.Azərbaycan Respublikasinin ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)
İnformatika fənni üzrə ümumi təlim nəticələri
İbtidai təhsil səviyyəsi ( I-IV siniflər) üzrə şagird:
•eynicinsli obyektlər qrupunda əşyanı artıq seçir, onları əlamətlərinə görə ayırır və müqayisə edir;
•hərəkətlər ardıcıllığında buraxılmış addımı müəyyən edir;
•qanunauyğunluqları müəyyən edir və onların əsasında modellər qurur;
•sadə riyazi alqoritmləır və layihələr tərtib edir;
•kompüterdə sadə əməliyyatları icra edir;
•qrafik redaktorda rəsmlər çəkir, onları redaktə edir, rəsmlərə mətn daxil edir,alqoritmlərdən istifadə edərək mozaikalar qurur;
•mətn redaktorunda sadə mətnlər yığır, redaktə edir və onlara rəsmlər daxil edir.
2. Məzmun xətləri üzrə təlim nəticələri
İbtidai təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri
İnformasiya və informasiya prosesləri
Şagird:
•ətraf aləmdəki informasiya proseslərinə aid misallar göstərir, onları əlamətlərinə görə qruplaşdırır və müqayisə edir;
•əşyalar arasında münasibətləri (oxşar, fərqli, az, çox, ağır, yüngül, böyük, kiçik) müəyyənləşdirir;
•informasiya, onun növləri, yaranma mənbələri haqqında bildiklərini nümayiş etdirir;
•informasiya proseslərinə aid nümunə göstərir;
•informasiyanın sadə təsviri üsullarını nümayiş etdirir;
•həyatda, insanların fəaliyyətində informasiyaların alınması, saxlanılması və ötürülməsini sadə misallar əsasında izah edir.
Formallaşdirma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma
Şagird:
•obyektin və ya hadisənin sadə xarakterik əlamətlərini müəyyənləşdirir, onları izah edir;
•ətraf aləmin obyektləri haqqında malik olduğu təsəvvürləri şərh edir;
•sadə obyektin informasiya modelini qurur;
•verilmiş sadə məsələnin həlli alqoritmini yazır;
•hərəkətlər ardıcıllığındı təsvir edır, buraxılmış addımı müəyyən edir.
Kompyuter, informasiya- kommunikasiya texnologiyalari və sistemləri
Şagird:
•kompyuterlə davranmağı və sadə əməliyyatları necə icra etdiyini nümayiş etdirir;
•informasiya daşıyıcıları ilə necə işləməyi nümayiş etdirir.
•mətn redaktorunda sadə mətnlər hazırlayır;
•qrafik redaktorda sadə təsvirlər yaradır.
Cəmiyyətin informasiyalaşdırılması
Şagird:
•informasiya resurslarını əlamət və təyinatına ğörə izah edir;
•internetin əhəmiyyətini və onun tətbiq sahələrini şərh edir.
3. Siniflər üzrə təlim nəticələri və məzmun standartları
I sinf
I sinfin sonunda şagird:
•sadə informasiyalar, informasiyaların təsvir formaları, informasiya mənbələri haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir;
•oxşar obyektlər sırasından əşyaları əlamətlərinə görə tanıdığını nümayiş etdirir;
•sadə hadisələr, hərəkətlər ardıcıllığını anladığını nümayiş etdirir;
•sadə məntiqi mühakimələri anladığını nümayiş etdirir.
•kompyuter haqqında sadə biliklərə malik olduğunu nümayiş etdirir;
•kompyuterdə sadə əməliyyatları icra edir;
•kompyuterdə sadə şəkillər və füqurlar çəkir;
•kompyuterdə sadə mətnlər yığır;
•cəmiyyətdə informasiya və informasiya vasitələrinin əhəmiyyətini anladığını nümayiş etdirir.
Məzmun xətləri üzrə əsas və alt standartlar
1. İnformasiya və informasiya prosesləri
Şagird:
1.1. Sadə informasiyalar, informasiyaların təsvir formaları, informasiya mənbələri haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir.
1.1.1. Verilmiş sadə informasiyaları şərh edir.
1.1.2. Sadə informasiyaları təsvir formalarına görə fərqləndirir.
1.1.3. İnformasiyadan istifadə üsullarını sadə formada izah edir.
1.1.4. Müxtəlif informasiya mənbələrinə aid nümunələr göstərir.
1.2. Oxşar obyektlər sırasından əşyaları əlamətlərinə görə tanıdığını nümayiş etdirir.
1.2.1. Verilmiş informasiya əlamətlərinə görə əşyaları fərqləndirir.
1.2.2. Verilmiş əşyanın əlamətlərini şərh edir.
1.2.3. İki və daha çox əşya arasında münasibətləri (oxşar, fərqli, az, çox, ağır, yüngül, böyük, kiçik, uzun, qısa, qarşıda, arxada, yuxarıda, aşağıda, sağda, solda, ortada) müəyyən edir.
2. Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma
Şagird:
2.1. Sadə hadisələr, hərəkətlər ardıcıllığını anladığını nümayiş etdirir.
2.1.1. Hadisələr, hərəkətlər ardıcıllığına aid nümunələr göstərir.
2.1.2. Sadə hərəkəti, hadisəni ardıcıllıq baxımından hissələrə ayırır.
2.1.3. Sadə hərəkətlər ardıcıllığını nümunələr əsasında izah edir.
2.2. Sadə məntiqi mühakimələri anladığını nümayiş etdirir.
2.2.1. "Doğru” və "yalan” mülahizələri fərqləndirir.
2.2.2. Sadə mühakimələrin inkarını qurur.
2.2.3. Təqdim olunanlar arasından mümkün hərəkət variantlarını göstərir.
3. Kompyuter, informasiya - kommunikasiya texnologiyaları və sistemləri
Şagird:
3.1. Kompyuter haqqında sadə biliklərə malik olduğunu nümayiş etdirir.
3.1.1. Kompyuterin əsas hissələrini ona tanış olan oxşar əşyalarla (televizor, telefon pultu) müqayisə edir.
3.1.2. Kompyuterlə iş prosesində tələb olunan ümumi təhlükəsizlik texnikası qaydalarını sadalayır.
3.1.3. Kompyuterin əsas hissələrinin təyinatını sadə formada izah edir.
3.2. Kompyuterdə sadə əməliyyatları icra edir.
3.2.1. Kompyuteri işə salır, sadə menyuları seçir, bağlayır.
3.2.2. Kompyuterin sadə qurğuları ilə (klaviatura və maus) davranır, onların düymələrindən istifadə edir.
3.2.3. Kompyuterdəki sadə proqramları (kalkulyator, bloknot, sadə qrafiki və mətn redaktorları, sadə oyunlar) işə salır və bağlayır.
3.2.4. Kalkulyator proqramında sadə hesab əməliyyatlarını yerinə yetirir.
3.2.5. Kompyuterdə oyun tipli sadə proqramlarla işləyir.
3.2.6. Kompyuterin sadə qurğuları ilə iş zamanı texniki təhlükəsizlik qaydalarına riayət edir.
3.3. Kompyuterdə sadə şəkillər və fiqurlar çəkir.
3.3.1. Alətlər qutusundakı sadə alətlərdən və rənglər qutusundakı rənglərdən istifadə bacarığı nümayiş etdirir.
3.3.2. Şəkil və fiqurların elementlərini çəkir.
3.3.3. Sadə şəkillər və fiqurlar (düz və əyri xətt, dördbucaqlı) çəkir.
3.3.4. Çəkdiyi şəkilləri yadda saxlayır.
3.3.5. Çəkdiyi şəkilləri iş masasında müxtəlif formalarda yerləşdirir.
