Məlumatla təmin etmə qaydaları:
1. Fasilitasiyanı başlayaraq şagirdlərdə lazımi biliklərin və sizdə məlumat mənbələrinin olduğunu yoxlayın.
2. İştirakçıların şüurunda dərsin dəqiq «şəklini» formalaşdırın.
3. Dərsdə təkcə dərslikdə olan materialdan yox, həm də müxtəlif sənədlər, məlumat ədəbiyyatı, iştirakçıların öz təcrübə və müşahidələrindən istifadə edin.
4. Materialın müxtəlif qavrama yollarını tətbiq edin (görmə, eşitmə, hiss etmə və s.).
5. Sual və cavabları mümkün qədər qısa, lakonik və şagirdlərin səviyyəsinə uyğun söyləyin.
6. Başqa şagirdlər tərəfindən deyilən yeni anlayışların, eləcə də sualın və ya mülahizələrin yanlış anlaşılmasını vaxtında başa salın.
7. Şagirdlərə bütün dərs ərzində problemin həlli yolunda əldə etdikləri nailiyyətləri haqqında məlumatı və əks əlaqəni verməyi unutmayın.
Təşkilati dəstəkləmənin qaydaları:
1. Müzakirəni təşkil etdikdə yeni bilik əldə etmək üçün hər kəsin fikrinin vacib ola bilməsini bütün şagirdlərə çatdırın. Bunu həyata keçirmək üçün iştirakçıları aşağıdakı suallar vasitəsilə müzakirəyə cəlb edin: «Bu haqda siz nə fikirləşirsiniz?», «Kim razıdır, kim razı deyil?», «Başqa cür bunu demək (və ya etmək) olardımı? və s.
2. Şagirdlərdə öz fəaliyyətlərini planlaşdırmaq və təşkil etmək bacarığını formalaşdırın.
3. Lövhədə və ya kağız üzərində qrup işi zamanı müəyyən edilən əsas halları qeyd etmək məqsədəuyğundur. Unutmayın ki, qrup işinin nəticələri sonrakı mərhələdə məlumatın müzakirəsi və təşkili üçün lazımdır («körpülərin» quraşdırılması).
4. Öz razılığını və ya narazılığını ifadə etmək üçün şagirdlərə xüsusi işarələr təklif edin (məsələn, baş barmağın yuxarı və ya aşağı vəziyyəti) və onlarla müzakirə zamanı əks əlaqəni verməyə təhrik edin.
5. Destruksiya cəhdlərinin, artıq danışmağın, qeyri-adekvat və ya məqsədəuyğun olmayan söhbətlərin qarşısını alın. Bunun üçün iştirakçını mədəni surətdə dayandıraraq, ona öz fikirlərini qısa və məzmuna uyğun çatdırmaq qaydasını xatırladın. Diskussiyanın lideri olun!