Qrup işində müəllimin davranış qaydaları
Qrup işi zamanı qrupa nəzarət etməlidir.
Lazım gələrsə şagirdlərin işinə müdaxilə etməlidir.
Şagirdlərə yönəldici suallar verməli, onların işini istiqamətləndirməlidir.
Şagirdlərin suallarına cavab verməlidir
Çətinlik yarananda yardım etməlidir. Zəif( təlimdə geri qalan) şagirdlərə daha çox diqqət yetirməlidir.
Qiymətləndirməli və dəstəkləməlidir.
Qrup işində şagirdlərin davranış qaydaları
Qrup işi zamanı fəal olmalı;
Birgə işləmək , əməkdaşlıq etməli;
Öz fikrini sübut etməyi bacarmalı;
Digərlərinin fikrinə hörmətlə yanaşmalı;
Hər kəsə öz şəxsi fikrini söyləməyə imkan yaratmalı , təmkinli olmalı;
Yaxşı mənada rəqabət aparmalı;
Problemin həllində kompromis yollar axtarmalı;
Mövzu ətrafında danışmalı və vaxtdan səmərəli istifadə etməli;
İş zamanı sakitliyə riayət etməli;
Qrup işi şagirdin inkişafında böyük rol oynayır. Qrup işi zamanı təlim,tərbiyə və inkişaf sıx vəhdətdə olur.