Psixoloq

Psixoloq da öz növbəsində müəyyən edilmiş etik qaydalara riayət etməlidir.

  • Admin
  • 29-mar-2024, 16:58
  • 1 Baxış



Psixoloq da öz növbəsində müəyyən edilmiş etik qaydalara riayət etməlidir. Bunlardan psixoloqun öz məsuliyyətinin başa düşməsi, mənəvi və etik normalara riayət etməsi, məxfilik prinsipini qoruyub saxlaması, istehlakçının rifahı üçün çalışması, daim öz bilik və bacarıqlarını artırması və s. aiddir.
Yuxarıda qeyd etdiyim kimi psixoloq sizin probleminizə emosiyasız, yəni soyuqqanlı yanaşır. Amma bu o demək deyil ki, o, sizin keçirdiyiniz hissləri başa düşmür. Empatiya praktik psixoloq və psixoterapevtlərin lazımi peşəkar keyfiyyətidir (empatiya yunan sözü empatheia – başqasının duyğularını anlamaq. Ziqmund Freyd "empatiya” sözünü ilk olaraq təyin edən mütəfəkkirlərdən biridir. O, özünü pasiyentin yerinə qoyub onun hiss etdiklərini anlamağı psixoanalitik üçün vacib keyfiyyət sayır). Amma pasiyentin probleminə kənardan, hiss və duyğusuz baxmaq üçün psixoloq və ya psixoterapevt vaxtaşırı superviziya və ya şəxsi terapiyadan keçməlidir. Bizə təmiz, sağlam saxlamaq üçün bir ruh, bir də can verilib. Fiziki sağlığımızı qoruyub saxlamalı olduğumuz kimi, ruhi sağlımıza da yetərincə diqqət yetirməliyik. Atalarımızın "Sağlam bədəndə sağlam ruh olar” misalının mən tərsini demək istərdim: "Sağlam ruhlu insanın, sağlam bədəni olar”. Bunu artıq uzun müddət davam edən elmi tədqiqatlar da təsdiq edir. Ona görə də həyatınızda hər hansı həllini görə bilmədiyiniz problem, ifadə edə bilmədiyiniz hisslər qalıbsa, psixoloqa müraciət edərək yenidən rahatlığınıza qovuşa bilərsiniz. Çünki fiziki sağlığımızda olan problemlər ilk olaraq yaşadığımız, ifadə edə bilmədiyimiz hisslər və ya stressli hadisələr ucbatından baş verir.



 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?