3.4. Kompyuterdə sadə mətnlər yığır.
3.4.1. Kompyuterdə böyük, kiçik hərfləri, rəqəmləri və durğu işarələrini yığır.
3.4.2. Kompyuterdə söz və söz birləşmələrini yığır.
3.4.3. Kompyuterdə sadə mətnləri yığır.
3.4.4. Redaktə xarakterli sadə tapşırıqları yerinə yetirir.
4. Cəmiyyətin informasiyalaşdırılması
Şagird:
4.1. Cəmiyyətdə informasiya və informasiya vasitələrinin əhəmiyyətini anladığını nümayiş etdirir.
4.1.1. İnformasiya vasitələrini sadalayır.
4.1.2. İnformasiyanın əhəmiyyətini sadə formada şərh edir.
4.1.3. İnformasiya vasitələrinin rolunu izah edir.
II sinif
II sinfin sonunda şagird:
•informasiyalar, informasiyaların təsvir formaları, informasiya mənbələri haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir;
•obyektlər qrupundakı əşyaları əlamətlərinə görə tanıdığını nümayiş etdirir;
•sadə hadisələr, hərəkətlər ardıcıllığını anladığını nümayiş etdirir;
•sadə məntiqi mühakimələri anladığını nümayiş etdirir;
•kompyuter haqqında ümumi biliklərə malik olduğunu nümayiş etdirir;
•kompyuterdə əməliyyatları icra edir;
•kompyuterdə müxtəlif şəkillər çəkir;
•kompyuterdə mətnlər yığır;
•cəmiyyətdə informasiya proseslərinin əhəmiyyətini anladığını nümayiş etdirir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. İnformasiya və informasiya prosesləri
Şagird:
1.1. İnformasiyalar, informasiyaların təsvir formaları, informasiya mənbələri, informasiyanın ötürülməsi vasitələri haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir.
1.1.1. Cansız və canlı təbiətdəki informasiyalara aid misallar göstərir.
1.1.2. İnformasiyanın ötürülmə vasitələrini sadalayır.
1.1.3. Verilmiş informasiyaların təsvir formalarını və mənbələrini izah edir.
1.1.4. İnformasiya mübadiləsi prosesini sadə misallarla izah edir.
1.2. Obyektlər qrupundakı əşyaları əlamətlərinə görə tanıdığını nümayiş etdirir.
1.2.1. Müxtəlf obyektlər qrupundan oxşar və fərqli əşyaları seçir.
1.2.2. Müxtəlf obyektlər qrupundakı əşyaların oxşar və fərqli əlamətlərini izah edir.
1.2.3. Müxtəlif obyektlərin içərisindən oxşar əlamətlərinə görə əşyaları qruplaşdırır və adlandırır.
2. Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma
Şagird:
2.1. Sadə hadisələr, hərəkətlər ardıcıllığını anladığını nümayiş etdirir.
2.1.1. Şərh olunan hərəkətlər, hadisələr ardıcıllığını hissələrə ayırır.
2.1.2. Təbii hadisələrin başvermə ardıcıllığını nümunələr əsasında şərh edir.
2.1.3. Sadə hərəkətlər, hadisələr ardıcıllığında buraxılan səhvləri müəyyənləşdirir.
2.2. Sadə məntiqi mühakimələri anladığını nümayiş etdirir.
2.2.1. "Dogru”, "yalan”, "qeyri-müəyyən” mülahizələrə aid misallar göstərir.
2.2.2. Verilmiş mühakimələrin "doğru”, "yalan” və ya "qeyri-müəyyən” olduğunu müəyyənləşdirir.
2.2.3. Sadə və qısa yolları seçməklə hərəkət variantlarını müəyyənləşdirir.
3. Kompyuter, informasiya - kommunikasiya texnologiyaları və sistemləri
Şagird:
3.1. Kompyuter haqqında ümumi biliklərə malik olduğunu nümayiş etdirir.
3.1.1. Kompyuterin əsas hissələrinin təyinatını izah edir.
3.1.2. Kompyüterlə iş prosesində tələb olunan ümumi qaydaları və texniki təhlükəsizlik qaydalarını izah edir.
3.2. Kompyuterdə əməliyyatları icra edir.
3.2.1. Klaviatura və mausla iş üzrə sadə bacarıqlar nümayiş etdirir.
3.2.2. Kompyuterdə sadə əməliyyatları (proqram pəncərələrini açıb-baglamağı, bükməyi, böyüdüb-kiçiltməyi) iş prosesində icra edir.
3.2.3. Kompyuterdəki sadə proqramların (kalkulyator, bloknot, sadə qrafiki və mətn redaktorları, sadə oyunlar) idarəetmə panelində dəyişiklər edir.
3.2.4. Kalkulyator proqramında müvafiq hesab əməliyyatlarını yerinə yetirir.
3.2.5. Kompyuterdə oyun tipli proqramlarla işləyir.
3.2.6. Kompyuterdə müvafiq mərhələdə iş zamanı texniki əhlükəsizlik qaydalarına riayət edir.
3.3. Kompyuterdə müxtəlif şəkillər çəkir.
3.3.1. Alətlər qutusundakı əsas alətlərdən və rənglər qutusundakı rənglərdən istifadə bacarığı nümayiş etdirir.
3.3.2. Müxtəlif şəkillər və fiqurlar çəkir.
3.3.3. Çəkdiyi şəkil və fiqurlar üzərində sadə redaktə işlərini yerinə yetirir.
3.3.4. Çəkdiyi şəkillərə mətnlər daxil edir.
3.3.5.Kompyuterin yaddaşındakı şəkilləri ekrana çıxarır.
3.4. Kompyuterdə mətnlər yığır.
3.4.1. Müəllimin təklif etdiyi müvafiq mətni yığır.
3.4.2. Mətnlərdə hərflərin ölçüsünü, formasını, rəngini dəyişir.
3.4.3. Yığdığı mətnlərdə müvafiq redaktələr edir.
3.4.4. Yığdığı mətni kompyuterin yaddaşında saxlayır.
4. Cəmiyyətin informasiyalaşdırılması
Şagird:
4.1.Cəmiyyətdə informasiya proseslərinin əhəmiyyətini anladığını nümayiş etdirir.
4.1.1. İnformasiya mənbələrini sadalayır və onları fərqləndirir.
4.1.2. İnformasiya proseslərini və onların əhəmiyyətini sadə formada izah edir.
4.1.3. İnformasiya vasitələrinin tətbiq sahələrini nümunələr əsasında şərh edir.
III sinif
III sinfin sonunda şagird:
•informasiyalar, informasiyaların təsvir formaları, informasiya mənbələri, informasiyanın ötürülməsi vasitələri haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir;
•obyektlər qrupundakı əşyaları əlamətlərinə görə tanıdığını nümayiş etdirir;
•hərəkətlər ardıcıllığını söz və işarələrlə təsvir etmək (alqoritmləşdirmək) bacarığı nümayiş etdirir;
•məntiqi mühakimələri anladığını nümayiş etdirir;
•kompyuter haqqında ümumi biliklərə malik olduğunu nümayiş etdirir;
•kompyuterdə əməliyyatları icra edir;
•kompyuterdə müxtəlif şəkillər çəkir;
•kompyuterdə mətnlər yığır4
•cəmiyyətin inkişafında informasiya prosesləri və informasiya texnologiyalarının əhəmiyyətini anladığını nümayiş etdirir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. İnformasiya və informasiya prosesləri
Şagird:
1.1. İnformasiyalar, informasiyaların təsvir formaları, informasiya mənbələri, informasiyanın ötürülməsi vasitələri haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir.
