9.Məktəb üzrə əmr kitabı (Həmin kitabda aşağıdakılar rəsmiləşdirilir : Təlim-tərbiyə prosesi məsələləri üzrə sərəncamlar və göstərişlər, Azərbaycan Respublikasının Qanunçuluğuna və Təhsil Nazirliyi sisteminin ümumtəhsil məktəbləri işçiləri üçün daxili əmək intizamı qaydalarına uyğun olaraq müəllimlərin və məktəbin digər işçilərinin işə qəbulu və azad olunması, onların məzuniyyətə çıxması, ezamiyyətə, ixtisasartırma kurslarına göndərilməsi, dərs ilinin əvvəlində şagirdlərin siniflər üzrə sayca tərkibi (bu zaman, I siniflər yeni qəbul, VI və X siniflər təhsil sahələrinə görə komplektləşdirildiyi üçün adlı), yeni qəbul edilənlərin (II-X siniflər) və məktəbdən gedənlərin (I-XI siniflər) adlı siyahısı, dərs saatlarının, sinif rəhbərlərinin müəllimlər arasında bölüşdürülməsi, tədris kabinetlərinin tapşılması, həvəsləndirmə və tənbehlər və s. Dərs bölgüsü zamanı müəllimin s.s.a, ixtisası, dərs dediyi siniflər (V-A -5saat, VI-a -5 saat və s.), cəmi 18 saat (seçmə, fakultətiv, dərnək olduqda o da göstərilməlidir).
Seçmə fənlərə ayrılan saatlar hər növbəti tədris ilində siniflər üzrə göstərilməlidir (VI-a- "riyaziyyat və informatika” təhsil sahəsi-riyaziyyat-2 saat, X-a- "Dillər və ədəbiyyat” təhsil sahəsi- Azərbaycan dili-3 saat, ədəbiyyat-3saat, ingilis dili-2saat və s.), fənlərarası əlaqəni təmin etmək məqsədi ilə yaxın təhsil sahələrinə aid olan fənlərin tədrisinə seçməyə ayrılan saatlardan VII-IX siniflərdə 1 saatı, X-XI siniflərdə isə 1-3 saatı verilə bilər (nümunə : VIII sinifdə "təbiət fənləri” t.s seçilmişdir, seçmə fənlərə ayrılan saatlardan 1 saatı riyaziyyatın tədrisinə, X sinifdə "Dillər və ədəbiyyat” t.s.s. , seçmə saatlardan Azərbaycan tarixinə 1 saatı, tarixə 1 saatı, XI sinif "riyaziyyat və informatika” t.s.s. , 1 və ya 2 saatı fizikann, 1 saatı kimyanın tədrisinə verilə bilər.). Məktəb üzrə əmrlərdə pedaqoji şuranın şagirdlərin imtahana buraxılması, IX və XI (XII) sinifləri bitirməsi, və s. qərarları rəsmiləşdirilir. Şagirdlərin siyahısı (siniflər üzrə yuxarı sinfə keçirilənlər və ya məktəbi bitirənlər və s.) pedaqoji şuranın protokoluna yazılır, əmrdə isə ümumi nəticələr (say) göstərilir.
Məktəb üzrə əmrlər verilirkən həmin əmrlərin adı ( məzmuna uyğun ), əsas göstərilməlidir. Məsələn, "Şagird qəbulu barədə” , əsas : valideynin ərizəsi və şagirdin şəxsi işi ( II-XI siniflər ), I siniflər üçün əsas : valideynin ərizəsi, komissiyanın rəyi.
Əmrlər verilərkən əmrlərin ardıcıllığı nəzərə alınmalıdır. Məsələn, əvvəl siniflərin komplektləşdirilməsi, sonra isə dərs bölgüsü və s. əmrlər verilməlidir.
Hər il dərs ilinin əvvəlində komplektləşmə əmrindən sonra dərs bölgüsündən əvvəl ayrı-ayrı siniflər üzrə şagirdlərin sayı göstərilməklə xarici dil, fiziki tərbiyə, əmək hazırlığı və texnologiya, informatika (X-XI siniflər, seçmə fənlərə ayrılmış saatlardan 1 saatı praktiki məşğələlər zamanı), rus bölməsində azərbaycan dili fənlərindən siniflərin 2 qrupa bölünməsi əmrlə rəsmiləşdirilməlidir.
Fakultativ, fərdi və qrup məşğələlərin (dərnəklərin) əmri verilərkən şagirdlərin ərizəsi əsasında kursun (dərnəyin) dəqiq adı, ayrılmış saatların miqdarı və şagirdlərin adlı siyahısı göstərilməlidir. Təhsil Nazirliyi tərəfindən əmrlə fakültətiv kurslara ayrılmış saatlar hesabına tədris edilən kurslara görə şagirdlərdən ərizə alınmır, şagirdlərin adlı siyahısı əmrdə göstərilmir (ümumi şəkildə əmr verilir-kursun adı və siniflər göstərilir). Kitab səhifə-səhifə nömrələnir, qaytanlanır, məktəb və BŞTİ – si rəhbərləri tərəfindən imzalanır, möhürlə tısdiq olunur, daimi saxlanılır.
Tərtib etdi : BŞTİ – nin aparıcı məsləhətçisi E.Məmmədov