Direktor

ESSE: Direktor olacağınız təqdirdə ilk görəcəyiniz 5 işi sıralayın və qarşıya çıxacaq problemlərin həlli yollarını izah edin.

  • Admin
  • 15-mar-2024, 17:43
  • 0 Baxış

Həyatda heç birimizə heç nə qızıl boşqab içində hədiyyə olunmamışdır.Çıxdığımız heç bir yol "ipək yolu” deyildir.Əldə etddiyimiz nə varsa gərgin əməyin, zəhmətin böyük mübarizələrin, yuxusuz  gecələrin, bir çox büdrəmənin, uğursuzluqları,bəzən vazkeçişin nəticəsidir.İnanın ki, belə olamasaydı əldə etdiyimiz heç nəyin qədrini bilməzdik.
Hər bir yolun başlanğıcında bir bilinməzlik , bir tərddüd, bir gərginlik və  qorxu olur.Bu yolda bizim üçün yenidir.Neçə illərdir bu işin içində olsaqda  biz bu işə o qədər də yadıq.Bu günə kimi bu prosesin iştirakçısı idik,indi isə idarəediçisi.Bu günə kimi təkcə müəllim kimi şagirdlərimə görə məsuliyyət daşıyırdımsa, bügündən sonra direktor kimi həm məktəbin,həm müəllimlərin ,həm şagirdlərin və ən əsasıda bu ölkənin gələcəyinin məsulliyyəti mənim üzərimdədir.Əvvəlcə bu məsuliyyətin nə qədər şərəfli və nə qədər önəmli olduğunu özlüyümdə qavrayardım.Daha sonra məktəbdəki ilik 5 işimi düşünərdim.Məsuliyyətin ağırlığının və önəminin fərqinə varmayan biri 5 yox 15 iş də sıralasa heç bir nəticə əldə edə bilməyəcək.
Direktor olacağım təqdirdə məktəbimdə görəcəyimm ilk 5 iş bunlar olardı:
1.Kollektivlə tanışlıq;
2.Məktəbin hüquqi-normativ sənədləri ilə tanışlıq;
3.Məktəbin 1 illik və 3 illik nəticələri ilə tanış olmaq.Məktəbin illik  fəaliyyət planını və 3 illik strateji planını hazırlamaq;
4.Pedaqoji Şura keçirdib məktəbin fəaliyyət planını  təsdiqləmək;
5.Ümumməktəb valideyin iclası keçirdib icma ilə  tanış olardım. 
Hər hansı bir yerə gedəndə  ilk işimiz ordakı insanlarla tanışlıq olur.Məndə məktəbimə işə burdan başlayardım Kollektivlə quracağım  düzgün əlaqə məktəbdə əldə edəcəyim uğurun əsas amillərindən  biridir.Hər bir kollektivdə hər cür xarakterdə insanlar  olur.Onlara fərdi yanaşmalı ,istəkləri, təklifləri diqqət mərkəzidə saxlamalıdır. 
Sənədləşmə birr məktəbin ən incə nöqtəsidir.Vacib hüquqi-normativ sənəddə edilən adi hərf səhvi belə həyati əhəmmiyyət daşıya bilər.Səndələri detaylı araşdırıb əskiklikləri ortaya çıxarardım.Çatışmamazlıqları yerindəcə həll edərdim.Adətən bu müqavilələrlə bağlı məsələlər olur.Onlara xüsusi ddiqqət ayırardım və əgər hər hansı bir işçinin əmək müqavilsəi yoxdursa işçi ilə tarixi işə başladığı gün qeyd olunmaqla əmək müqaviləsi bağlayardım.
Keçmişi bilmədən gələcyi qurmaq olmaz. Məktəbin cari il və əvvəlki 3 illik nəticələri ilə tanış olardım.Uğurlu və uğursuz məqamları incəliklərinə qədər araşdırardım.Bu nəticələrdən yola çıxaraq məktəbimin illik fəaliyyət planını və 3 illik strateji planını hazırlayardım.
Bildiyimiz kimi məkəbin ali idrəetmə orqanı Pedaqoji Şuradır.Hazırladığım fəaliyyət planın pedaqoji şuranın səsverməsinə çıxardardım.Təklifləri və fikirləri nəzərə alaraq illik fəaliyyət planın təsdiq edərdim.
Hər bir məktəb müəyyən bir icmada yerləşir.Hər icmanın özünəməxsus yerli xarakterik xüsusiyyətləri olur.Məktəbin şagirdləri həmin icmandakıların övladaları olduğuna görə onları tanımaq, adətlərinə bələd olmaq lazımdır.İşə ümumməktəb alideyin iclası keçirməklə başlayardım.Valideyinlərlə tanış olar, onların istək və təkliflərin dinləyərdim.Məktəbin illik fəaliyyət planında əks olunmuş onlarla bağlı bəndləri diqqətlərinə çatdırardım.
Bütün bunları düzgün qurmuş direktor fikrimcə məktəbini irəliyə aparmağı bacaracaqdır.

 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?