1.1.1. Təbiət və cəmiyyətdəki informasiyalara, informasiya proseslərinə aid nümunələr göstərir.
1.1.2. Təbiət və cəmiyyətdəki informasiyaların qarşılıqlı əlaqəsini nümunələrlə izah edir.
1.1.3. Müvafiq şəraitə uyğun informasiyanın müxtəlif ötürülmə vasitələrini seçir.
1.1.4. Təbiət və cəmiyyətdəki informasiyaların oxşar və fərqli cəhətlərini izah edir.
1.2. Obyektlər qrupundakı əşyaları əlamətlərinə görə tanıdığını nümayiş etdirir.
1.2.1. Obyektlər qrupundakı əşyaların ümumi əlamətlərini müəyyən edir.
1.2.2. Oxşar obyektlər qrupundakı əşyaların ümumi əlamətlərini izah edir.
1.2.3. Qrupdakı obyektlərin əlamətlərini kəmiyyət baxımından müəyyən edir.
2. Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma
Şagird:
2.1. Hərəkətlər ardıcıllığını söz və işarələrlə təsvir etmək (alqoritmləşdirmək) bacarığı nümayiş etdirir.
2.1.1. Hərəkəti, hərəkətlər ardıcıllığını söz və işarələrlə təsvir etməyin mümkünlüyünü izah edir.
2.1.2. Söz, işarə və sadə sxemlərlə təsvir edilmiş hərəkət fəaliyyətini təqdim edir.
2.1.3. Sadə hərəkət fəaliyyətini (xətti, budaqlanan və dövri) icra edir.
2.2. Məntiqi mühakimələri anladığını nümayiş etdirir.
2.2.1. "Hamısı”, "heç biri”, "bəzisi” sözləri daxil olan mülahizələr söyləyir.
2.2.2. Məqsədəuyğun yolu müəyyənləşdirmək üçün müxtəlif variantlar seçir.
2.2.3. Verilmiş informasiya əsasında obyekti təsvir edir.
3. Kompyuter, informasiya - kommunikasiya texnologiyaları və sistemləri
Şagird:
3.1. Kompyuter haqqında ümumi biliklərə malik olduğunu nümayiş etdirir.
3.1.1. Kompyuterin əsas qurğularının (klaviatura, maus, monitor, sistem bloku) funksiyalarını ümumi şəkildə şərh edir.
3.1.2. Kompyuterin əsas qurğuları ilə iş zamanı tələb olunan ümumi qaydaları və texniki təhlükəsizlik qaydalarını izah edir.
3.2. Kompyuterdə əməliyyatları icra edir.
3.2.1. Klaviatura və mausla işləmək bacarıqları nümayiş etdirir.
3.2.2. Kompyuterdə zəruri əməliyyatları (iş masasında qovluq yaratmaq, hesablamalar aparmaq, proqram pəncərəsinin elementləri ilə iş) icra edir.
3.2.3. Əlavə məlumatlar almaq üçün kompyuterdəki sadə proqramların (kalkulyator, bloknot, sadə qrafiki və mətn redaktorları, sadə oyunlar) arayış menyusundan istifadə edir.
3.2.4. Kompyuterin yaddaşından istifadə etməklə kalkulyator proqramında sadə hesab əməliyyatlarını yerinə yetirir.
3.2.5. Kompyuterdə sadə öyrədici tipli proqramlarla işləyir.
3.2.6. Müvafiq mərhələdə iş zamanı texniki təhlükəsizlik qaydalarına riayət edir.
3.3. Kompyuterdə müxtəlif şəkillər çəkir.
3.3.1. Alətlər qutusundakı alətlərdən istifadə bacarığı nümayiş etdirir.
3.3.2. Rənglər qutusunda yeni rəng çalarları yaradır.
3.3.3. Şəkil çəkilən səhifənin müvafiq parametrlərini müəyyənləşdirir.
3.3.4. Müxtəlif şəkillərin (mozaikalar, naxışlar) çəkilməsində müvafiq əməliyyatları (fraqmentlər kəsib götürmək və ya surətini çıxarmaq) yerinə yetirir.
3.3.5. Çəkdiyi şəkilləri çap etmək üçün müvafiq parametrləri müəyyənləşdirir.
3.4. Kompyuterdə mətnlər yığır.
3.4.1. Yığdığı və ya hazır mətnlər üzərində müvafiq əməliyyatları (mətnin bir hissəsini kəsib götürmək, surətini çıxarmaq, mətnə şəkillər daxil etmək, zəruri hallarda müəyyən sözləri tapıb yenisi ilə əvəz etmək) yerinə yetirir.
3.4.2. Müxtəlif mətnlərdən istifadə etməklə yeni mətn (mətnlər) yaradır.
3.4.3. Mətn yığılan səhifənin müvafiq parametrlərini müəyyənləşdirir.
3.4.4. Sadə formatlaşdırma bacarıqları nümayiş etdirir.
4. Cəmiyyətin informasiyalaşdırılması
Şagird:
4.1. Cəmiyyətin inkişafında informasiya prosesləri və informasiya texnologiyalarının əhəmiyyətini anladığını nümayiş etdirir.
4.1.1. Ətraf aləmdəki informasiya mübadiləsinin əhəmiyyətini sadə nümunələrlə izah edir.
4.1.2. Müvafiq mərhələdə istifadə etdiyi kompyuter proqramlarının əhəmiyyətini izah edir.
4.1.3.İnternetdən istifadə etməklə informasiya əldə edir.
IV sinif
IV sinfin sonunda şagird:
•informasiyalar, informasiyaların təsvir formaları, informasiya mənbələri, informasiyanın ötürülməsi vasitələri haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir;
•obyektlər qrupundakı əşyaları əlamətlərinə görə tanıdığını nümayiş etdirir;
•sadə alqoritmləri anladığını nümayiş etdirir;
•məntiqi mühakimələri anladığını nümayiş etdirir;
•kompyuter haqqında ümumi biliklərə malik olduğunu nümayiş etdirir;
•kompyuterdə əməliyyatları icra edir;
•kompyuterdə müxtəlif şəkillər çəkir;
•kompyuterdə mətnlər yığır;
•cəmiyyətin inkişafında informasiya prosesləri və informasiya texnologiyalarının əhəmiyyətini anladığını nümayiş etdirir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. İnformasiya və informasiya prosesləri
Şagird:
1.1. İnformasiyalar, informasiyaların təsvir formaları, informasiya mənbələri, informasiyanın ötürülməsi vasitələri haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir.
1.1.1. Cəmiyyətdə və texniki sahələrdəki informasiyaya, informasiya proseslərinə aid nümunələr göstərir.
1.1.2. Cəmiyyətdə və texniki sahələrdəki informasiyaların qarşılıqlı əlaqəsini nümunələrlə izah edir.
1.1.3. İnformasiya ötürülməsinin müxtəlif üsul və vasitələrini şərh edir.
1.1.4. Müvafiq şəraitə uyğun informasiyanın ötürülməsi vasitələrindən istifadə edir.
1.2. Oyektlər qrupundakı əşyaları əlamətlərinə görə tanıdığını nümayiş etdirir.
1.2.1.Müxtəlif qrupdakı əşyaları əlamətlərinə görə ümumiləşdirir.
1.2.2. Obyektlər qrupundan olan əşyaların əlamətlərini cədvəl şəklində təqdim edir.
1.2.3. Qrupdakı obyektlərin əlamətlərini keyfiyyət baxımından izah edir.
2. Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma
Şagird:
2.1. Sadə alqoritmləri anladığını nümayiş etdirir.
2.1.1. Alqroritmin, alqroritmləşdirmənin mahiyyətini və təyinatını sadə formada izah edir.
2.1.2. Xətti və budaqlanan alqoritmləri sadə nümunələrlə izah edir.
2.1.3. Dövri alqoritmləri sadə nümunələrlə nümayiş etdirir.
2.2. Məntiqi mühakimələri anladığını nümayiş etdirir.
2.2.1. Verilmiş mülahizələri "əgər – onda, əks halda” məntiqi ilə təsvir edir.
2.2.2. Verilmiş vəziyyət və situasiyalarda "əgər – onda, əks halda” qaydası ilə sadə ardıcıllıqlar qurur.
2.2.3. Verilmiş "və”, "və ya” "deyil” mülahizələrinə uyğun olaraq sxemlər tərtib edir.
3. Kompyuter, informasiya - kommunikasiya texnologiyaları və sistemləri
Şagird:
3.1. Kompyuter haqqında ümumi biliklərə malik olduğunu nümayiş etdirir.
3.1.1. Kompyuterin əsas və əlavə (printer, kolonkalar, mikrofon) qurğularını və onların funksiyalarını şərh edir.
3.1.2. Kompyuterin əsas və əlavə qurğuları ilə iş zamanı tələb olunan ümumı qaydaları və təhlükəsizlik qaydalarını izah edir.
