Məktəbdə olan ən adi hadisələr belə çox böyük əhəmiyyət daşıyır.Xüsusilədə şagirdlər üçün.Ona üçün təşkil olunacaq hər bir tədbiri düzgün istiqamətləndirməyı çalışmalıyıq.Şagirdlərimizin yaxşı bir insan kimi formalaşmağına keçirəcəyimiz hər bir tədbir kömək edəcəy.
Gəlin əvvəlcə keçirə biləcəyimiz tədbirlərin siyahısını dəqiqləşdirəyin.
1.Vətənpərvərlik mövzulu tədbirlər.
2.Milli bayram tədbirləri.
3.Önəmli insanlarla görüş.
4.Bədii mütaliə günləri.
5.Şəhidlərimizi unutmayaq.
6.Şagirdlərin meyil və maraqlarını unutmayaq.
Vətənə layiq bir şagir yetişdirmək üçün vətənpərvərlik ruhlu tədbirləri mütəmadian keçirmək lazımdır.Şardlərimiz nələrdən keçib bu günlərə gəldiyimizi,düşməninin kimliyini bilməlidir.Belə tədbirlərdə yaxşı olardı ki müahirbə veteranlarımız və hərbiçilərimiz dəvət olunsun.
Milli kimliyini bilmədən düzgün vətəndaş yetişə bilməz.Milli bayramlarımız keçmişimiz və bu günümüz arasında körpüdür.Şagirdlərimizi bu köroüdən keçirməliyik.Hər bayramda ona uyğun oyunlar təşkil etməli şagirdləri birbaşa bu oyunların iştirakçısı etməliyik.
Ölkənin elmi,mədəniyyəti,incəsənəti sahəsində xidmətləri olar insanlarla görüşlər təşkil etməy,uşaqları onların gördüyü işlərlə tanış etməy lazımdır.
Bədii kitab oxumaq həyatımızın hır bir mərhələsində bizə lazım olacaqdır.Müasir zamanımızda uşaqlarımız bundan uzaqlaşıb.Onlarda bu maraqı oyatmaq üçün müxtəlif həvəsləndirici mükafatlar təşkil etməy lazımdır.
Şəhidi olmayan bir millət millət ola bilməz.Şəhidlərimiz bizim qürur mənbəyimizdir.Övladlarımız rahat yaşama səbəmimiz olan bu insaları hər daim xatırlamalıdırlar.Bunun üçün işə ilk öncə ərazilərində olan şəhidlərin anım mərasimlərini keçirmək,həyat yollarını öyrətmək,ildə ən az bir kərə Şəhidlər Xiyabanına ziyarət təşkil etmək lazımdır.
Hər birmiz istəyərik ki,bizim nə istədiyimizi bilinsin,ətrafımızdakılar bizi dinləyib,istəklərimizə hörmətlə yanaşsınlar.Şagirlərimizədə bu şansı verməliyik.Onlar öz istəklərini yoldaşları ilə bölüşməli,ortaq yönlərini öyrənməlidir.Eyni maraqlara malik şagirdlər birləşməli öz xeyrili fikirlərini inkişaf etdirməlidirlər.
Bu kimi tədbirlərin təşkili şagirdlərimizin sabaha layiqli vətəndaş kimi yetişməsi üçün üçün böyük əhəmiyyət daşıyır.