Direktor

Məktəb direktorunun əsas bacarıqlarından biri Direktorun stolüstu kitabından....

  • Admin
  • 14-mar-2024, 13:22
  • 2 Baxış


Məktəb direktorunun əsas bacarıqlarından biri, müxtəlif situasiyalarda yaranmış vəziyyətə görə düzgün qərar vermək bacarığının olması ilə yanaşı bu qərarların tam, son nəticə əldə edilənə qədər həyata keçirilməsinə nəzarət etmək səriştəsinə sahib olmasıdır.
Direktor məktəbdə təlim – tərbiyə, maliyyə - təsərrüfat işinin düzgün qurulmasına cavabdeh şəxsdir. Bu işin düzgün qurulması üçün isə məktəb direktoru özü də daxil olmaqla məktəbdə işləyən hər bir işçinin (tutduğu vəzifələr asılı olmayaraq) əmək funksiyasını bilməlidir.
 
Çox təəssüf olsun ki, 1997 – ci ildə qəbul edilmiş "Təhsil Sahəsi İşçilərinin Qulluqçu Vəzifələrinin Vahid Tarif – İxtisas Sorğu Kitabçası” nın orta ümumtəhsil məktəblərinə aid XVII bölməsi məktəbdə işləyən işşçilərin heç də hamısını əhatə etmir. 20 il bundan öncə qəbul edilmiş Sorğu Kitabçası indiki vəziyyətlə uyğunlaşmır. Ona görə də  bu kitabımızda sizlərə ümumtəhsil məktəbində işləyən bütün işçilərinin (direktordan başlayaraq mühafizəçiyə qədər) eyni zamanda şagird və valideynlərin əmək funksiyaları və hüquqları haqqında biliklər verməyə çalışacağıq.
Direktor məktəbdə işləyən bütün işçilərin əmək funksiyalarını bilməlidir ki, hər tədris ilinin əvvəlində işçilər arasıda vəzifə bölgüsünü düzgün aparmağı bacarsın. Vəzifə bölgüsü haqqında əmr dediyimiz kimi hər tədris ilinin əvəvlində 15 sentyabr tarixində verilir. Bu əmrdə məktəb direktoru, direktor müavinləri, psixoloq UBR, kitabxanaçı, lobarant və s. adları göstərilməklə onların hər birinin tədris ili boyunca görməli olduqları işlər Vahid  Sorğu Kitabçasında göstərilən əmək funksiyalarına uyğun göstərilir.
Bu əmrlə hər bir işçinin dəqiq fəaliyyət sahəsi müəyyənləşdirilir, əmək funksiyasının icrasına hüquqi əsas verilir, direktoruna isə işə nəzarəti optimal şəkildə həyata keçirtməyə imkan yaradır. Məktəb kollektivi arasında vəzifə bölgüsünün aparılması müvafiq məsələlər üzrə, konkret icraçılarla bağlı operativ və obyektiv sərəncamların, qərarların hazırlanmasına və qəbul edilməsinə, əmrlərin veilməsinə şərait yaradır.
 


 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?