İdarəetmə / Direktor

Məktəb direktorları oxuyun !!! Tədris – Pedaqoji sənədlər- IV hissə (Əməyin mühafizəsi üzrə işin təşkili)

  • Admin
  • 13-mar-2024, 16:30
  • 4 Baxış


1.Əməyin mühafizəsi üzrə məktəb direktorun müvafiq əmrləri, normativ sənədlər
2.Əməyin mühafizəsi üzrə tədbirlər planının hazırlanması, komissiyanın yaradılması
3.İşə qəbul zamanı əmək müqaviləsinin bağlanması, şərtlərin qoyulması
4.Əməyin mühafizəsi üzrə vaxtaşırı ixtisasartırma kurslarından təlim keçməsi, işçilərin, şagirdlərin təlimatlandırılması, biliklərin yoxlanması
5.Əməyin mühafizəsi üzrə xüsusi saatların tədris proqramlarına salınması
6.Kimya, fizika, biologiya laboratoriyalarında, emalatxanalarda, xidmət əməyi kabinetlərində, ibtidai hərbi hazırlığı, informatika kabinetlərində işçilər və şagirdlər üçün təhlükəsizlik texnikasına dair nümunəvi təlimatlar və qaydaların olması
7.İşçilərin tibbi müayinədən keçirilməsinə dair sənədlər
8.Məktəbdə təhlükəsizlik texnikası, yanğından mühafizə üzrə qaydalar və müvafiq sənədlərin olması
9.Məktəbin ümumi yığıncağında, direktoryanı müşavirlərində, pedaqoji şurasında əməyin mühafizəsi üzrə məsələlərin qoyulması
10.Təşkilat saatlarında, valideyn iclaslarında şagirdlərin və valideynlərin təlimatlandırılması
11.Şagird, müəllim və digər işçilərin sosial müdafiəsi və sağlamlığının qorunması ilə əlaqədar görülən işlər
12.Məktəb binası, kabinet və otaqların vəziyyətinin, su, qaz qurğularının və ərazinin təhlükəsizlik və sanitariya tələblərinə müvafiq istismar olunması və saxlanması
13.Əməyin mühafizəsi üzrə ilkin təlimatlandırmanın, iş yerində təlimatlandırmanın, təhlükəsizlik texnikası üzrə təlimatlandırmanın qeyd jurnalları (nömrələnir, qaytanlanır, məktəbin direktorunun imzası və möhürü ilə təsdiqlənir) olması
14.Kollektiv müqavilənin olması (məktəb və məktəbin azad həmkarlar ittifaqı komitəsi arasında bağlanır)
 
Tərtib etdi : BŞTİ – nin aparıcı məsləhətçisi E.Məmmədov


 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?