Sinif rəhbəri / Direktor

Rayon (şəhər) təhsil şöbəsi şurası haqqında təlimat

  • Admin
  • 16-mar-2024, 16:25
  • 0 Baxış


I.Şuranın vəzifələri.


1.Şura rayon (şəhər) təhsil şöbəsi nəzdində yaradılan məşvərətçi orqandır. O, ictimai əsaslarla fəaliyyət göstərir.


2.Şuranın əsas vəzifələri aşağıdakılardır:


a)Azərbaycan Respublikası Prezidentinin, Milli Məclisin, Nazirlər Kabinetinin təhsil haqqındakı qərar və göstərişlərini, Təhsil Nazirliyinini normativ sənədlərini, kollegiya qərarları, əmr və təlimatlarını həyata keçirməkdə təhsil şöbəsinə köməklik göstərir;


b)Azərbaycan Respublikası Təhsil Qanununun həyata keçirilməsi, dövlətin təhsil və tərbiyə ilə bağlı vacib məsələlərinə, ən yaxşı təlim-tərbiyə müəssisələrinin, müəllimlərin, tərbiyəçilərin və digər işçilərin pedaqoji təcrübəsinin öyrənilməsinə, ümumiləşdirilməsinə və tətbiq edilməsinə dair əməli təkliflər verir;


v) dövlət və qeyri-dövlət müəssisələrini (assosiasiyalar, birliklər, şirkətlər. Xeyriyyə cəmiyyətləri və s.) ictimaiyyəti məktəblərə və digər təlim-tərbiyə müəssisələrinə maddi kömək üçün cəlb edir.


II.Şuranın işinin məzmunu.


3.Təhsil şöbəsi şurasının işinin məzmununa təlimatın 2-ci maddəsində göstərilən vəzifələrə uyğun olaraq əsasən aşağıdakı məsələlər daxil edilir;


a)uşaqların icbari təhsilinin həyata keçirilməsi, əsas təhsili başa vurmuş şagirdlərin maraqları üzrə öz təhsillərini ümumtəhsil məktəblərinin orta pilləsində davam etdirmələri üçün imkan yaradılması, işləyən yurddaşların orta təhsil ala bilməsi üçün ümumtəhsil məktəblıri bazasında axşam və qiyabi təhsilin genişləndirilməsi, xüsusi istedada malik şagirdlərin təhsillərini davam etdirmələri üçün geniş imkan və şəraitin təşkili, əqli və ya fiziki cəhətdən qüsurlu uşaqların təhsillə əhatə edilməsi;


b)məktəblərin və digər tədris müəssisələrinin tədris-maddi bazasının möhkəmləndirilməsi;


v) pedaqoji kadrların elmi-nəzəri səviyyəsini və pedaqoji-metodik hazırlığının yüksəldilməsi;


q) əhali arasında pedaqoji biliklərin təbliğ edilməsi;


 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?