Ümumi məktəb sənədləri :
a)Tədris – pedaqoji sənədlər – şagirdlərin şəxsi işləri, sinif jurnalları, fakültətiv məşğələlərin jurnalları, əsas təhsil haqqında şəhadətnamə və blankların verilməsinin uçotu kitabı, orta təhsil haqqında attestat və blankların verilməsinin uçotu kitabı, pedaqoji şuranın protokol kitabı, əmr kitabı, buraxılmış və əvəz edilmiş dərslərin uçotu kitabı, inspektor yoxlamaları kitabı, yoxlama aktları, yazılı hesabat və arayışlar, əsas və orta təhsil üzrə imtahanların protokolları, yazılı imtahanların mətnləri, məktəbin iş planları
b)Kargüzarlıq sənədləri – qəbul edilmiş və göndərilmiş məktub və sənədlərin qeydə alınması kitabı, məktəb işçilərinin şəxsi işləri və əmək kitabçaları
c)Maliyyə-təsərrüfat sənədləri – məktəbin texniki pasportu, avadanlıqların uçotu kitabı, materiallar məsrəfinin uçotu kitabı, kitabxana fondunun avadanlıq kitabı, müəllim və digər işçilərin tarifikasiya siyahıları.
Yuxarıda göstərilənlər dövlət sənədləri hesab edilir və xüsusi təlimatlara görə bunların qorunub saxlanması müddətləri müəyyən edilir. Bunlardan başqa bir çox sənədlər də mövcuddur ki, onlar dövlət sənədləri hesab olunmasa da məktəb işinin müxtəlif sahələrində işin məzmununu müəyyənləşdirməkdə müəyyən rol oynayır. Həmin sənədləri də aşağıdakı şəkildə qruplaşdırmaq olar:
Müəllimlərə və digər pedaqoji işçilərə aid olan sənədlər :
a)Bilavasitə müəllim və digər pedaqoji işçilər tərəfindən hazırlanan sənədlər – perspektiv, cari və operativ iş planları, gündəlik planlar, təqvim tematik planlar, gündəliklər, pedaqoji və metodik mövzularda məruzə və mühazirə mətnləri, yazılı hesabatlar, müxtəlif yazışmalar
b)Müəllim və digər pedaqoji işçilərin fəaliyyətini əks etdirən sənədlər – direktoryanı müşavirlərin, metodbirləşmə və fənn komissiyalarının, məktəb üzrə elmi-praktik və ya pedaqoji metodik konfrans və ya toplanışların, yığıncaqların protokolları
Şagirdlərə aid olan sənədlər :
a)Bilavasitə şagirdlərin özləri tərəfindən hazırlanan sənədlər – məktəbli kitabçaları, ev tapşırığı dəftərləri, sinif yoxlama yazı dəftərləri, müxtəlif dərnəklərdə və ya tədbirlərdə olunmuş məruzə və referatorların mətnləri, şagirdlər tərəfindən tərtib edilmiş müxtəlif iş planları
b)Şagirdlərin fəaliyyətini əks etdirən sənədlər – sinif yığıncaqlarının protokolları, divar qəzetlərinin nüsxələri, müxtəlif yarışların yekunlarını əks etdirən cədvəl və lövhələr, şagirdlərin və şagird qruplarının qazandıqları fəxri fərman və təşəkkürlər və s.
Valideynlərə aid sənədlər :
Müəllim valideyn assosiasiyasının iş planları və yığıncaq protokolları, valideynlərin məruzə və mühazirələrinin mətnləri, valideynlərlə yazışmaların surətləri və s.
Məktəbin digər sənədləri :
1.İmtahan sənədləri, imtahan rprotokolları, şagirdlərin yazılı imtahan işlərinin mətnləri (5 il saxlanılır)
2.Tərcümeyi hal (əl ilə yazılmış)
3.Diplomun surəti
4.Əmək kitabçasının surəti
5.Yaşayış yerindən arayış (şəxsiyyət vəsiqəsinin surəti)
6.Sağlamlıq haqqında arayış
7.Müsabiqə komissiyası iclasının protokolu (yeni qəbul olunanlar)
8.Əmək müqaviləsi
9.Ərizə
Tərtib etdi : BŞTİ – nin aparıcı məsləhətçisi E.Məmmədov