3.2. Kompyuterdə əməliyyatları icra edir.
3.2.1. Printerlə işləmək bacarıqları nümayiş etdirir.
3.2.2. Kompyuterdə müvafiq əməliyyatları (faylları yadda saxlamaq, fayl və qovluqların adını dəyişdirmək, onları silmək, çap etmək) icra edir.
3.2.3. Kompyuterdəki sadə proqramların bütün menyularından istifadə edir.
3.2.4. Kalkulyator proqramında müvafiq əməliyyatları yerinə yetirir.
3.2.5. Kompyuterdə öyrədici tipli proqramlarla iş bacarığı nümayiş etdirir.
3.2.6. Müvafiq mərhələdə iş zamanı texniki təhlükəsizlik qaydalarına riayət edir.
3.3. Kompyuterdə müxtəlif şəkillər çəkir.
3.3.1. Müxtəlif şəkillərin çəkilməsində müvafiq əməliyyatları (digər şəkillərdən fraqmentlər kəsib götürmək və ya surətini çıxarmaq) yerinə yetirir.
3.3.2. Verilmiş rəsmləri, mozaikaları, sadə naxışları qurur, onlara müxtəlif formalarda mətnlər daxil edir.
3.3.3. Çəkdiyi şəkillərin atributlarını dəyişir.
3.3.4. Çəkdiyi şəkilləri müxtəlif formalara salmaqla nümayiş etdirir.
3.3.5. Çəkdiyi şəkillərdən istifadə etməklə layihələr hazırlayır.
3.4. Kompyuterdə mətnlər yığır.
3.4.1. Müəllimin diktəsi ilə kompyuterdə mətn yığır.
3.4.2. Yığdığı mətndə formatlaşdırma elementlərini (mətni səhifələmək, mətni müxtəlif formalara salmaq, mətnə marker qoymaq, abzası müəyyənləşdirmək) tətbiq edir.
3.4.3. Mətni çap etmək üçün müvafiq parametrləri müəyyənləşdirir.
3.4.4. Yaddaşdakı hazır mətnlərlər üzərində redaktə edir.
4. Cəmiyyətin informasiyalaşdırılması
Şagird:
4.1. Cəmiyyətin inkişafında informasiya prosesləri və informasiya texnologiyalarının əhəmiyyətini anladığını nümayiş etdirir.
4.1.1. Müvafiq mərhələdə informasiya prosesləri və texnologiyalarının tətbiq sahələrini və əhəmiyyətini şərh edir.
4.1.2. Cəmiyyətdə informasiya mübadiləsinin əhəmiyyəti barədə kiçik təqdimatlar edir.
4.1.3. İnternet vasitəsilə əldə etdiyi informasiyalardan istifadə edir.
1. Həyat bilgisi fənni üzrə ümumi təlim nəticələri
İbtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə şagird:
•öz hüquqlarını dərk etməsini, başqalarının hüquq və azadlıqlarına hörmətlə yanaşmasını, insanlara, təbiətə, ekologiyaya həssas və qayğıkeş münasibət bəsləməsini nümayiş etdirir, həmin məsələlərlə bağlı şəxsi fikirlərini bildirir;
•insan həyatının və sağlamlığının qorunması ilə bağlı ən zəruri təhlükəsizlik qaydalarını izah edir;
•mənəvi keyfiyyətləri (düzlük, ədalətlilik, humanistlik, rəhmlilik) mahiyyəti barədə mülahizələrini şəxsi həyatında bu keyfiyyətlərə əməl etdiyini nümayiş etdirir;
•iqtisadi biliklərdən məişətdə istifadə edir;
•təbiət hadisələri üzərində müşahidələr aparır və onlara münasibət bildirir;
•cəmiyyətdə baş verən hadisələri, insan-təbiət, insan-cəmiyyət münasibətlərini öz yaş səviyyəsinə uyğun şərh edir.
2. Məzmun xətləri üzrə təlim nəticələri
İbtidai təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri
Təbiət və biz
Şagird:
•özünü təbiətin bir parçası kimi görə bilir;
•təbiəti öyrənmənin əhəmiyyətini anlayır;
•bilmədiklərini, yarımçıq bildiklərını və bildiklərini ayırd edir;
•təbiətlə təmasda qazandığı bilik və bacarıqlardan faydalana bilir;
• insan bədəninin quruluşunu və əsas orqanlarının fəaliyyətini sadə şəkildə izah edir;
•yaşadığı ərazinin ekoloji vəziyyətini yaxşılaşdırmaq məqsədilə sadə layihələr hazırlayıb təqdım edir;
•yaşadığı ərazinin və Azərbaycan təbiətinin sadə coğrafi təsvirini verir.
Fərd və cəmiyyət
Şagird:
•insanı sosial varllıq kimi xarakterizə edə bilir;
•insanların fərqli icmalarda formalaşdığını bilir və bu fərqliliklərə tolerant yanaşır;
•istifadə etdiyi resurslara qənaətlə yanaşmanı ailə və dövlət büdcələrinə qənaətlə əlaqə¬ləndirə bilir;
•birlikdə çalışmanın faydasın anlayır, müəyyən məsələlərin həllı üçün yoldaşları ilə qrup yarada bilir;
•dövlət, onun atributları və quruluş formaları haqqında ilkin biliklərə sahib olduğunu nümayiş etdirir;
•öz hüquqlarını bilir, onlardan istifadə edir, başqalarının hüquqlarına hörmətlə yanaşır.
Mənəviyyat
Şagird:
•insanlararası ünsiyyət etiketlərnə şüurlu şəkildə əməl edir, etiketə zidd davranışlara tənqidi münasibət bildirir;
•qazandığı mənəvi keyfiyyətləri ailədə, məktəbdə və cəmiyyətdə öz hərəkət və davra¬nışları ilə nümayiş etdirir;
•dünyanın yaranması ilə bağlı əsas elmi və dini dünyagörüşləri bilir;
•dinlərin təbliğ etdiyi mənəvi dəyərləri anlayır və onları xurafatlardan ayırd edə bilir;
Sağlamlıq və təhlükəsizlik
Şagird:
•sağlamlığı və onun mühafizəsi ilə bağlı bəzi məsələlərdə məsuliyyəti öz üzərinə götürür;
•sağlam həyat tərzinə zidd olan zərərli vərdişləri tanıyır;
•yol nişanlarından istifadə etməklə küçədə sərbəst hərəkət edir;
•həyat fəaliyyətinin təhlükəsizliyini təhdid edən amilləri tanıyır və öyrəndiyi təhlükəsizlik qaydalarına gündəlik həyatında əməl edir;
•fövqəladə hallarda fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etməyi bacarır.
