Sinif rəhbəri / Direktor

Yaddaş - Məktəblilər arasında hüquq pozuntuları və cinayətkarlıq hallarına qarşı mübarizə

  • Admin
  • 13-mar-2024, 16:47
  • 15 Baxış


Məktəblilər arasında hüquq pozuntuları və cinayətkarlıq hallarına qarşı mübarizə və yeniyetmələrin sağlam həyat tərzinin təmin edilməsi istiqamətində görülmüş işlərin vəziyyətinin öyrənilməsi haqqında
                                                                           
YADDAŞ
 
1.Ümumtəhsil məktəblərinin fəaliyyət planlarında məktəblilər arasında hüquq pozuntuları və cinayətkarlıq hallarına qarşı mübarizə və yeniyetmələrin sağlam həyat tərzinin təmin olunması məsələsinin öz əksini tapması
2.Ümumtəhsil məktəblərinin əməkdaşları arasında vəzifə bölgüsündə bu məsələyə cavabdeh şəxsin olması
3.Ümumtəhsil məktəblərində məktəblilər arasında hüquq pozuntuları və cinayətkarlıq hallarına qarşı mübarizə və yeniyetmələrin sağlam həyat tərzinin təmin edilməsi istiqamətində profilaktik tədbirlərin həyata keçirilməsinə dair tədbirlər planının mövcudluğu və orada nəzərdə tutulan tədbirlərin icra vəziyyəti
4.Ümumtəhsil məktəblərində təhsildən yayınan, çətin tərbiyə olunan, uğursuz ailələrdən olan, habelə hüquq pozuntuları və cinayətkarlıq halları törətmiş məktəblilərin uçotunun aparılması və onlarla tərbiyəvi xarakterli tədbirlərin həyata keçirilməsi vəziyyəti
5.Məktəblilərin və onların valideynlərinin iştirakı ilə uşaq və yeniyetmələrlə tərbiyə işinin təşkili istiqamətində ümumtəhsil məktəblərinin hüquq – mühafizə orqanları, İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya ilə birgə tədbirlərin: söhbətlərin, görüşlərin, seminarların, "dəyirmi masa”ların, konfransların keçirilməsi
6.Fənlər, "İnsan və cəmiyyət”, "Ümumi tarix”, "Azərbaycan tarixi”, "Azərbaycan Respublikasının Konstitutsiyası” fənlərinin tədrisi zamanı məktəblilərin İnsan Hüquqlarının Ümumi Bəyannaməsinin və Uşaq Hüquqları Konvensiyasının maddələri ilə məlumatlandırılması istiqamətində görülmüş işlər
7.Məktəbdənkənar və sinifdənxaric kütləvi tədbirlər vasitəsi ilə, habelə ümumtəhsil məktəblərinin şagird özünüidarəetmə orqanlarının, uşaq təşkilatlarının yığıncaqlarında, sinif təşkilat saatlarında məktəblilər arasında yüksək əxlaqi keyfiyyətlərin aşılanması, milli – mənəvi dəyərlərlə, vətənə, dövlət rəmzlərinə hörmət hisslərinin tərbiyə olunması ilə əlaqədar məsələlərin müzakirə edilməsi
8.Ümumtəhsil məktəblərinin təhsilyanı şuralarında məktəblilər arasında hüquq pozuntuları və cinayətkarlıq hallarına qarşı mübarizə və yeniyetmələrin sağlam həyat tərzinin təmin edilməsi istiqamətində görülmüş işlərin müzakirəyə çıxarılması və əldə edilən nəticələr
9.Təhsil müəssisələrində Uşaq Hüquqları Konvensiyasının, İnsan Hüquqlarının, guşələrin, stendlərin, xüsusi bülletenlərin mövcudluğu
Tərtib etdi: BŞTİ – nin aparıcı məsləhətçisi E.Məmmədov


 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?