İdarəetmə / Sinif rəhbəri / Direktor

65 yaşı tamam olmuş təhsil işçisi hansı halda işdə saxlanıla bilər?

  • Admin
  • 17-mar-2024, 16:01
  • 7 Baxış


Azərbaycan ümumtəhsil məktəblərində 65 yaşı yuxarı olan çoxlu müəllimlər çalışır. 

 

Ümumtəhsil məktəblərində kifayət qədər 65 yaşı tamam olmuş müəllim vardır. Bu ümumi müəllimlərin 10%-ni təşkil edir. 

 

Yaşı 65-ə çatmış müəllimlərin qanunvericiliyə uyğun olaraq fəaliyyətini davam etdirib-etdirməməsi Təhsil Nazirliyinin 15 iyul 2011-ci il tarixli 1404 nömrəli əmri ilə tənzimlənir.


Mövcud kriteriyalara gəlincə, bu meyarlar təhsil nazirinin əmrində açıq şəkildə göstərilir:


- son ildə haqqında intizam tənbehi tədbirlərinin tətbiq edilməməsi; 

- elmi dərəcə və ya elmi adının olması;

- dövlət təltifi ilə təltif edilməsi; 

- attestasiyadan 2 dəfə müvəffəqiyyətlə keçməsi;

- "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olması;

- müəssisədə ixtisaslı kadr olmadıqda və ya işçini başqa işçi ilə əvəz etmək mümkün olmadıqda; 

- səhhəti vəzifəsinin icrasına imkan verdiyi halda;

- işlədiyi kollektivdə və cəmiyyətdə nüfuza malik olması kimi tələblərdir.

 

Artıq dünya üzrə araşdırmalar göstərir ki, istənilən insan 50-55 yaşdan sonra beyində yorulmalar, zəifləmələr prosesi gedir. Bu səbəbdən də 65 yaşlı müəllim heç vaxt normal dərs keçə bilməz. Təbii ki, istisnalar mövcuddur. Digər tərəfdən 65 yaşlı müəllimlər hamısı Sovet təhsil sistemində təhsil alan müəllimlərdir. Azərbaycan isə bu gün Avropa təhsil sistemi ilə işləməyə üstünlük verir. 65 yaşlı müəllimlər yeni metodologiyaları normal mənimsəyə bilmirlər və yaxud da buna cəhd etmirlər.


 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?