3. Siniflər üzrə təlim nəticələri və məzmun standartları
I sinif
I sinfin sonunda şagird:
•müşahidə etdiyi varlıqların və təbiət hadisələrinin mahiyyətini anladığını nümayiş etdirir;
•sadə coğrafi bilik və bacarıqlara malik olduğunu nümayiş etdirir;
•canlılar aləmi haqqında təsəvvürlərə malik olduğunu nümayiş etdirir;
•ekoloji bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir;
•insanı sosial varlıq kimi dərk etdiyini nümayiş etdirir;
•sadə iqtisadi bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir;
•dövlət rəmzlərini tanıdığını nümayiş etdirir;
•hüquqi mədəniyyətə malik olduğunu nümayiş etdirir;
•ünsiyyət mədəniyyəti haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir;
•insan mənəviyyatını şərtləndirən amilləri anladığını nümayiş etdirir;
•mənəviyyatın formalaşmasında dinin rolunu anladığını nümayiş etdirir;
•mənəvi borc haqqında təsəvvürlərə malik olduğunu nümayiş etdirir;
•sağlamlığın mühafizəsi və sağlam həyat tərzi haqqına bilik və bacarıqlara malik olduğunu nümayiş etdirir;
•həyat və sağlamlıq üçün təhlükə törədən mənbə və obyektləri tanıyır;
•fövqəladə hallar barəsində ilkin təsəvvürlərə malik olduğunu nümayiş etdirir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Təbiət və biz
Şagird:
1.1. Müşahidə etdiyi varlıqların və təbiət hadisələrinin mahiyyətini anladığını nümayiş etdirir.
1.1.1. Varlıqları, hadisələri sadə şəkildə təsvir edir.
1.1.2. Varlıqları, hadisələri xarakterik əlamətlərinə görə fərqləndirir.
1.2. Sadə coğrafi bilik və bacarıqlara malik olduğunu nümayiş etdirir.
1.2.1. Coğrafi obyektləri (dağ, təpə, dərə, düzənlik, çay, göl) əlamətlərinə görə fərqləndirir.
1.2.2. Yaşadığı ərazinin sadə coğrafi təsvirini verir.
1.3. Canlılar aləmi haqqında təsəvvürlərə malik olduğunu nümayiş etdirir.
1.3.1. Canlılar aləminə aid olan varlıqları (bitki, heyvan, insan) tanıyır.
1.3.2. Canlıların yaşamasını şərtləndirən amilləri sadalayır.
1.4. Ekoloji bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir.
1.4.1. Ətraf mühitin (evin, sinifin, həyətin, havanın, suyun) təmiz saxlanmasının vacibliyini sadə şəkildə şərh edir.
2. Fərd və cəmiyyət
Şagird:
2.1. İnsanı sosial varlıq kimi dərk etdiyini nümayiş etdirir.
2.1.1. "Fərd”, "ailə” və "kollektiv” anlayışları barədə təsəvvürlərini bildirir.
2.1.2. Birgə fəaliyyətin faydasını nümunələr əsasında izah edir.
2.1.3. Ailədə və kollektivdə üzərinə düşən vəzifələri sadalayır.
2.2. Sadə iqtisadi bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir.
2.2.1. Gün rejimi haqqında təsəvvürlərini sadə şəkildə ifadə edir.
2.2.2. "Büdcə” anlayışını sadə şəkildə izah edir.
2.2.3. Azərbaycan Respublikasının pul nişanlarını tanıyır.
2.3. Dövlət rəmzlərini tanıdığını nümayiş etdirir.
2.3.1. Azərbaycan Respublikasının Dövlət rəmzlərini sadə şəkildə izah edir.
2.4. Hüquqi mədəniyyətə malik olduğunu nümayiş etdirir.
2.4.1. Məktəbin daxili nizam-intizam qaydalarını sadalayır.
2.4.2. Şagird hüquqlarını sadalayır.
3. Mənəviyyat
Şagird:
3.1. Ünsiyyət mədəniyyəti haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir.
3.1.1. İnsanlararası ünsiyyət etiketlərinə (salamlaşmaq, özünütəqdim, müraciət, müraciətə cavab, xudahafizləşmək) əməl edir.
3.1.2. Etiketdənkənar davranışları fərqləndirir.
3.2. İnsan mənəviyyatını şərtləndirən amilləri anladığını nümayiş etdirir.
3.2.1. Şəxsiyyəti formalaşdıran mənəvi keyfiyyətləri (düzlük, doğruçuluq, çalışqanlıq, səmimilik) sadə şəkildə şərh edir.
3.2.2. Mənəviyyata zidd xüsusiyyətlərə(yalançılıq, paxıllıq, xəbərçilik) münasibət bildirir.
3.3. Mənəviyyatın formalaşmasında dinin rolunu anladığını nümayiş etdirir.
3.3.1. Təsvirlərdə dini rəmzləri (ibadətgahlar, nişanlar, dini kitablar, əşyalar) fərqləndirir.
3.3.2. Dinlər haqqında ilkin təsəvvürlərini sadə şəkildə izah edir.
3.4. Mənəvi borc haqqında təsəvvürlərə malik olduğunu nümayiş etdirir.
3.4.1. Mənəvi borc (böyüklərə hörmət, kiçiklərə və xəstələrə qayğı) haqqında təsəvvürlərini ifadə edir.
4. Sağlamlıq və təhlükəsizlik
Şagird:
4.1. Sağlamlığın mühafizəsi və sağlam həyat tərzi haqqında bilik və bacarıqlara malik olduğunu nümayiş etdirir.
4.1.1. Sağlam həyat tərzinin şərtlərini (təmizkarlıq, düzgün qidalanma, yuxu və istirahət) sadalayır.
4.1.2. Hava durumuna uyğun geyim seçiminin əhəmiyyətini sadə formada əsaslandırır.
4.2. Həyat və sağlamlıq üçün təhlükə törədən mənbələrə dair bilik və bacarıqlar nümayiş etdirir.
4.2.1. Həyat və sağlamlıq üçün təhlükə törədə bilən məişət alət və avadanlıqlarını (elektrik və qaz cihazları, alışdırıcı, kəsici və deşici alətlər) sadalayır.
4.2.2. Ətrafdakı şübhəli əşyalara toxunmağın və tanımadığı insanlarla ünsiyyətin təhlükəsini izah edir.
4.2.3. Sadə yol hərəkət qaydalarını (səki və yolun kənarı ilə hərəkət etmək, sfetoforun işarələrinə əməl etmək) sadalayır.
4.2.4. Nəqliyyat vasitələrini (lift, eskalator, avtomobil, avtobus, qatar, gəmi, təyyarə) tanıyır.
4.3. Fövqəladə hallar barəsində ilkin təsəvvürlərə malik olduğunu nümayiş etdirir.
4.3.1. Təbii fövqəladə hadisələri (daşqın, subasma, qasırğa, ildırım, zəlzələ, torpaq sürüşməsi, qar uçqunu) və texnogen qəzaları (partlayış, yanğın, böyük nəqliyyat qəzası, ətraf mühitin zəhərli maddələrlə çirklənməsi) təsvirlərdə tanıyır.
4.3.2. Mülki-müdafiə siqnallarını və qəzalardan mühafizə vasitələrini (əleyhqaz, respirator, yanğınsöndürmə balonu, su, qum) tanıyır.
4.3.3. Yerli şəraitə uyğun süni yaradılmış ekstremal vəziyyətlərdə su, qum, respiratordan istifadə bacarıqları nümayiş etdirir.
II sinif
II sinfin sonunda şagird:
•varlıq və hadisələri xarakterik əlamətlərinə görə qruplaşdırır və müvafiq avadanlıqlardan sərbəst istifadə edir;
•coğrafi obyektlərin (dağ, təpə, dərə, düzənlik, çay, göl) yaranma səbəblərini izah edir;
•canlılar aləminə aid olan varlıqları spesifik xüsusiyyətlərinə görə fərqləndirir;
•ətraf mühiti çirkləndirən mənbələri şərh edir;
•"ailə” və” kollektiv” anlayışlarını , özünün ailədə və kollektivdəki vəzifələrini şərh edir;
•şəxsi büdcəsini tərtib edir və müvafiq hesablamalar aparır;
•dövlətin əlamətlərini tanıdığını nümayiş etdirir;
•məktəbdaxili nizam-intizam qaydalarını izah edir;
•özünün və yoldaşlarının hüquqlarını bilir;
•insanlararası ünsiyyət etiketlərinə dair bilik və bacarıqlarını nümayiş etdirir;
•şəxsiyyəti formalaşdıran mənəvi keyfiyyətlərə münasibət bildirir;
•mənəviyyatın formalaşmasında dinin rolunu izah edir;
•müxtəlif dinlərin ümumi cəhətlərini şərh edir;
•insanlara qayğı göstərməyin mənəvi borc olması barədə fikirlərini şərh edir;
•mənəvi borc haqqında təsəvvürlərə malik olduğunu nümayiş etdirir;
•sağlam həyat tərzi və yoluxucu xəstəliklər barədə fikirlərini şərh edir;
•məişətdə və ətraf mühitdə insan sağlamlığı üçün zəruri olan təlükəsizlik qaydalarını izah edir;
•təbii və texnogen qəzalardan mühafizə vasitələrini bilir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Təbiət və biz
Şagird:
