AzEdu direktorların işə qəbulu ilə bağlı ilə hər kəsi maraqlandıran sualları cavablandırmaqda davam edir.
Son günlər direktorların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi keçirildiyinə görə bu mövzu daha aktualdır. Qaydalara əsasən, test imtahanı başa çatdıqdan sonra müsahibə mərhələsi keçirilir və namizədlərin yerləşdirilməsi aparılır. Müsahibə mərhələsindən sonra namizədlər ya təyinat alır, ya direktor təyin olunmur, ya da ehtiyat kadr siyahısına daxil edilirlər. Son zamanlar ən çox verilən suallar isə ehtiyat kadr siyahısına kimlərin və nəyə əsasən salınması ilə bağlıdır.
-Ehtiyat kadr siyahısına hansı şərti ödəməyən namizədlər salınır və bunun avantajları nələrdir?
Cavab:
AzEdu xəbər verir ki, əgər hansısa namizəd ehtiyat keçid balını toplayıb, lakin təyinat almayıbsa, ehtiyat kadr siyahısına daxil edilir. Müsahibədə keçid balını toplayan namizəd isə seçdiyi vakansiyalara daha yüksək ballı, daha uyğun namizədlərin təyin olunduğu və onun üçün seçiləcək başqa vakansiya olmadığı təqdirdə təyinat almaya bilər. Yəni, namizəd keçid balını toplasa da, seçdiyi vakansiyalara təyin olunmadığı halda ehtiyat kadr siyahısına daxil edilir.
Bunun müddəti isə 2 ildir. 2 il müddətində yaranan vakansiyalar onlara təklif oluna, təyinat ala bilərlər.
Bal toplamayanlar isə, ümumiyyətlə, direktor ola bilmirlər.
Ehtiyat kadr siyahısında olanlar indiyədək ya yerləşdirilib, ya da onlara təklif olunan yerlərdən imtina ediblər. Odur ki, hazırda ehtiyat kadr siyahısında təyinatını gözləyən namizəd yoxdur. Həmin siyahıda olan və təklif edilən yerlərdən imtina edənlər isə müsabiqəyə yenidən qatılmalıdırlar.