Valideyin

Uşaqlar nə üçün dərs oxumaq istəmir?

  • Admin
  • 01-mar-2024, 15:30
  • 0 Baxış

 

Uşaqların “təlimə olan münasibəti” dən zəifdir? Bir çox mövzuda olduğu kimi məktəbə, dərsə hazırlıq da sadəcə yaşı gəldiyi üçün edilən bir rituala dönüb təəsüf ki. Ancaq məktəb yaşı gəlmədən məktəbəqədər yaş dövründə(3-6 yaş) valideynlər övladların təlim mühitinə psixoloji olaraq hazırlamalıdır. İlk verilməli olan sual isə məktəbə nə üçün getməli olduğudur. Bu yaşa qədər evdə hər ürəyincə davam edən uşaq nə üçün məktəbə getmək istəsin ki? Bu mərhələdə bağça köməyimizə gəlir. Ancaq ailədən ayrıldığına görə narahat olan uşaq buna ağlama, uyğun olmayan davranışlarla cavab verir. Bu zaman ailələr bağçaya cəza olaraq göndərdiklərini bildirərək məsələni bir az da qəlizləşdirir. Yaxud da “oxumasan kasıb, zibilyığan, dilənçi olacaqsan” kimi fikirlərlə dərsə məcbur edir. Nəzərinizə çatdırım ki, həm psixoloji həm də, fiziki şiddət uşaqların dərsə olan marağını təmin etmir. Əksinə bir az da uzaqlaşdırır.


Nə etməli?

– Məktəb haqqında geniş məlumat verin (nə üçündür,niyə məhz bu yaşda gedilir, valideyn özü gedibmi, getməsə necə ola bilər (qorxutmaqla yox, real nəticələr)

– Model olun (evdə kitab oxuyun, ona göstərir kimi deyil, sadəcə görəcəyi şəkildə, gündəlik fəaliyyət kimi)

– Real prosesi göstərin (məktəbə gedib, hadisə yerində izah edə bilərsiniz) – Evdə yaşına uyğun rollar verin (məsələn: oyuncaqları özün yığırsan, stolunu özün təmizləyəcəksən. Təbii ki, burada da nümunə aldığı şəxs yenə valideyndir. )

– Fərqli sosial mühitlərdə olmasını təmin edin (özündən 2-3 yaş böyük və balacalarla) bu onun öz mövqeyini dəyərləndirməsinə yardım edəcək.

– Hər gün onunla birgə vaxt keçirin – Onu çox sevdiyinizi, əslində siz də onunla olmağı istədiyinizi ancaq necə ki, siz işə getməlisiniz, o da məktəbdəki işinə getməli olduğunu bildirin. Ancaq dərs bitən kimi, gününə olduğu kimi davam edəcəyini göstərin. (uyğunlaşana qədər məktəbə gecikməməyiniz prosesin daha sağlam və tez yekunlaşmasına şərait yaradacaq.


Psixoloq Murad Akifsoy

 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?