1.1. Müşahidə etdiyi varlıqların və təbiət hadisələrinin mahiyyətini anladığını nümayiş etdirir.
1.1.1. Varlıqları, hadisələri xarakterik əlamətlərinə görə qruplaşdırır.
1.1.2. Varlıq və hadisələri öyrənmək üçün müvafiq avadanlıqlardan sərbəst istifadə edir.
1.1.3. Suyun təbiətdə dövranını sadə şəkildə təsvir edir.
1.2. Sadə coğrafi bilik və bacarıqlara malik olduğunu nümayiş etdirir.
1.2.1. Coğrafi obyektlərin (dağ, təpə, dərə, düzənlik, çay, göl) yaranma səbəblərini izah edir.
1.2.2. Üfüqün cəhətlərini təyin edir.
1.3. Canlılar aləmi haqqında təsəvvürlərə malik olduğunu nümayiş etdirir.
1.3.1. Canlılar aləminə aid olan varlıqları (bitki, heyvan, insan) təsvir edir.
1.3.2. Tanıdığı canlıları spesifik xüsusiyyətlərinə görə fərqləndirir.
1.4. Ekoloji bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir.
1.4.1. Ətraf mühiti çirkləndirən mənbələri ayırd edir.
1.4.2. Təqdim olunmuş materiallarda ətraf mühitə münasibəti qiymətləndirir.
2. Fərd və cəmiyyət
Şagird:
2.1. İnsanı sosial varlıq kimi dərk etdiyini nümayiş etdirir.
2.1.1.” Fərd”, "ailə” və” kollektiv” anlayışlarını fərqləndirir.
2.1.2. Özünün və yoldaşlarının kollektiv daxilindəki fəaliyyətinə münasibət bildirir.
2.1.3. Ailədə və kollektivdə vəzifələrin əhəmiyyətini izah edir.
2.2. Sadə iqtisadi bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir.
2.2.1. Gün rejiminin nümunəsində vaxtdan səmərəli istifadə etdiyini nümayiş etdirir.
2.2.2. Verilmiş şərtlərə uyğun şəxsi büdcəsini tərtib edir.
2.2.3. Milli pulla müvafiq hesablamalar aparır.
2.3. Dövlət rəmzlərini tanıdığını nümayiş etdirir.
2.3.1. Dövlətin əlamətlərini (ərazi, ordu, milli pul, rəhbər, paytaxt) tanıyır.
2.4. Hüquqi mədəniyyətə malik olduğunu nümayiş etdirir.
2.4.1. Məktəbin daxili nizam-intizam qaydalarının mahiyyətini sadə formada izah edir.
2.4.2. Özünün və yoldaşlarının hüquqlarının pozulması hallarına münasibət bildirir.
3. Mənəviyyat
Şagird:
3.1. Ünsiyyət mədəniyyəti haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir.
3.1.1. İnsanlararası ünsiyyət etiketlərinə (yoldaşını təqdim etmək, hal-əhval tutmaq, təbrik etmək, kömək təklif etmək) əməl edir.
3.1.2. Etiketdənkənar davranışlara tənqidi münasibət bildirir.
3.2. İnsan mənəviyyatını şərtləndirən amilləri anladığını nümayiş etdirir.
3.2.1. Şəxsiyyəti formalaşdıran mənəvi keyfiyyətləri (mərhəmət, ailəyə və Vətənə məhəbbət, düşmənə nifrət, səhvini etiraf etmək) şərh edir.
3.2.2. Mənəviyyata zidd xüsusiyyətlərə (kin, nifrət, laqeydlik) münasibət bildirir.
3.3. Mənəviyyatın formalaşmasında dinin rolunu anladığını nümayiş etdirir.
3.3.1. Nümunələr əsasında müxtəlif dinlərin mövcudluğunu izah edir.
3.3.2. Dinlərin ümumi cəhətlərini izah edir.
3.4. Mənəvi borc haqqında təsəvvürlərə malik olduğunu nümayiş etdirir.
3.4.1. Mənəvi borc (dəstək olmaq, mərhəmət, şəfqət və yardım göstərmək) haqqında biliklərini izah edir.
4. Sağlamlıq və təhlükəsizlik
Şagird:
4.1. Sağlamlığın mühafizəsi və sağlam həyat tərzi haqqında bilik və bacarıqlara malik olduğunu nümayiş etdirir.
4.1.1. Sağlam həyat tərzi haqqında mülahizələrini şərh edir.
4.1.2. Yoluxucu xəstəliklərdən (qrip, angina) qorunma yollarını sadə formada şərh edir.
4.2. Həyat və sağlamlıq üçün təhlükə törədən mənbə və obyektləri tanıyır və nəzərə alır.
4.2.1. Məişətdə istifadə olunan qaz və elektrik avadanlıqlarının, habelə alışdırıcı, deşici və kəsici alətlərin hansı hallarda təhlükə mənbəyinə çevrildiyini sadə formada təsvir edir.
4.2.2. Ətrafda həyat üçün təhlükəli olan yer və obyektləri (gəzinti qadağan olunan yerlər, elektrik və qaz qurğuları) sadalayır.
4.2.3. Zəruri yol hərəkət qaydalarını (piyada keçid nişanları olan və olmayan yerlərdə) izah edir.
4.2.4. Nəqliyyat vasitələrində (lift, eskalator, avtomobil, avtobus, qatar) təhlükəsizlik qaydalarını (minmək, düşmək, pəncərədən boylanmamaq, qolunu çıxarmamaq, sallanmamaq) izah edir.
4.3. Fövqəladə hallar barəsində ilkin təsəvvürlərə malik olduğunu nümayiş etdirir.
4.3.1. Fövqəladə halları əlamətlərinə görə (təbii, texnogen) fərqləndirir.
4.3.2. Qəzalardan mühafizə vasitələrini təyinatına görə izah edir.
4.3.3. Yerli şəraitə uyğun süni yaradılmış ekstremal vəziyyətlərdə (zəlzələ, subasma, yanğın, partlayış təhlükəsi zamanı həyəcan siqnalı) özünümühafizə bacarıqları nümayiş etdirir.
III sinif
III sinfin sonunda şagird:
•varlıq və hadisələr arasındakı əlaqələri şərh edir, maddələrin və hadisələrin təbiətini öyrənmək üçün kiçik təcrübələr aparır və nəticələri izah edir;
•coğrafi obyektləri əlamətlərinə görə fərqləndirir;
•sadə əşyaların və evinin planını çəkir;
•canlılar arasındakı əlaqəni, ətraf aləmin dərk edilməsində duyğu orqanlarının rolunu izah edir;
•ətraf mühitin sağlamlaşdırılmasında bitki örtüyünün rolunu izah edir;
•təbiətimizin qorunmasında Azərbaycan dövlətinin rolunu izah edir;
•"cəmiyyət” anlayışı və onun tərkibi barədə fikirlərini şərh edir;
•mövcud resurslardan (ərzaq, su, qaz, elektrik enerjisi) qənaətlə istifadə, "gəlir”, "xərc” və ”büdcə” anla¬yışları barədə fikirlərini şərh edir, ailə büdcəsini tərtib edir;
•"qayda” və "qanun” anlayışlarının fərqini izah edir;
•uşaq hüquqları haqqında müvafiq sənədləri sadalayır;
•ünsiyyət zamanı nəzakət qaydalarına əməl edir;
•digər xalqların ünsiyyət qaydalarına tolerant yanaşır;
•mənəviyyata zidd xüsusiyyətlərə münasibət bildirir;
•müxtəlif dinlərin peyğəmbərlərini və səmavi kitablarını tanıyır, dinlərin təbliğ etdiyi dəyərləri şərh edir;
•mənəvi borc haqqında biliklərini həyat təcrübəsi incəsənət əsərləri əsasında şərh edir;
• sağlam həyat tərzinə zidd olan vərdişlərin, mövsümə görə yayılan xəstəliklərdən qorunma yollarını şərh edir;
•məişətdə istifadə olunan qaz, elektrik avadanlıqlarından vaxtı ötmüş qida məhsullarından istifadənin təhlükəli olması barədə fikirlərini şərh edir;
•nəqliyyat vasitələrindən təhlükəsizlik qaydaları barədə bilik və bacarıqlarını nümayiş etdirir;
•fövqəladə halları səciyyəvi xüsusiyyətlərinə görə izah edir və qəzalardan mühafizə qaydalarını bilir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Təbiət və biz
