Sinif rəhbəri / Direktor

Azərbaycan, rus və gürcü dillərində olan ümumtəhsil məktəblərinin tədris planlarına dair «Qeydlər»in təkmilləşdirilmiş variantı

  • Admin
  • 16-mar-2024, 15:54
  • 2 Baxış


I.Ümumi müddəalar


1.1.Bu «Qaydalar» 2002/2003-cü və sonrakı dərs illəri üçün əsas götürülür.

 

1.2.2002/2003-cü dərs ilində Azərbaycan Respublikasının təlim Azərbaycan, rus, gürcü dillərində aparılan ümumtəhsil məktəblərinin I-VIII, X-XI siniflərində dərs məşğələləri Təhsil Nazirliyinin 03 aprel 2000-ci il tarixli, 280 nömrəli əmri ilə təsdiq olunmuş müvafiq tədris planları, XI siniflərdə isə Təhsil Nazirliyinin 01.06.1994-cü il tarixli, 356 nömrəli əmri ilə təsdiq edilmiş tədris planları əsasında keçilir.

Bazis tədris planına tam keçid 2003/2004-cü dərs ilində başa çatır.

 

1.3.Bazis tədris planının tətbiqi ilə əlaqədar ayrı-ayrı fənlər nəzəri və təcrübi cəhətdən dərindən öyrənilən siniflərin açilmasına yol verilmir.

 

1.4.Müvafiq maddi-tədris baza, kadr potensialı, metodik təminat olduğu halda, şagirdlərin və valideynlərin arzusu nəzərə alınmaqla xarici dillərin II sinifdən tədrisinə icazə verilir. Bununla əlaqədar II-IV siniflərdə fakultativ, fərdi və qrup məşğələləri üçün nəzərdə tutulan saatlar rəsmi dərs saatları kimi cədvələ salınmaqla həmin fənnin tədrisinə ayrılır.

 

1.5.Bazis tədris planı ilə işləyən siniflərdə rus dili fənni xarici dil kimi nəzərdə tutulur.

 

1.6.Pedaqoci kadr olmadığı halda xarici dil tədris olunmayan təlim rus və gürcü dillərində aparılan ümumtəhsil məktəblərində xarici dilə ayrılan saatlar Azərbaycan dilinin tədrisinə verilir.

 

1.7.Xarici dil tədris olunmayan təlim Azərbaycan dilində aparılan ümumtəhsil məktəblərində həmin saatlar bölgənin (rayonun, şəhərin) tarixinin, coğrafiyasının, flora və faunasının öyrənilməsinə verilir.


Bunlara aid mövzular Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, biologiya fənlərinin daxilində keçilir. V sinifdə bölgənin coğrafiyasına, flora və faunasına aid proqram materialları təbiətşünaslıq fənninin daxilində tədris olunur.


Bölgənin tarixinin, coğrafiyasının, flora və faunasının öyrənilməsinə 0,5 saat da verilə bilər.


Həmin sahələr üzrə proqramlar ayrılmış saatların miqdarına görə müvafiq fənn müəllimləri tərəfindən işlənib hazırlanır və R(Ş)TŞ tərəfindən təsdiq olunur (Nümunə 1- 3).


 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?