Yaxşı ata olmaq üçün nələr etməli?
- Admin
- 01-mar-2024, 15:07
- 8 Baxış
Ata olmaq asan iş deyil. Atalıq evdəki uşaqlara yalnız bazarlıq etməkdən ibarət deyil.
Uşaqlarınızın böyüdükdən sonra evdən çıxıb gedəcəyini nəzərə alaraq, bəzi atalara öz uşaqlarına qarşı daha diqqətli və daha qayğıkeş davaranmalarını tövsiyə edirəm.
Ata olmaq məsuliyyət tələb edir. Hər bir ata söz düşdükdə öz vəzifələrini layiqincə yerinə yetirdiyini söyləyir. Amma mütəxəssislərin bu barədə apardığı araşdırmalar ataların övladlarından çox, işlərinə vaxt ayırdığını göstərir.
Atalar daima ailələrini dolandırmaq üçün öz işlərinə daha çox vaxt ayırdığına görə, onlarla övladları aralarında bir uçurum olur. Siz də bu cür atalardansınızsa, gec də olsa yenə də uşaqlarınıza doğru bir addım ata bilərsiniz.
"60 dəqiqəlik ata" kitabının yazıçısı Rob Parsons kitabında atalara, uşaqları üçün çoxlu zaman ayırmağı tövsiyə edir.
Həmin kitabda yazılan bəzi dıgər tövsiyələri də sizinlə bölüşmək istəyərdik:
* Uşaqlarınızdan uzaqda olsanız əgər, qısa olsa onlara bir məktub yazın.
* Azyaşlı uşaqlarınıza yüksəs səslə bir şeylər oxuyun.
* Mümkün olduğu qədər tez-tez onları qucaqlayın.
* Uşaqlarınızın yaşı az olduğu zamanlar, onunla söhbətlər edin və tövsiyələr verin. Çünki onlar böyüdükdə sizin tövsiyələrinizə qulaq asmayacaqlar.
* Beş, altı, yeddi yaşında olan zamanlar uşaqlarınızın söylədiklərinə qulaq assanız, onlar böyüdükdə sizin sözünüzə baxacaqdır.
* Uşaqlarınızla birlikdə yemək bişirin.
* Tez-tez uşağınızın boyunu ölçün.
* Bacardığınız qədər uşaqlarınızla birlikdə süfrəyə oturun.
* Ən sevdikləri televiziya proqramlarının onlarla birlikdə oturub izləyin.
* Ev oyunları oynayın və arada bir onlara uduzun.
* Uşaqlarınız hansısa bir işdə uğursuzluq qazandığı zaman onunla fəxr etdiyinizi söyləyin.
* Uşaqlarınızın yataq otağına televizor qoymayın.
* Uşağınıza onun sizə nə qədər önəmli biri olduğunu tez-tez xatırladın.
UNUTMAYIN!
Ölüm yatağında olan heç bir kəs "Kaş işimə bir az da vaxt ayıra bilsəydim" cümləsini demir. Amma uşaqlarınız üçün ayırmadığınız zamana görə heyfslənə bilərsiniz. Uşaqlarınıza zaman ayırmasanız, onların könül qapıları sizin üçün bir daha açılmamaq şərtilə bağlana bilər.