1.1. Müşahidə etdiyi varlıqların və təbiət hadisələrinin mahiyyətini anladığını nümayiş etdirir.
1.1.1. Varlıqlar, hadisələr arasındakı əlaqələri sadə formada şərh edir.
1.1.2. Maddələrin və hadisələrin təbi¬ətini öyrənmək üçün kiçik təcrübələr aparır və nəticələri izah edir.
1.1.3. "Zaman”, "məkan” və "hərəkət” anlayışlarını sadə şəkildə izah edir.
1.2. Sadə coğrafi bilik və bacarıqlara malik olduğunu nümayiş etdirir.
1.2.1. Coğrafi obyektləri (dəniz, okean, ada, materik) əlamətlərinə görə fərqləndirir.
1.2.2. Azərbaycanın sadə coğrafi təsvirini verir.
1.2.3. Sadə əşyaların və evinin planını çəkir.
1.3. Canlılar aləmi haqqında təsəvvürlərə malik olduğunu nümayiş etdirir.
1.3.1. Bitkiləri və heyvanları səciyyəvi əlamətlərinə görə qruplaşdırır.
1.3.2. Canlılar arasındakı əlaqəni izah edir.
1.3.3. Ətraf aləmin dərk edilməsində duyğu orqanlarının rolunu izah edir.
1.4. Ekoloji bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir.
1.4.1. Ətraf mühitin sağlamlaşdırılmasında bitki örtüyünün rolunu şərh edir.
1.4.2. Təbiətimizin qorunmasında Azərbaycan dövlətinin rolunu izah edir.
2. Fərd və cəmiyyət
Şagird:
2.1. İnsanı sosial varlıq kimi dərk etdiyini nümayiş etdirir.
2.1.1. Fərd-ailə və fərd-kollektiv münasibətlərini şərh edir.
2.1.2. "Cəmiyyət” anlayışı haqqında təsəvvürlərini ifadə edir.
2.1.3. Cəmiyyətin tərkibi (ailə, kollektiv) barədə biliklərini sadə şəkildə şərh edir.
2.2. Sadə iqtisadi bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir.
2.2.1. Mövcud resurslardan (ərzaq, su, qaz, elektrik enerjisi) qənaətlə istifadə barədə fikirlərini ifadə edir.
2.2.2. "Gəlir” və "xərc” anlayışlarını sadə şəkildə izah edir.
2.2.3. Digər dövlətlərin pul nişanlarını tanıyır.
2.3. Dövlət rəmzlərini tanıdığını nümayiş etdirir.
2.3.1. Verilmiş əlamətlərə uyğun olaraq Azərbaycan dövlətini təsvir edir.
2.4. Hüquqi mədəniyyətə malik olduğunu nümayiş etdirir.
2.4.1. "Qayda” və "qanun” anlayışlarının fərqini sadə şəkildə izah edir.
2.4.2. Uşaq hüquqları haqqında müvafiq sənədləri (Uşaq Hüquqları Konvensiyası, Uşaq Hüquqları Bəyənnaməsi, Uşaq Hüquqları haqqında Azərbaycan Qanunu) sadalayır.
3. Mənəviyyat
Şagird:
3.1. Ünsiyyət mədəniyyəti haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir.
3.1.1. Ünsiyyət zamanı nəzakət qaydalarına (müsahibini sonadək dinləmək, sözü kəsməmək, müsahibinə təşəkkür etmək) əməl edir.
3.1.2. Başqa xalqların ünsiyyət qaydalarındakı milli ünsiyyət etiketlərimizə uyğun gəlməyən fərqli-liklərə tolerant yanaşır.
3.2. İnsan mənəviyyatını şərtləndirən amilləri anladığını nümayiş etdirir.
3.2.1. Şəxsiyyəti formalaşdıran mənəvi keyfiyyətləri (sadəlik, təvazökarlıq, səbrlilik, iradəlilik, çətin vəziyyətlərdə özünü itirməmək) şərh edir.
3.2.2. Mənəviyyata zidd xüsusiyyətlərə (lovğalıq, qorxaqlıq, xəyanət) münasibət bildirir.
3.3. Mənəviyyatın formalaşmasında dinin rolunu anladığını nümayiş etdirir.
3.3.1. Dinin mahiyyətini sadə formada şərh edir.
3.3.2. Dinlərin təbliğ etdiyi dəyərləri şərh edir.
3.3.3. Peyğəmbərləri və səmavi kitabları tanıyır.
3.4. Mənəvi borc haqqında təsəvvürlərə malik olduğunu nümayiş etdirir.
3.4.1. Mənəvi borc haqqında biliklərini nümunələr (həyati, bədii və təsviri sənət əsərləri) əsasında şərh edir.
4. Sağlamlıq və təhlükəsizlik
Şagird:
4.1. Sağlamlığın mühafizəsi və sağlam həyat tərzi haqqında bilik və bacarıqlara malik olduğunu nümayiş etdirir.
4.1.1. Ətraf mühitdə orqanizmə mənfi təsir göstərən amilləri, sağlam həyat tərzinə zidd olan vərdişləri izah edir.
4.1.2. Mövsümə görə geniş yayılan xəstəliklərdən qorunma yollarını izah edir.
4.2. Həyat və sağlamlıq üçün təhlükə törədən mənbə və obyektləri tanıyır və nəzərə alır.
4.2.1. Məişətdə istifadə olunan qaz və elektrik avadanlıqlarından, habelə alışdırıcı, deşici və kəsici alətlərdən təhlükəsiz istifadə qaydalarını sadalayır.
4.2.2. Vaxtı ötmüş qida məhsullarından, dərman preparatlarından icazəsiz istifadənin həyat üçün təhlükəli olduğunu izah edir.
4.2.3. Zəruri yol nişanlarını (xəbərdarlıq, qadağan, məlumatverici) fərqləndirir.
4.2.4. Nəqliyyat vasitələrində (gəmi, təyyarə) təhlükəsizlik qaydalarını (göyərtənin kənarlarına yaxınlaşmamaq, xilasedici gödəkçədən və təhlükəsizlik kəmərindən istifadə, ayaqüstə durmamaq, mobil telefondan və digər texniki vasitələrdən istifadə etməmək) izah edir.
4.3. Fövqəladə hallar barəsində ilkin təsəvvürlərə malik olduğunu nümayiş etdirir.
4.3.1. Fövqəladə halları səciyyəvi xüsusiyyətlərinə görə izah edir.
4.3.2. Qəzalardan mühafizə vasitələrindən istifadə qaydalarını şərh edir.
4.3.3. Yerli şəraitə uyğun süni yaradılmış ekstremal vəziyyətlərdə (əleyhqaz, yanğınsöndürmə balonu) özünümühafizə bacarıqları nümayiş etdirir.
