Təşkilatşılıq funksiyasını yerinə yetirərkən məktəb direktoru məktəb kollektivinə daxil olan bütün işçilərin əməyinin səmərəliliyini təmin etmək üçün onların hər biri üçün müvafiq iş şəraiti yaratmalı, onların əmək funksiyalarını vaxtında və tələb olunan qaydada yerinə yetirməsi üçün məqsədyönlü və tənzimləyici tədbirlər görməli, dövrü hesabatlığı təmin etməlidir.
Dövri hesabatlılığın təmin edilməsi idarəetmənin əsas şərtlərindən biridir.
Bunun üçün məktəb direktorunun gündəlik, həftəlik, aylıq görəcəyi işləri öncədən planmalı, qeyd etməlidir. Bu işlər məktəbin, eləcə də digər tabeli işçilərin illik və cari fəaliyyət planlarına uyğun olmalıdır.
İnzibatçılıq funksiyasını yerinə yetirərkən məktəb direktoru Təhsil Qanunu, Azərbaycan Respublikasının Prezidentinin, Nazirlər Kabinetinin təhsil ilə bağlı əmr, sərəncam və qərarlarını, Azərbaycan Respublikasının təhsil nazirliyinin əmr və təlimatlarını, yerli rayon və ya şəhər təhsil şöbələrinin əmr və göstərişlərini, Azərbaycan Respublikasının Əmək kollektivində təhsil ilə bağlı əmək intizamını möhkəmləndirmək, işçilər arasında vəzifə bölgüsünün aparılması, ümumi təhsil pilləsinin dövlət standartları və proqramlarının (kurrikulumları) həyata keçirtmək, məktəbdə daxili intizam qaydalarının gözlənməsi, nəzarətin təşkili, uşaq hüquqlarının qorunması ilə bağlı tədbirlər görür.
Direktorun stolüstü kitabından .....