Valideyin

Valideynlərin nəzərinə: Bu uşaqlara dondurma vermək olmaz!

  • Admin
  • 01-mar-2024, 15:10
  • 0 Baxış

 

"Uşaqda ağ ərpli tonzillit, günlərlə davam edən qızdırma, antibiotikə baxmayaraq yaxşılaşma olmursa, mütləq EBV (Epşteyn-Barr virus) tonzilliti ola biləcəyi də düşünülməli və analiz götürülməlidir".

Bunu tanınmış həkim pediatr Günay Rəsulova deyib. Mütəxəssis valideynləri diqqətli olmağa çağırıb və  irinli anginanı silməyin qəti qadağan olduğunu vurğulayıb:

“Əgər uşaqda angina 1 ildə 7-8 dəfə, 2 il ard-arda hər il ən az 5 dəfə, 3 il ərzndə hər il ən az 3 dəfə olursa, yarada biləcəyi risklərə görə kəsdirilməlidir. Son günlər dondurma yediyi üçün angina olan uşaqların sayı çoxalıb. Soyuq havaya, soyuq içməyə, yeməyə öyrədilməmiş uşağa soyuq qida, həmçinin dondurma bir stres faktoruna çevrilərək immuniteti düşürdüyü üçün anginaya səbəb ola bilər”.

Pediatr əlavə edib ki, xəstələnməmək üçün dondurmanı uşağa havanın isti saatlarında, kiçik hissəciklərlə, hər gün olmamaq şərtilə vermək lazımdır:

"Tərkibində çox kimyəvi rəngləndiricisi olmayan, keyfiyyətli marka, saxlanma şəraitinə düzgün riayət edilmiş, soyuq zinciri qırılmadan saxlanılan (yaxşı olar ki, meyvəli, az şəkərli) dondurmalara üstünlük vermək lazımdır"

 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?