IV sinif
IV sinfin sonunda şagird:
•varlıq və hadisələrin mahiyyəti haqqında kiçik təqdimatlar edir;
•coğrafi obyektləri xəritədə göstərir, yaşadığı məhəllənin planını çəkir;
•bitki heyvan və mikroorqanizmin insan həyatında rolunu, insan orqanlarının funksiyalarını sadə şəkildə izah edir;
•ekologiyanın sağlamlaşdırılması, qorunması ilə bağlı kiçik təqdimatlar edir;
•insanı sosial varlıq kimi səciyyələndirən cəhətlər barədə təqdimatlar edir;
•"vergi”, "dövlət bücəsi” və "sığorta” anlayışlarını sadə şəkildə izah edir;
•”qənaət”, "israf” anlayışlarını müqayisə edir;
•dövlət orqanlarının (təhsil, səhiyyə, vergi, daxili işlər, məhkəmə) funksiyalarını izah edir;
•öz hüquqlarını uşaq hüquqları sənədləri baxımından şərh edir;
•ünsiyyət mədəniyyətinə aid kiçik təqdimatlar edir;
•müzakirə və diskussiyalarda mənəvi keyfiyyətləri nümayiş etdirir;
•dini dəyərləri xürafatdan fərqləndirir;
•ailə və vətən qarşısında mənəvi borcla bağlı kiçik təqdimatlar edir;
•sağlamlığa mənfi təsir göstərən əsəbilik və digər emosional gərginlikləri nümunələrlə izah edir;
•yol hərəkəti və nəqliyyatdan istifadə qaydaları ilə bağlı kiçik təqdimatlar edir;
•fövqəladə hallar zamanı tibbi yardım barədə biliklərini şərh edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Təbiət və biz
Şagird:
1.1. Müşahidə etdiyi varlıqların və təbiət hadisələrinin mahiyyətini anladığını nümayiş etdirir.
1.1.1. Varlıq və hadisələrin mahiyyəti haqqında kiçik təqdimatlar edir.
1.1.2. Təbii resurslardan, təbiət hadisələrindən ("işıq”, "səs” və "enerji”) istifadədə elmin rolunu izah edir.
1.1.3. Azərbaycanda mövcud olan enerji mənbələri haqqında kiçik təqdimatlar edir.
1.2. Sadə coğrafi bilik və bacarıqlara malik olduğunu nümayiş etdirir.
1.2.1. Coğrafi obyektləri xəritədə göstərir.
1.2.2. Yerin təbii zonalarını sadə şəkildə təsvir edir.
1.2.3. Yaşadığı ərazinin, məhəlin planını çəkir.
1.3. Canlılar aləmi haqqında təsəvvürlərə malik olduğunu nümayiş etdirir.
1.3.1. Canlı və cansız təbiət arasındakı əlaqələri izah edir.
1.3.2. Bitki, heyvan və mikroorqanizmlərin insan həyatında rolunu izah edir.
1.3.3. İnsan orqanlarının funksiyalarını sadə şəkildə izah edir.
1.4. Ekoloji bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir.
1.4.1. Yaşadığı ərazidə ekologiyanın sağlamlaşdırılması üçün kiçik layihələr hazırlayıb təqdim edir.
1.4.2. Ekologiyanın qorunması ilə bağlı kiçik təqdimatlar edir.
2. Fərd və cəmiyyət
Şagird:
2.1. İnsanı sosial varlıq kimi dərk etdiyini nümayiş etdirir.
2.1.1. Cəmiyyətdə fərd, ailə, kollektivin rolunu sadə şəkildə izah edir.
2.1.2. İnsanı sosial varlıq kimi səciyyələndirən cəhətlər barədə kiçik təqdimat hazırlayır.
2.1.3. Ailə və kollektivdə üzərinə düşən vəzifələr haqqında təqdimatlar hazırlayır.
2.2. Sadə iqtisadi bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir.
2.2.1. "Qənaət” və "israf " anlayışlarını müqayisə edir.
2.2.2. "Vergi”, "Dövlət büdcəsi” və "Sığorta” anlayışlarını sadə şəkildə izah edir.
2.2.3. Milli pul nişanları ilə digər dövlətlərin pul nişanlarını fərqləndirir.
2.3. Dövlət rəmzlərini tanıdığını nümayiş etdirir.
2.3.1. Dövlət orqanlarının (təhsil, səhiyyə, vergi, daxili işlər, məhkəmə) funksiyalarını izah edir.
2.4. Hüquqi mədəniyyətə malik olduğunu nümayiş etdirir.
2.4.1. Müvafiq situasiyalarda qanun və qaydalara əməl edir.
2.4.2. Öz hüquqlarını uşaq hüquqları haqqında müvafiq sənədlər baxımından şərh edir.
3. Mənəviyyat
Şagird:
3.1. Ünsiyyət mədəniyyəti haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir.
3.1.1. Tənqidi münasibətdə nəzakət qaydalarına (şəxsiyyətə toxunmamaq, kobud ifadələr işlətməmək, sərt formada etiraz etməmək, qəbuledilməz təkliflərə "yox” demək ) riayət edir.
3.1.2. Ünsiyyət mədəniyyətinə həsr olunmuş kiçik təqdimatlar edir
3.2. İnsan mənəviyyatını şərtləndirən amilləri anladığını nümayiş etdirir.
3.2.1. Bədii əsər, film və tamaşa qəhrəmanlarının nümunəsində mənəvi keyfiyyətləri izah edir.
3.2.2. Yiyələnmiş olduğu mənəvi keyfiyyətləri müzakirə və diskussiyalarda nümayiş etdirir.
3.3. Mənəviyyatın formalaşmasında dinin rolunu anladığını nümayiş etdirir.
3.3.1. İslam dininin böyük şəxsiyyətlərini tanıyır.
3.3.2. İslam peyğəmbərinin həyat və fəaliyyəti haqqında kiçik təqdimatlar edir.
3.3.3. Dini dəyərlərlə xurafatı fərqləndirir.
3.4. Mənəvi borc haqqında təsəvvürlərə malik olduğunu nümayiş etdirir.
3.4.1. Ailə və Vətən qarşısında mənəvi borcla bağlı kiçik təqdimatlar edir.
4. Sağlamlıq və təhlükəsizlik
Şagird:
4.1. Sağlamlığın mühafizəsi və sağlam həyat tərzi haqqında bilik və bacarıqlara malik olduğunu nümayiş etdirir.
4.1.1. Əsəbi halların və digər emosional gərginliklərin insan sağlamlığına mənfi təsirini izah edir.
4.1.2. Nümunələr əsasında sağlamlığın qorunmasına aid kiçik təqdimatlar edir.
4.2. Həyat və sağlamlıq üçün təhlükə törədən mənbə və obyektləri tanıyır və nəzərə alır.
4.2.1. Məişətdə istifadə olunan qaz və elektrik avadanlıqlarından, habelə alışdırıcı, deşici və kəsici alətlərdən təhlükəsiz istifadə qaydalarını izah edir.
4.2.2. Müvafiq nişanlara (yüksək gərginlik, minalanmış sahə, yanğın təhlükəsi, radioaktivlik, zəhərli maddə, torpaq sürüşməsi, uçqun, daşqın və çimərlik nişanları) görə həyat üçün təhlükə mənbələrini fərqləndirir.
4.2.3. Yol hərəkəti və nəqliyyatdan istifadə qaydaları ilə bağlı kiçik təqdimatlar edir.
4.2.4. Nəqliyyat vasitələrindən istifadə zamanı təhlükəsizlik qaydalarına riayət edir.
4.3. Fövqəladə hallar barəsində ilkin təsəvvürlərə malik olduğunu nümayiş etdirir.
4.3.1. Fövqəladə halların nəticələrinə dair kiçik təqdimatlar edir.
4.3.2. Qəza zamanı ilkin tibbi yardım barədə biliklərini şərh edir.
4.3.3. Yerli şəraitə uyğun süni yaradılmış ekstremal vəziyyətlərdə mühafizə və tibbi yardım bacarıqları nümayiş etdirir.
Esmira Kazımova