yaxşı ənənələrini qorumaq və inkişaf etdirmək lazımdır;
  •  vəhdət və fəallıq kollektivdə sağlam psixoloji mühiti möhkəmləndirmək üçün yaxşı baza olmalıdır;
  •  kollektivdə inam, xeyirxahlıq və qarşılıqlı kömək şəraiti yaradılmasına fəal nail olmaq lazımdır;
  •  hər hansı bir qazanılmamış mükafatlandırma və düzgün olmayan xidmətə isnad edilməsi kollektivə pozucu təsir göstərir;
  •  sosial məsələlərdə rəhbərin başlıca vəzifəsi kollektivin və onun tələbatlarını bilmək və onları ödəməyə cəhd etmələridir;
  •  rəhbərin ayrı-ayrı kollektiv üzvlərinə qarşı ədalətsiz münasibəti onun tamlığını və birliyini pozur;
  •  rəhbərlərin vaxta dürüst əməl etmələri və reqlamenti gözləmələri kollektivi intizamlı edir və işgüzar atmosfer yaradır;
  •  rəhbərin kobudluğu, diqqətsizliyi kollektivə əziyyət verir, onun təşəbbüskarlığını  əlindən alır və əməyi bir növ cəzaya çevirir.
Bazar iqtisadiyyatı şəraitində idarəetməni təkmilləşdirməyin ən kəsərli alətlərindən biri tənqiddir. Tənqidsiz irəliyə doğru hərəkət yoxdur.Özünü tənqid rəhbərlərə idarəetmə metodlarını və rəhbərlik üslubunu təkmilləşdirməyə imkan verən etibarlı vasitədir. O işdəki nöqsanlara qarşı təsirlənmə qabiliyyətini yüksəldir. Səbəbsiz və zərurət olmadan tabeçiliyinizdə olanları tənqid
etməyin. Tənqid vasitədir, lakin məqsəd ola bilməz.Tənqid işçinin şəxsiyyətinə deyil, onun qeyri-qənaətbəxş işinə istiqamətləndikdə daha səmərəli olur. Ona görə də insanların bərpa edə biləcəkləri hərəkətlərini tənqid etmək lazımdır. Digərlərinin davranışlarını müqayisə etməklə, tənqid edilən şəxsi alçaltmaq isə xoşagəlməz nəticə verə bilər. Əgər tənqid edilən şəxs tənqiddən nəticə çıxarıbsa, onu təkrar etməyin.Tənqid insanı alçaltmamalı və onun təşəbbüskarlığını öldürməməlidir. Əgər tənqiddən nəticə çıxaran işçini rəhbər sonradan tərifləmirsə onun tənqidinə işçinin fəal reaksiya verdiyini gözləmək olmaz. Tənqid edərkən obyektiv olun və tənqid edilənin düşmənçiliyi və qərəzçiliyi rəhbər tutacağını güman etməyin. Rəhbər tənqiddən əhval-ruhiyyəsinin pozulduğunu göstərməməlidir  
Tənqidə qəzəblə və istehza ilə yanaşmaq, yaxud da onu zarafata çevirmək olmaz.Tənqidə sakit, əsasdandırılmış şəkildə cavab verərək tənqid edənin şəxsi keyfiyyətlərinə toxunmaq lazım deyildir. Səhvləri təhlil etmək onlardan nəticə çıxararaq
öyrənmək və özünə özünü tənqid ruhu aşılamaq lazımdır. Özünüzün bütün hərəkətlərinizi təhlil etməyi və qiymətləndirməyi öyrənmək lazımdır.
P.Rzayev, Z.Rzayev

 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?