Məktəbdə direktor vəzifəsinə yeni kadr təyin olunduqda təhvil -təslim aktı imzalanır. Akta görə sabiq direktor bəzi sənədləri, əmr kitabçalarını və möhürləri təslim edir.
Sabiq direktorun təslim etməli olduğu sənədlərin siyahısı .
Məktəb üzrə bütün əmr kitabları; ( sıra ilə başlanma və bitmə tarixi göstərilməklə)
Pedaqoji Şuranın protokol kitabları; ( başlama və bitmə tarixləri göstərilməklə)
Müəsisənin dairəvi və dördkünc möhürləri;
Attestatların verilməsi haqqında qeydiyyat kitabı ; Bura daxildir tam, ümumi orta təhsil haqqında, xüsusi nümunəli, dublikat attestatlar daxildir.
Pedaqoji işçilərin uçotu kitabı;
Əmək kitabçaları və əmək müqavilələri; (işçilərin adla siyahısı üzrə)
Məktəbin texniki pasportu;
Sabiq və yeni direktorun vacib bildiyi digər kitab və ya kitablar; (məsələn xatirə kitabı və s.)
Qeyd edək ki,yeni direktor bu sənədləri təhvil aldıqdan sonra işə başlaya bilər. Digər lazımı sənədləri isə ayrı-ayrı məsul şəxslərdən əldə etməlidir.